Dövlətlərarası neft qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair Çərçivə Sazişinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. 1999-cu il iyulun 22-də Kiyev şəhərində Azərbaycan Respublikası tərəfindən qeyd-şərtlə imzalanmış dövlətlərarası neft qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair Çərçivə Sazişi təsdiq edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 24 oktyabr 2000-ci il

               ¹ 938-IQ

 

 

 

Dövlətlərarası neft qaz nəqli sistemlərinin

 

yaradılması üçün təşkilati prinsiplərə dair

 

 

Çərİvə  Sazİşİ

 

 

 Bu sazişin tərəfləri olan dövlətlər (bundan sonra «Tərəflər» kimi istinad olunacaqlar)

 

 neft qazın dünya bazarlarına təhlükəsiz çıxışını təmin edən marşrutların Tərəflərin gələcək inkişafı enerji təminatı sahəsində təhlükəsizliyi üçün vacibliyini nəzərə alaraq;

 

 digər maraq ifadə edən Dövlətlər, habelə karbohidrogen ehtiyatlarının işlənməsinə sərmayə qoyan yerli xarici şirkətlərlə əməkdaşlıq etməklə neft ya təbii qazın /yaxud onlardan emal olunmuş məhsulların nəqli, o cümlədən tranziti üzrə qərar qəbul edilərkən bütün hüquqi, texniki, kommersiya, ətraf mühit maliyyə amillərinin nəzərə alınmasını dərk edərək;

 

 ölkələrində tətbiq olunan qayda qanunlar kimi, neft qaz sektorunda bazar-iqtisadiyyatı qaydalarına hörmətlə yanaşaraq neft qaz sektorunda tranzit fəaliyyətini tənzimləyən beynəlxalq qayda təcrübənin inkişafına yardım etmək arzusunda olaraq;

 

 sərmayə tranzit risklərinin azaldılmasında dövlətlərin mühüm rol oynadıqlarını anlayaraq;

 

 xarici sərmayələrin sərmayəçilərin beynəlxalq miqyasda qəbul olunmuş standartlara müvafiq qaydada beynəlxalq iqtisadi hüquq sahəsinin qaydalarına riayət olunmaqla qorunması, təşviqi onlarla münasibətlərin neft qaz nəqli sektorunun inkişafı üçün lazımi  tədbir olduğunu nəzərə alaraq;

 

 Dövlətlərarası neft qaz nəqli sistemlərinin təhlükəsiz fəaliyyətini beynəlxalq neft qaz sənayesində qüvvədə olan qayda təcrübəyə uyğun olaraq təmin edən ümumi qayda mexanizmlərin yaradılmasında israrlı olaraq;

 

 Energetika Xartiyası Müqaviləsində bəyan edilmiş prinsipləri nəzərə alaraq, aşağıdakı müddəalar barəsində razılığa gəlirlər:

 

Tərif başlıqlar

 

 1. Bu Sazişin məqsədi üçün:

 

 I. Tikinti yeni neft qaz nəqli sisteminin ya dövlətlərarası neft qaz nəqli sisteminin hər hansı yeni bir hissəsinin quraşdırılması deməkdir.

 

 II. Fövqəladə Komitə bu Sazişin 8-ci maddəsinin 4-cü bəndində təsvir olunmuşdur hər bir İştirakçı Tərəfin ərazisi daxilində hökumət tərəfindən dövlətlərarası neft qaz nəqli sisteminin obyektlərini təbii fəlakət, zəlzələ, radioaktiv kimyəvi çirklənmə, mülki münaqişə, terrorizm soyğunçuluq, cinayət xarakterli hüquq pozuntusundan irəli gələn zərər bu qəbildən olan digər hadisələrdən qorumaq müdafiə etmək məqsədilə istifadə olunan, həyata keçirilən atılan bütün tədbir, addım ümumi hərəkətlərin əlaqələndirilməsi üzrə təkliflər vermək səlahiyyətinə malik bütün İştirakçı Tərəflərin səlahiyyətli nümayəndələrindən ibarət komitə deməkdir.

