Hüquqi şəxslərin dövlət büdcəsinə
borclarının güzəştli
ödənişi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun
Azərbaycan Respublikasının
hüquqi şəxslərinin
(bundan sonra hüquqi şəxslərinin)
dövlət büdcəsinə
olan borclarının güzəştli ödənişinin
həyata keçirilməsinin
qaydalarını, güzəştli
ödənişin şərtlərini
və müddətlərini
müəyyən edir.
Maddə 1. Əsas
anlayışlar
1.0. Bu Qanunda
tətbiq edilən əsas anlayışlar aşağıdakılardır:
1.0.1. Dövlət büdcəsinə borclar
- vergi orqanları ilə hüquqi şəxslər arasında
təsdiq edilmiş üzləşmə aktlarına
görə dövlət
büdcəsinə 2000-ci il
oktyabr ayının
1-dək ödənilməli olan, lakin ödənilməmiş
vergilər, qeyri-vergi ödənişləri üzrə
borclar və vergi qanunvericiliyinin pozulmasına görə vergi orqanları tərəfindən hesablanmış
penya və maliyyə sanksiyaları;
1.0.2. Cari ödənişlər
- hüquqi şəxslər
tərəfindən 2000-ci ilin
oktyabr ayının 1-dən
sonra dövlət büdcəsi qarşısında
yaranan vergi və qeyri-vergi öhdəliklərinin qanunvericiliklə
müəyyən edilmiş
müddətlərdə və
qaydada yerinə yetirilməsi;
1.0.3. Güzəştli ödəniş müddəti
- bu Qanuna uyğun olaraq tətbiq edilən müddətlər.
Maddə 2. Qanunun
qüvvədə olması
müddəti
2.1. Bu Qanunun
müddəaları onun
qüvvəyə mindiyi
tarixdən başlayaraq
5 il ərzində tətbiq edilir (güzəştli ödənişin
son müddəti).
2.2. Bu Qanun
hüquqi şəxslərin
dövlət büdcəsinə
2000-ci ilin oktyabr ayının 1-dək olan borclarına tətbiq edilir.
Maddə 3. Dövlət
büdcəsinə borcların
ödənilməsinin təxirəsalınmasının
müddətləri və
güzəştli ödəniş
hüququnun əldə
olunması şərtləri
3.1. Hüquqi şəxslərin dövlət
büdcəsinə 2000-ci il
oktyabr ayının
1-dək olan borclarının
ödənilməsi həmin
şəxslərin vergi
orqanlarına verdikləri
ərizənin (bildirişin)
daxil olduğu tarixdən təxirə salınır və onlar güzəştli ödəniş hüququnu
əldə edirlər.
3.2. Dövlət büdcəsinə olan borclarına görə güzəştli ödəniş
hüququ əldə etmiş hüquqi şəxsə cari ödənişləri rüblər
üzrə ödəmək
şərti ilə ödənilməsi təxirə
salınmış borcları
bu Qanunun qüvvədə olduğu
müddətdə ödəmək
hüququ verilir.
3.3. Güzəştli ödəniş hüququ
əldə etmiş hüquqi şəxsin ödənilməsi təxirə
salınmış borclarına
2000-ci ilin oktyabr ayının 1-dən penya
hesablanması dayandırılır.
3.4. 2000-ci ilin oktyabr ayının 1-dən
hüquqi şəxsin
güzəştli ödəniş
hüququnun alınmasına
ərizə ilə (bildirişlə) müraciət
etdiyi dövrədək
olan cari öhdəliklər üzrə
öhdəlikləri ərizə
(bildiriş) verilən
rüb və ya ondan sonrakı
rüb ərzində ödənilməlidir.
3.5. Hüquqi şəxs bu Qanunun 3-cü maddəsinin
tələblərini pozduqda
güzəştli ödəniş
hüququnu itirir və həmin tarixdən onun dövlət büdcəsinə
olan borcları tam məbləğdə bərpa edilir.
3.6. Bu Qanunun
qüvvədə olduğu
müddət ərzində
hüquqi şəxs təkrarən güzəştli
ödəniş hüququnu
əldə etmək üçün müraciət
edə bilər.
Maddə 4. Dövlət
büdcəsinə borcların
ödənilməsi zamanı
tətbiq olunan güzəştlər
4.1.Dövlət büdcəsinə borclarına
görə güzəştli
ödəniş hüququ
əldə etmiş hüquqi şəxs büdcəyə olan borclarını bu Qanununa müəyyən edilmiş müddətlərdə
ödədikdə aşağıdakı
güzəştlər tətbiq
olunur:
4.1.1. güzəştli ödəniş müddətinin
birinci ilində ödənilməsi təxirə
salınmış əsas
borcun azı 25 faizi ödənilərsə,
ödənilməsi təxirə
salınmış əsas
borcun qalan hissəsi, penya və maliyyə sanksiyalarının isə
tam məbləği silinir;
4.1.2. güzəştli ödəniş müddətinin
birinci iki ili ödənilməsi təxirə salınmış
əsas borcun azı 45 faizi ödənilərsə, ödənilməsi
təxirə salınmış
əsas borcun qalan hissəsi, penya və maliyyə
sanksiyalarının isə
tam məbləği silinir;
4.13. güzəştli ödəniş müddətinin
birinci üç ilində ödənilməsi
təxirə salınmış
əsas borcun azı 60 faizi ödənilərsə, ödənilməsi
təxirə salınmış
əsas borcun qalan hissəsi, penya və maliyyə
sanksiyalarının isə
tam məbləği silinir;
4.1.4. güzəştli ödəniş müddətinin
birinci dörd ilində ödənilməsi
təxirə salınmış
əsas borcun azı 70 faizi ödənilərsə, ödənilməsi
təxirə salınmış
əsas borcun qalan hissəsi, penya və maliyyə
sanksiyalarının isə
tam məbləği silinir;
4.1.5. güzəştli ödənişin son müddətində ödənilməsi
təxirə salınmış
əsas borcun azı 75 faizi ödənilərsə, ödənilməsi
təxirə salınmış
əsas borcun qalan hissəsi, penya və maliyyə
sanksiyalarının isə
tam məbləği silinir.
4.2. Bu Qanunun
4.1.1 - 4.1.5.-ci maddələrində göstərilən güzəştli
ödəniş müddətlərinin
hər hansı birindən istifadə etməklə borclarını
ödəmiş hüquqi
şəxs sonradan cari ödənişləri
yerinə yetirmədikdə,
onun dövlət büdcəsinə əvvəlki
borcları bərpa olunmur.
Maddə 5. Hüquqi
şəxslərin dövlət
büdcəsinə borcların
güzəştli ödənişinin
tətbiq dairəsi
5.1. "Müflisləşmə
və iflas haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq barəsində iflas işi qaldırılan hüquqi şəxslərə,
habelə "Özəlləşdirilən
dövlət müəssisələrinin,
aqrar islahatı nəticəsində ləğv
olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin
borcları haqqında"
Azərbaycan Respublikasının
Qanununda borclarının
silinməsi nəzərdə
tutulan müəssisə
və təşkilatlara
bu Qanun şamil edilmir.
5.2. Bu Qanuna
uyğun olaraq dövlət büdcəsinə
olan borclarına görə güzəştli
ödəniş hüququ
əldə etmiş hüquqi şəxslərin
mülkiyyət və
ya təşkilat-hüquqi
forması, habelə hər hansı digər rekvizitləri dəyişildikdə, bu Qanunda nəzərdə tutulmuş hüquq və güzəştlər
saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 24 oktyabr
2000-ci il
¹ 935-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 30 noyabr, ¹
11.- S.4513-4515.