Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli, 243 nömrəli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası müdafiə, daxili işlər, milli təhlükəsizlik nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsinin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan digər hərbi birləşmələrin hərbi qulluqçularını, sıravi rəis heyətinə mənsub şəxslərini ərzaq payı pul vəsaiti ilə təmin etmək haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli, 271 nömrəli qərarının adında 1-ci bəndinin a) yarımbəndində həmin qərarın 1 nömrəli əlavəsinin adında "milli təhlükəsizlik nazirliklərinin" sözlərindən sonra "gömrük orqanlarının" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 25 dekabr tarixli, 140 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə fondun vəsaitinin xərclənməsi Qaydaları"nın 3.1. bəndinin 8-ci abzasından sonra "gömrük orqanının vəzifəli şəxslərinə verilən geyim formasının ərzaq payının dəyərinin ödənilməsinə;" mətnində yeni abzas əlavə edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasizadə

Bakı şəhəri, 30 iyun 2000-ci il

№ 108

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2591.