 

 III. Layihənin Həyata Keçirilməsinin Ümumiləşdirilmiş Forması İştirakçı Tərəflərin dövlətlərarası neft qaz nəqli sisteminin yaradılması məqsədilə vahid hüquqi şəxsə ya hüquqi şəxslər qrupuna bu Sazişin 7-ci maddəsində göstərildiyi kimi iki ya daha çox müxtəlif vəzifə tapşırmaq üçün seçdikləri əməkdaşlıq forması ya hər hansı digər ümumiləşdirmə forması deməkdir.

 

 IV. Dövlətlərarası Komitə bu Sazişin 8-ci maddəsinin 3-cü bəndində təsvir olunmuşdur tərəflər adından onların bir ya daha çox dövlətlərarası neft qaz nəqli sisteminin yaradılmasına dair qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarət etmək səlahiyyəti almış İştirakçı Tərəflərin səlahiyyətli nümayəndələrindən ibarət olan komitə deməkdir.

 

 V. Dövlətlərarası neft qaz nəqli sistemi birdən çox Dövlətin ərazisindən keçən neft təbii qaz /yaxud onlardan emal olunmuş məhsulun nəqli üçün nəqletmə sistemi deməkdir.

 

 vi. Texniki xidmət dövlətlərarası neft qaz nəqli sistemini ya belə nəql sisteminin hər hansı bir hissəsi ya obyektini lazımi sistemin yaradılması məqsədinə cavab verən, müvafiq texniki, təhlükəsizlik ətraf mühit üzrə standartlara riayət edən işlək vəziyyətdə saxlanılması üçün aparılan texniki fəaliyyət deməkdir.

 

 vii. Texniki xidmət şirkəti dövlətlərarası neft qaz nəqli sistemi ya onun hər hansı bir hissəsinə texniki xidmət göstərmək üçün bu Sazişə müvafiq qaydada yaradılan ya seçilən hüquqi şəxs ya hüquqi şəxslər qrupu deməkdir.

 

 viii. Əməliyyat dövlətlərarası neft qaz nəqli sisteminin tətbiq olunan qayda təlimatlara müvafiq surətdə daimi, fasiləsiz, mütənasib əlverişli fəaliyyət göstərməsi üçün lazım olan bütün fəaliyyət növləri deməkdir.

 

 ix. Əməliyyat Şirkəti dövlətlərarası neft qaz nəqli sistemi ya onun hər hansı bir hissəsinin əməliyyatını təmin etmək üçün bu sazişə müvafiq qaydada yaradılan ya seçilən hüquqi şəxs ya hüquqi şəxslər qrupu deməkdir.

 

 X. Marağı Olan Digər Hüquqi Şəxslər bu Sazişin 3-cü 6-cı maddələrində istinad olunmuşlar Sazişin 13-cü maddəsində təsvir olunmuş səlahiyyətli qurumlar deməkdir.

 

 xi. İştirakçı Tərəflər bu Sazişə müvafiq olaraq yaradılan dövlətlərarası neft qaz nəqli sisteminin keçdiyi əraziyə malik olan Tərəflər deməkdir.

 

 xii. Təcrübələr ya İstifadələr Preambulada 3-cü maddədə istinad olunmuşlar hamılıqla tətbiq olunmaqla ya eyni sənaye, yaxud bazar sahəsində peşəkarlar tərəfindən istifadə olunan müəyyən sənaye ya bazar sahəsində xüsusi texniki, kommersiya maliyyə fəaliyyətinin aparılması forması növü deməkdir.

 

 xiii. Layihə bu Sazişə müvafiq olaraq yaradılan dövlətlərarası neft qaz nəqli sistemi çərçivəsində aparılan müəyyən fəaliyyət növü ya növlərinin planlaşdırılması həyata keçirilməsi deməkdir.

