Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

 

Bu Qanun özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş kolxozların sovxozların, habelə işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət torpaqlarına, səhmlər dövlətə məxsus banklara dövlət müəssisələrinə yaranmış borclarının silinməsi qərarlarını tənzimləyir.

 

Maddə 1 . Qanunun tətbiq dairəsi

1.0. Bu Qanunla müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

 

1.0.1. "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı" çərçivəsində özəlləşdirilmiş, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş özəlləşdirilməsi başa çatmamış müəssisələrə; [1]

 

1.0.2. "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirilmiş, özəlləşdirilməsi haqqında qərar qəbul edilən dövlət müəssisələrinə; [2]

 

1.0.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozlara sovxozlara;

 

1.0.4. işğal altında olan rayonların təsərrüfat subyektlərinə.

 

Maddə 2. Borcların silinməsi

2.1. Bu Qanunun 1.0.1-ci maddəsində göstərilən müəssisələrin dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, xidmətlərin istehlakına görə dövlət müəssisələrinə onların özəlləşdirilməsi tarixinə yaranmış borcları (əsas borc məbləği, faizlər maliyyə sanksiyaları daxil olmaqla) silinir.

 

2.2. Bu Qanunun 1.0.2-ci maddəsində göstərilən müəssisələrin özəlləşdirilməsi 2003-cü il 1 noyabr tarixinədək başa çatdıqda, onların özəlləşdirilməsinin başa çatması tarixinə, digər müəssisələrin 2003-cü il 1 noyabr tarixinə dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, xidmətlərin istehlakına görə dövlət müəssisələrinə yaranmış borcları (əsas borc məbləği, faizlər maliyyə sanksiyaları daxil olmaqla), habelə bu müəssisələrin həmin tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara vaxtı ötmüş kreditlər üzrə borcları (əsas borc məbləği faizlər) silinir. [3]

 

2.3. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ləğv olunmuş kolxozların sovxozların səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara borcları (əsas borc məbləği faizlər) silinir.

 

2.4. İşğal altında olan rayonların təsərrüfat subyektlərinin işğal olunan tarixə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara borcları (əsas borc məbləği faizlər) silinir.

 

2.5. Bu Qanunun 2-ci maddəsində nəzərdə tutulan borcların silinməsi bununla əlaqədar yaranan məsələlərin, debitor borcları azaldılan müəssisələrin bankların, onların dövlətə məxsus olmayan səhmlərinin sahiblərinin qanuni mənafelərinin qorunması nəzərə alınmaqla, tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Bu Qanunun 2-ci maddəsində göstərilən tarixlərə yaranmış borclara görə faizlər onların silinməsi haqqında qərarın icra edildiyi günə silinir.

 

Maddə 3. İdarəetməyə verilən müəssisələrin borclarının ödənilməsinin tənzimlənməsi

Dövlət müəssisələrinin uzunmüddətli idarəetməyə verilməsi hallarında bu Qanunun 2-ci maddəsində göstərilən borcların ödənilməsinə möhlət verilir. Bu möhlətin müddəti (idarəetməyə verilən müddət çərçivəsində) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

 

Azərbaycan Respublikasının Prezidenti  Heydər Əlİyev

 

Bakı şəhəri, 24 oktyabr 2000-ci il

                  ¹ 937-IQ

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 30 noyabr, ¹ 11.- S.4517-4518.