İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

 

"İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Nazirlər Kabineti bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərinin hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə əlavələr dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 17 iyun 1999-cu il

№ 444

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2560.