 

 xiv. Layihənin İdarə olunması dövlətlərarası neft qaz nəqli sisteminin bərpası ya tikintisi üçün ümumi layihənin həyata keçirilməsi məqsədi üçün lazım olan, vaxt, keyfiyyət növ nöqteyi-nəzərinə uyğun olan məqsədlər çərçivəsindən belə bir layihənin mühəndis işlənməsi, ona dair satınlalınmalar, texniki monitorinq nəzarət, tikinti idarəetməsi komissiya istiqamətlərində fəaliyyət göstərən çoxsahəli qrupun yaradılması deməkdir.

 

 xv. Layihənin İdarəetmə Şirkəti layihə idarəetməsini təmin etmək üçün bu Sazişə müvafiq qaydada yaradılan ya seçilən hüquqi şəxs ya hüquqi şəxslər qrupu deməkdir.

 

 xvi. Layihə İdarəetmə Şirkəti Əməliyyat şirkəti iki müxtəlif hüquqi şəxs olmaqla, layihənin gerçəkləşdirilməsi əməliyyat mərhələlərində bu Sazişin müddəalarına müvafiq olaraq fəaliyyət göstərən şirkətlər ola bilərlər, bir şərtlə ki, layihənin idarə olunması (tamamlama tarixinə qədər) layihə əməliyyatları (tamamlama tarixindən sonra) bu Sazişin 6-cı maddəsinin 2-ci bəndinə müvafiq olmaqla yeganə hüquqi şəxsə ya şəxslər qrupuna həvalə olunmasın.

 

 xvii. Protokol ya Protokollar bu Saziş çərçivəsində onun müddəalarının yerinə yetirilməsi məqsədilə bu Sazişdə təsvir olunan əlavə kimi ona qoşulan ilkin prinsip qaydalara əsasən iki ya daha çox Tərəf arasında bağlanan sonrakı anlaşma ya anlaşmalar deməkdir.

 

 xviii. Bərpa hər hansı mövcud dövlətlərarası neft qaz nəqli sistemi ya belə bir nəql sisteminin hər hansı bir hissəsinin fəaliyyətinin bərpası, yenidən qurulması, yenidən təchizatı, artırılması ya yeniləşdirilməsi deməkdir.

 

 xix. Çərçivə Sazişi özünün tətbiqini reallaşdırmaq, habelə onun özü tərəfindən yaradılan çərçivədə fəaliyyət göstərən hər hansı üçüncü tərəflərin mühafizəsi üçün ilkin prinsip qaydaları müəyyən edən bu Saziş deməkdir.

 

 2. Bu Sazişdə istifadə olunan başlıqlardan yalnız rahatlıq məqsədləri üçün istifadə olunur belə başlıqlar bu Sazişin müddəalarının təfsirinə təsir göstərə bilən amillər kimi qəbul olunmur.

 

Maddə 1

 

Ümumi öhdəlik

 

 Tərəflər mövcud neft qaz nəqli sistem(lər)inin bərpası, müvafiq hallarda yeni dövlətlərarası neft qaz nəqli sistem(lər)inin tikintisi bu nəqletmə sistem(lər)inin əməliyyat texniki xidməti vasitəsilə bir ya daha çox dövlətlərarası neft qaz nəqli sisteminin qarşılıqlı məqbul şərt müddəaları əsasında yaradılması məqsədilə bu Saziş çərçivəsində birgə fəaliyyət həyata keçirəcəklər.

