"Azərbaycanda çoxməqsədli monitorinq sisteminin milli ekoloji laboratoriyanın yaradılması" Layihəsinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üzrə Qrant Sazişini imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. Azərbaycan Respublikasının Fövqəladə Hallar üzrə Dövlət Komissiyası ilə Amerika Birləşmiş Ştatlarının Ticarət İnkişaf Agentliyi arasında "Azərbaycanda çoxməqsədli monitorinq sisteminin milli ekoloji laboratoriyanın yaradılması" Layihəsinin texniki-iqtisadi əsaslandırma sənədlərinin hazırlanması üzrə Qrant Sazişinin Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş nazirinin müavini, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Qoca oğlu Şərifova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikasının Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Baş nazirinin müavini, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Qoca oğlu Şərifova verilməsi barədə Amerika Birləşmiş Ştatlarının Ticarət İnkişaf Agentliyinə müvafiq bildiriş göndərsin.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 29 iyun 2000-ci il

№ 452

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2574-2575.