Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli, 299 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 19 iyun 2000-ci il

                 ¹ 104

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S.2581-2582.

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 19 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdİq edİlmİşdİr

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının

 

SİYAHISI

 

 

1. "Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Yol İdarəsinin, Azərbaycan SSR zəhmətkeş Deputatları Sovetləri İcraiyyə Komitələrinin vilayət və rayon yol şöbələri əsasnamələrinin təsdiq edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1952-ci il 18 noyabr tarixli, 1525 nömrəli qərarı.

2. "Azərbaycan SSR Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi barədə" Azərbaycan SSR Nazirlər Sovetinin 1974-cü il 4 iyun tarixli, 174 nömrəli qərarı.

3. "Azərbaycan Respublikasının avtomobil yollarının təsnifatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 30 mart tarixli, 181 nömrəli qərarı.