 

Maddə 2

 

Tətbiq dairəsi

 

 1. 1-ci maddənin məqsədləri üçün, özlərinin ərazisindən keçən mövcud ya tikinti gedişində olan dövlətlərarası neft qaz nəqli sisteminin hansı hissələrinin bu Sazişə müvafiq olaraq yaradılacaq, texniki xidmət göstəriləcək fəaliyyət göstərəcək bir ya daha çox dövlətlərarası neft qaz nəqli sisteminin hissələri kimi istifadə olunması, habelə yuxarıda istinad olunan dövlətlərarası neft qaz nəqli sistemlərinin hissələri kimi hansı yeni hissələrin öz ərazilərində tikilməsi, fəaliyyət göstərməsi texniki xidmət göstərilməsini qəbul etmələrinə dair ayrıca Protokol vasitəsilə müəyyən etmək məqsədilə Tərəflər digər Tərəflərlə ikitərəfli / ya çoxtərəfli danışıqlar aparılması üçün öhdəlik götürür ya buna nail olmağa razılıqlarını verirlər.

 

 2. Bu Sazişə müvafiq surətdə yaradılan iki ya daha çox dövlətlərarası neft qaz nəqli sistemləri arasında əlaqələrin yaradılmasına xələl gətirmədən, belə nəqletmə sistemləri müxtəlif texniki, kommersiya, maliyyə ətraf mühit şərtləri əsasında layihələşdirilən, maliyyələşdirilən, bərpa olunan, tikilən, fəaliyyət göstərən texniki xidmət göstərilən ayrıca layihələr kimi baxıla bilərlər. Tərəflərdən hər hansı biri digər bir Tərəf ilə birdən çox dövlətlərarası neft qaz nəqli sisteminin yaradılması haqqında razılıq əldə edə bilər.

 

Maddə 3

 

Əməliyyat

 

 1. 7-ci maddənin 2-ci bəndinin müddəalarına xələl gətirmədən bu Sazişə müvafiq surətdə yaradılan hər hansı bir dövlətlərarası neft qaz nəqli sisteminin əlverişli fəaliyyətini təmin edən qaydaların zəruriliyini nəzərə alaraq, İştirakçı Tərəflər arasında razılaşdırıldığı təqdirdə, belə bir sistemin əməliyyatı İştirakçı Tərəflər müvafiq hallarda, marağı olan digər hüquqi şəxslər arasında müzakirə olunan ya razılaşdırılan prinsip, qayda təlimatlara uyğun olmaqla yaradılan ya seçilən ümumi əməliyyat şirkətinə verilə bilər.

 

 2. Əməliyyat şirkəti İştirakçı Tərəflər müvafiq hallarda, marağı olan digər hüquqi şəxslər arasında Tərəflərin yaratdığı dövlətlərarası neft qaz nəqli sisteminin hansı vasitə ilə idarə olunması prinsip qaydalarını təsbit edən ümumi əməliyyat sazişi bağlana bilər.

 

 3. 7-ci maddənin müddəalarına xələl gətirmədən sonradan bu Sazişə qoşulan Protokol ilə bilavasitə nəzərdə tutulan hallar istisna olmaqla, əməliyyat şirkəti neft qazın nəqlinə dair xidmətləri yalnız xüsusi müqavilələr üzrə belə nəql sistemlərindən istifadəyə səlahiyyətli olan, neft qazın nəqlinə dair bağlanmış müqavilələrə müvafiq surətdə, neft qaz sahəsində beynəlxalq miqyasda qəbul edilmiş standart qaydalara uyğun tərzdə neft qaz alıcıları / ya təchizatçıları hər hansı digər üçüncü tərəflərə göstərə bilər.

 

Maddə 4

 

Bərpa Tikinti

 

 1. Bu Saziş ilə digər şəxslərin nəzərdə tutulması halları istisna olmaqla, bir ya daha çox Dövlətlərarası neft qaz nəqli sistemlərinin yaradılmasına dair iki daha çox İştirakçı Tərəfin qərarlarını yerinə yetirmək məqsədilə hər bir İştirakçı Tərəf qüvvədə olan milli qanunvericilik, qayda təlimatlara müvafiq olaraq öz ərazisindən keçən mövcud Dövlətlərarası Neft Qaz Nəqli Sistemini bərpa etmək ya özünün ərazisindən keçən hər hansı yeni Dövlətlərarası Neft Qaz Nəqli Sisteminin tikintisi hüququnu özündə saxlayır.

