«Sosial sığorta
haqqında» Azərbaycan
Respublikası Qanununa dəyişikliklər və
əlavələr edilməsi
barədə
Azərbaycan Respublİkasının
Qanunu
Azərbaycan
Respublikasının Milli
Məclisi qərara alır:
I. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997-ci il, ¹ 5, maddə
348; 1999-cu il, ¹ 11, maddə
609) aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
1. 13-cü maddəyə aşağıdakı
redaksiyada yeni ikinci hissə əlavə edilsin:
«Banklar
tərəfindən təsərrüfat
subyektlərinə bank
hesabları açıldıqda
həmin subyekt məcburi dövlət sosial sığortası sahəsində idarəetməni
həyata keçirən
müvafiq icra hakimiyyəti orqanında onun uçota alınması barədə
sənəd təqdim
etməlidir».
2. 13-cü maddənin ikinci hissəsi müvafiq olaraq üçüncü
hissə hesab edilsin.
3. 14-cü maddənin üçüncü
hissəsinin ikinci abzasında «33» rəqəmi
«30» rəqəmi ilə
əvəz edilsin.
4. 14-cü maddənin üçüncü
hissəsinin altıncı
abzası aşağıdakı
redaksiyada verilsin:
«-vəkillər
kollegiyasının üzvləri
üçün gəlirlərinin
20 faizi miqdarında;».
5. 14-cü maddənin üçüncü
hissəsinə aşağıdakı
redaksiyada yeddinci, səkkizinci, doqquzuncu, onuncu, on birinci
və on ikinci abzaslar əlavə edilsin:
«xüsusi
notarius, sərbəst
auditor, sərbəst mühasib, fərdi etektif fəaliyyəti ilə məşğul olan şəxslər üçün - gəlirlərinin
20 faizi miqdarında;
Bakı,
Sumqayıt və Gəncə şəhərləri
üzrə:
ticarət
və ictimai iaşə obyektlərində
fərdi sahibkarlıq
fəaliyyəti ilə
məşğul olan şəxslər üçün
— ölkə üzrə
ötən ilin orta aylıq əmək haqqının
30 faizi miqdarında;
əhaliyə
məişət və
nəqliyyat xidməti
göstərən fərdi
sahibkarlıq fəaliyyəti
ilə məşğul
olan şəxslər
üçün — ölkə
üzrə ötən
ilin orta aylıq əmək haqqının 25 faizi miqdarında;
fərdi
sahibkarlıq fəaliyyətinin
digər növləri
ilə məşğul
olan şəxslər
üçün — ölkə
üzrə ötən
ilin orta aylıq əmək haqqının 20 faizi miqdarında;
ticarət
və ictimai iaşə obyektlərində,
əhaliyə məişət
və nəqliyyat xidməti sahəsində,
eləcə də fərdi sahibkarlıq fəaliyyətinin digər
növləri ilə məşğul olan şəxslər üçün
nəzərdə tutulan
məcburi dövlət
sosial sığorta haqqı məbləğləri
bu Qanunun 14-cü maddəsinin üçüncü
hissəsinin doqquzuncu
— on birinci abzaslarında Bakı, Sumqayıt və Gəncə şəhərləri
üzrə müəyyən
edilmiş məcburi dövlət sosial sığorta haqqının
respublika tabeli digər şəhərlərdə
80 faizi, rayon mərkəzlərində, digər
şəhərlərdə və qəsəbələrdə
60 faizi, kənd yerlərində 50 faizi tətbiq edilir».
6. 14-cü maddənin üçüncü
hissəsinin səkkizinci
abzası çıxarılsın.
7. 14-cü maddənin üçüncü
hissəsinin yeddinci və doqquzuncu abzasları müvafiq olaraq on üçüncü
və on dördüncü abzaslar hesab edilsin.
8. 14-cü maddənin dördüncü
hissəsi aşağıdakı
redaksiyada verilsin:
«Məcburi
dövlət sosial sığorta haqqı sosial sığorta ödəmələri üzrə
xərclər çıxıldıqdan
sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd
və ya nağdsız hesablaşma
qaydasında ödənilir.
Qonorar ödəyən
hüquqi və fiziki şəxslər məcburi dövlət sosial sığorta haqqını hər dəfə qonorar hesablandıqda ödəyirlər.
Məcburi dövlət
sosial sığorta haqlarının ödənilməsi
əmək haqqı ödənişləri ilə
eyni vaxtda həyata keçirilir».
9. 18-ci maddəyə aşağıdakı
məzmunda ikinci hissə əlavə edilsin:
«Məcburi
dövlət sosial sığortası sahəsində
idarəetməni həyata
keçirən müvafiq
icra hakimiyyəti orqanı məhkəmələrə
iddia ərizələrinin
verilməsi üçün
dövlət rüsumunu
ödəməkdən azaddır».
10. 21-ci maddənin birinci hissəsinin ikinci abzasında «pozmalarına görə» sözlərindən
sonra «, o cümlədən
uçota durmadıqda
həmin dövr ərzində hesablanmalı
olan məcburi dövlət sosial sığorta haqqı bərpa edilməklə,» sözləri əlavə
edilsin.
11. 21-ci maddənin birinci hissəsinin beşinci abzasından «qəsdən»
sözü çıxarılsın.
12. 21-ci maddənin birinci hissəsinə aşağıdakı
redaksiyada yeni səkkizinci və doqquzuncu abzaslar əlavə edilsin:
«sığortaedənlərin
işçilərinin sayının
gizlədilməsinə görə
(əmək müqaviləsi
olmadan işləyənlər
olduqda və ya müqaviləsi olduğu halda hesabatdan gizlədildikdə)
hər işçiyə
görə - sığorta
edənin fəaliyyət
dövrünün hər
ayı üçün
ölkə üzrə
əvvəlki ilin orta aylıq əmək haqqının
50 faizi məbləğində
cərimə;
məcburi
dövlət sosial sığorta haqları əmək haqqı ödənişləri ilə
eyni vaxtda həyata keçirilmədiyi
halda, eləcə də hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının
aparılması qanunvericiliyə
uyğun olaraq dayandırıldığı müddətdə
köçürmə əməliyyatı
apardığına görə
— kredit təşkilatlarına
ödənilməli olan
məcburi dövlət
sosial sığorta haqqı məbləğinin
10 faizi miqdarında cərimə;».
13. 21-ci maddənin birinci hissəsinin səkkizinci abzası müvafiq olaraq onuncu abzas
hesab edilsin.
14. 21-ci maddənin ikinci hissəsi aşağıdakı
redaksiyada verilsin:
«Məcburi
dövlət sosial sığorta haqları üzrə yaranmış
maliyyə sanksiyaları
sığortaedənlərin kredit təşkilatında
olan hesabından, habelə kredit təşkilatında sığortaedənin
hesabı olmadıqda məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı əsasında
tutulur».
II. Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
ƏLİYEV
Bakı şəhəri,
24 oktyabr 2000-ci il
¹
936-IQD
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu .-
2000.- 30 noyabr, ¹ 11.- S.4515-4516.