Xarici qanunvericilik barədə məlumatlandırma haqqında Avropa Konvensiyası üzrə milli əlaqələndirici orqanın müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. 1968-ci il iyunun 7-də London şəhərində imzalanmış "Xarici qanunvericilik barədə məlumatlandırma haqqında Avropa Konvensiyası"nın Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə milli əlaqələndirici orqan - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən milli əlaqələndirici orqan barədə Avropa Şurasının Baş katibinə məlumat versin.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 16 iyun 2000-ci il

№ 442

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2559.