 

 2. 1-ci bəndin müddəaları müvafiq ərazilərdən keçən dövlətlərarası neft qaz nəqli sisteminin hissələrinin bərpası tikintisi məqsədilə Tərəfin digər İştirakçı Tərəflər ilə ayrı müqavilələr bağlamaq hüququnu istisna etmir. Bu məqsədlə, iki ya daha çox Tərəf özlərinin ərazisinə aid olan layihələşdirmə, bərpa tikinti işlərini İştirakçı Tərəflərin birgə surətdə razılaşdıqları qaydada təsis edilən ya seçilən hüquqi şəxs ya hüquqi şəxslər qrupuna verə bilər.

 

 3. Birdən artıq İştirakçı Tərəfin iştirakı ilə yaradılacaq bir ya daha çox dövlətlərarası neft qaz nəqli sisteminin texniki cəhətdən vahidliyini fəaliyyət səmərəliyini təmin etmək məqsədilə, belə bir İştirakçı Tərəf, bir ya daha çox dövlətlərarası neft qaz nəqli sistemlərinin öz əraziləri daxilində bərpası tikintisi işlərini 1-ci 2-ci bəndlərin müddəalarına müvafiq olaraq podrat üzrə digər tərəfə həvalə edərkən, neft qaz sənayesində beynəlxalq miqyasda ümumilikdə qəbul olunmuş texniki xüsusiyyətləri tətbiq edir.

 

Maddə 5

 

Texniki xidmət

 

 1. 4-cü maddənin müddəaları eynilə bu Sazişə müvafiq olaraq yaradılan bir ya daha çox dövlətlərarası neft qaz nəqli sistemlərinin bərpa edilmiş ya yeni olaraq tikilmiş hissələrinə tətbiq olunur.

 

 2. 3-cü maddənin 1-ci bəndinə müvafiq olaraq, bu Sazişə müvafiq olaraq yaradılmış dövlətlərarası neft qaz nəqli sistemini əməliyyat şirkəti idarə etdikdə bu sistemə texniki xidmət 3-cü maddə müddəaları ilə təsbit edilmiş ümumi əməliyyat şirkətindən fərqli olan digər hüquqi şəxs ya hüquqi şəxslər qrupuna verildikdə, belə bir nəqletmə sisteminə texniki xidmət üçün məsul olan hüquqi şəxs ya hüquqi şəxslər qrupu bu Maddəyə əsasən bağlanan texniki xidmət sazişi 3-cü maddənin 2-ci bəndi ilə nəzərdə tutulduğu kimi, ümumi əməliyyat sazişi ilə bilavasitə müəyyən edilmiş tərzdə ümumi əməliyyat şirkətinin nəzarəti müşahidəsi altında fəaliyyət göstərir.

 

Maddə 6

 

Layihənin idarə olunması

 

 

 1. Bu Sazişə müvafiq olaraq, Dövlətlərarası Neft Qaz Nəqli Sisteminin yaradılması haqqında qərarın həyata keçirilməsi məqsədilə İştirakçı Tərəflər müvafiq hallarda, marağı Olan Digər Hüquqi Şəxslər, razılıq əldə olunarsa, müvafiq Dövlətlərarası Neft Qaz Nəqli Sisteminə münasibətdə Bərpa Tikinti işləri üzrə iqtisadi əsaslandırmanın, layihələşdirmənin nəzarətin həyata keçirilməsi vəzifələrini İştirakçı Tərəflərin müvafiq hallarda, Marağı Olan Digər Hüquqi Şəxslərin, müzakirə etdikləri razılaşdırdıqları prinsip qaydalara əsasən İştirakçı Tərəflər müvafiq hallarda, Marağı Olan Digər Hüquqi Şəxslər tərəfindən təsis olunan ya seçilən ümumi Layihə İdarəetmə şirkətinə güzəşt edə bilərlər.

