Avtonəqliyyat vasitələrini idarə
etmək hüququndan məhrum olunmanın beynəlxalq nəticələri
haqqında Avropa Konvensiyası üzrə milli əlaqələndirici
orqanın müəyyən
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
1. 1976-cı il iyunun
3-də Brüssel şəhərində
imzalanmış "Avtonəqliyyat
vasitələrini idarə
etmək hüququndan məhrum olunmanın beynəlxalq nəticələri
haqqında Avropa Konvensiyası"nın Azərbaycan
Respublikası tərəfindən
həyata keçirilməsi
məqsədi ilə milli əlaqələndirici
orqan - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
milli əlaqələndirici
orqan barədə Avropa Şurasının Baş katibinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Bakı şəhəri,
16 iyun 2000-ci il
№ 443
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, № 6.- S.2559.