Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2001-ci il büdcəsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Maddə 1. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2001-ci il büdcəsinin gəlirləri 1349500.0 milyon manat, xərcləri 1349500.0 milyon manat məbləğində təsdiq edilir.

 

Maddə 2. 2001-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

 

(milyon manat)

 

 

Gəlirlərin mənbələri

 

Gəlirlərin məbləği

 

1.

 

Məcburi dövlət sosial sığorta haqları

o cümlədən:

 

834500.0

 

 

 

büdcədən maliyyələşən təşkilatlar üzrə

 

303321.3

 

2.

 

Dövlət büdcəsindən ayırmalar (transfert) o cümlədən:

 

515000.0

 

Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq başqa diplomatik nümayəndəliklərinin işçilərinin əmək haqları üzrə hesablanan məcburi dövlət sosial sığorta haqlarına görə ayırmalar (transfert)

 

6150.0

 

Maddə 3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2001-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:

 

(milyon manat)

 

 

Xərclərin istiqaməti

 

Xərclərin məbləği

 

1.

 

Əhaliyə ödənişlər

o cümlədən:

 

1341794.0

 

pensiyaların ödənilməsi

 

743294.0

 

müavinətlərin ödənilməsi

 

500320.0

 

sosial pensiyaların ödənilməsi

 

65641.8

 

pensiya müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri

 

15438.2

 

sanatoriya kurort müalicəsi üzrə xərclər

 

17100.0

 

2.

 

Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının onun yerli orqanlarının saxlanılması xərcləri

 

7706.0

 

Maddə 4. Müəyyən edilsin ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əmək ödənişləri ilə birlikdə həyata keçirilir.

 

Maddə 5. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri sığorta edənlərin hesabından qeyri-şərtsiz qaydada tutulur.

 

Maddə 6. Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 24 oktyabr 2000-ci il

                  ¹ 932-IQ

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 30 noyabr, ¹ 11.- S.4510;4511.