 

 2. 7-ci Maddənin 2-ci Bəndinin müddəalarına xələl gətirmədən, heç bir müddəa İştirakçı Tərəfləri müvafiq hallarda, Marağı Olan Digər Hüquqi Şəxslər Layihə İdarəetmə Şirkətinin vəzifələrini 3-cü Maddənin 1-ci Bəndi ilə təsbit edilmiş ümumi Əməliyyat Şirkətinə verməkdən məhrum etmir.

 

Maddə 7

 

Layihənin həyata keçirilməsinin ümumiləşdirilmiş forması

 

 

 1. Bu Sazişə müvafiq olaraq hər bir fərdi dövlətlərarası neft qaz nəqli sisteminin yaradılması üçün özünəməxsus texniki, kommersiya maliyyə tələblərini nəzərə alaraq, İştirakçı Tərəflər 3—6-cı maddələri ilə təsbit edilmiş iki daha çox sayda vəzifələri İştirakçı Tərəflərin aşağıda verilmiş qaydada təsis etdikləri ya seçdikləri bir hüquqi şəxsə ya hüquqi şəxslər qrupuna güzəşt edə bilərlər:

 

 a) 4-cü maddənin 2-ci bəndi 5-ci maddənin 1-ci bəndi ilə birlikdə bərpa/tikinti texniki xidmət məqsədləri üçün;

 

 b) 3-cü maddənin 1-ci bəndi 5-ci maddənin 2-ci bəndi ilə birlikdə texniki xidmət Əməliyyat məqsədləri üçün;

 

 c) 6-cı maddənin 2-ci bəndi layihənin idarə olunması əməliyyat məqsədləri üçün;

 

 d) 6-cı maddənin 2-ci bəndi 5-ci maddənin 2-ci bəndi ilə birlikdə layihənin idarə olunması, əməliyyat texniki xidmət məqsədləri üçün.

 

 2. Tərəflər layihənin həyata keçirilməsinin digər ümumiləşdirilmiş formalarını, o cümlədən, lakin bununla məhdudlaşmadan, bu Sazişə müvafiq olaraq bir ya daha çox dövlətlərarası neft qaz nəqli sistemlərinin yaradılması üçün ümumi əməliyyat prinsipini qəbul edə bilərlər.

 

Maddə 8

 

Tərəflərin müstəsna yurisdiksiyasına aid olan məsələlər

 

 

 1. Bu Sazişə müvafiq olaraq dövlətlərarası neft qaz nəqli sisteminin yaradılması haqqında qərarın həyata keçirilməsi məqsədilə İştirakçı Tərəflər ayrıca Protokol vasitəsilə hər bir İştirakçı Tərəfin özünün ərazisinə münasibətdə müstəsna yurisdiksiyaya aid olan məsələləri, habelə ərazi daxilində fəaliyyət göstərən fiziki hüquqi şəxslərə aid olan məsələləri, o cümlədən, lakin bunlarla məhdudlaşmadan, bu Sazişə əsasən yaradılan dövlətlərarası neft qaz nəqli sisteminin milli hissələrinin layihələşdirilməsi, maliyyələşdirilməsi, bərpası, tikintisi, texniki xidməti əməliyyatı ilə əlaqədar olan sosial təminat əmək qanunvericiliyi, tikinti qaydaları, lisenziya qaydaları, təhlükəsizlik sağlamlığın qorunması qaydalarına aid olan, maliyyə gömrük ətraf mühitin qorunmasına dair qanunvericiliklə tənzimlənən məsələləri imzalayan qaydaları təyin edirlər.

