2000-ci il
fevralın 4-də Bakı
şəhərində imzalanmış
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında "Sərhədyanı regionların
daxili işlər orqanlarının əməkdaşlığı
haqqında" Sazişin
təsdiq edilməsi və "2000-ci il üçün qarşılıqlı
əlaqələr haqqında"
Protokol barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2000-ci il fevralın
4-də Bakı şəhərində
imzalanmış Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi
ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında "Sərhədyanı
regionların daxili işlər orqanlarının
əməkdaşlığı haqqında" Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyinə tapşırılsın
ki, 2000-ci il fevralın 4-də Bakı
şəhərində imzalanmış
Azərbaycan Respublikasının
Daxili İşlər
Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında
"2000-ci il üçün
qarşılıqlı əlaqələr
haqqında" Protokolun
və bu Sərəncamın 1-ci bəndində
göstərilən Sazişin
həyata keçirilməsini
təmin etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri,
13 iyun 2000-ci il
№ 439
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, № 6.- S.2556.