 

 2. Bu Saziş ya sonradan ona qoşulan Protokollarda birbaşa olaraq digər qayda nəzərdə tutulmadıqda, heç bir Tərəf, bu Saziş ya sonradan ona qoşulan Protokollar qüvvəyə mindikdən sonra, bu Saziş ya sonradan ona qoşulan Protokollara müvafiq surətdə yaradılan dövlətlərarası neft qaz nəqli sisteminin layihələşdirilməsi, maliyyələşdirilməsi, bərpası, tikintisi, texniki xidməti əməliyyat şərtlərinə mənfi təsir göstərə bilən dəyişiklikləri milli qanunvericiliklərinə etmirlər1. Bu Sazişin sonradan ona qoşulan Protokolların müddəaları ilə milli qanunvericiliyin müddəaları arasında hər hansı ziddiyyət yarandığı halda, bu Sazişin müddəalarına üstünlük verilir.

 

 3. Tərəflər sonradan bu Sazişə qoşulacaq Protokola müvafiq olaraq yaradılan İştirakçı Tərəflər adından onların bu Sazişə müvafiq surətdə Dövlətlərarası Neft Qaz Nəqli Sisteminin yaradılması haqqında qərarın həyata keçirilməsinə nəzarət etmək hüququna malik olan səlahiyyətli Dövlətlərarası Komitənin yaradılması məqsədi ilə əməkdaşlıq edirlər.

 

 4. Tərəflər sonradan bu Sazişə qoşulacaq Protokola müvafiq olaraq hər bir İştirakçı Tərəfin hökuməti tərəfindən öz ərazisi daxilində bu Sazişə müvafiq olaraq yaradılan dövlətlərarası neft qaz nəqli sisteminin təbii fəlakətlər, zəlzələ, radioaktiv kimyəvi çirklənmə, mülki münaqişələr, terrorizm soyğunçuluq, cinayət xarakterli hüquq pozuntusundan irəli gələn zərər bu qəbildən olan digər hadisələrə qarşı təhlükəsizliyini təmin mühafizə etmək üçün görülən aparılan addım, tədbir ümumi hərəkətlərin birgə həyata keçirilməsi üçün tövsiyələr verən səlahiyyətli Fövqəladə Komitənin yaradılması məqsədilə əməkdaşlıq edirlər. Belə hallar, habelə Fövqəladə Komitənin vəzifə səlahiyyətləri İştirakçı Tərəflərin vasitəsilə bu Sazişə müvafiq qaydada yaradılan hər bir dövlətlərarası neft qaz nəqli sisteminə münasibətdə ümumilikdə məqbul olan əsaslar üzrə müəyyən edilir.

 

 5. Bu Sazişə sonradan qoşulan Protokollar bu Sazişin ayrılmaz hissəsini təşkil edir yalnız bu Protokolları imzalamış Tərəflərə münasibətdə mütləq hüquqi qüvvəyə malik olurlar.

 

 

Maddə 9

 

Ətraf mühitin qorunması

 

 

 Bu Sazişin müddəalarını həyata keçirərkən, Tərəflər beynəlxalq qaydalara, misal üçün yerli ətraf mühit şəraitini nəzərə almaqla Beynəlxalq Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasına Kyoto Protokoluna Energetika Xartiyasına müvafiq olaraq qəbul edilmiş Energetika Səmərəliyi Aidiyyatı olan Ətraf Mühit Məsələləri üzrə Protokola uyğun qaydada fəaliyyət göstərən ümumi institutları yaratmaq bu Sazişə əsasən yaradılan bir ya daha çox dövlətlərarası neft qaz nəqli sisteminin layihələşdirilməsi, tikintisi, bərpası, texniki xidməti əməliyyatı ilə vurula bilən mənfi təsirdən qorunmaq üçün ümumi siyasəti işləyib hazırlamaq məqsədilə daha sıx dövlətlərarası əməkdaşlığın yaradılmasını inkişaf etdirəcəklərinə razılıqlarını verirlər.

 

 

Maddə 10

 

Milli qanunvericilik sistemində müddəaların yerinə yetirilməsi

 

 

 1. Bu Sazişin müddəalarını özlərinin qanunvericilik sisteminə daxil etmək icra etmək məqsədilə Tərəflər bütün müvafiq addımları atırlar.

 

 2. Bu Sazişlə ayrıca olaraq bu Sazişə qoşulan Protokolun bağlanması nəzərdə tutulduqda ya fərz edildikdə, belə Protokol ya Protokollar İştirakçı Tərəflərin vasitəsi ilə bu Sazişə müvafiq olaraq yaradılan müəyyən layihənin yerinə yetirilməsi xüsusiyyətləri nəzərə alınmaqla müzakirə olunur razılaşdırılır. Belə Protokol ya Protokolların milli qanunvericilik sisteminə daxil edilməsi Tərəflərin müvafiq konstitusiya ya qanunvericilik müddəalarına əsasən aparılır.

 

 3. Tərəf özünün milli qanunvericilik sisteminin müddəalarını bu Saziş ya sonradan ona qoşulan Protokollar ilə təsbit edilmiş öhdəliklərinin yerinə yetirilməməsi üçün əsas gətirə bilməz.

 

 

Maddə 11

 

Öhdəliklərin dövlət dövlətlərarası səviyyədə yerinə yetirilməsi üçün təminat

 

 

 Hər bir Tərəf digər Tərəflər qarşısında, habelə bu Sazişə əsasən yaradılan dövlətlərarası neft qaz nəqli sisteminin layihələşdirilməsi, bərpası, tikintisi, maliyyələşdirilməsi, əməliyyatı texniki xidməti məqsədilə bu Tərəflə müqavilə ya saziş bağlamış üçüncü tərəflər qarşısında bu Saziş ya sonradan ona qoşulan Protokollardan irəli gələn öhdəliklərinin yerinə yetirilməsinə təminat verir.

 

 

Maddə 12

 

Mübahisələrin həlli

 

 

 Bu Saziş ya sonradan ona qoşulan Protokolların təfsiri yerinə yetirilməsi ilə əlaqədar olan hər hansı mübahisə, habelə Tərəf ilə üçüncü tərəf arasında bu Saziş sonradan ona qoşulan Protokolların müddəalarının yerinə yetirilməsi məqsədilə bağlanan hər hansı saziş ya müqavilənin təfsiri ya yerinə yetirilməsi ilə əlaqədar olan mübahisələr, Tərəflərin tərtib edəcəkləri ayrıca Protokol ilə təsbit edilən qaydalara müvafiq qaydada həll edilir.

 

 

Maddə 13

 

Səlahiyyətli qurumlar

 

 

 

 1. Hər bir Tərəf özünün milli qanunvericiliyinə əsasən bu Sazişlə əhatə olunan hər hansı bir sektorda (neft qaz) bu Sazişin müddəalarının yerinə yetirilməsi üçün məsuliyyət daşıyan milli qurumu, agentliyi, dövlət müəssisəsini ya hər hansı digər səlahiyyətli hüquqi şəxsi təyin edir bunu digər Tərəflərə məlum edir.

 

 2. Tərəflər bu qurumlar tərəfindən bu Saziş ya sonradan ona qoşulan Protokolların müddəalarının yerinə yetirilməsi məqsədilə götürülmüş öhdəlikləri özlərinin öhdəlikləri kimi qəbul edir buna təminat verirlər.

 

 

Maddə 14

 

Beynəlxalq müqavilələrə münasibət

 

 

 1. Bu Sazişin müddəaları Tərəflərin neft qaz nəqli sektorunda digər dövlətlərarası əməkdaşlıq formalarından istifadə hüququnu istisna etmir.

 

 2. Bu Sazişin müddəaları neft qaz nəqli sektorunda mövcud olan hər hansı beynəlxalq müqavilənin, habelə Tərəf ilə digər Dövlətlər arasında məqsədləri bu digər Dövlətlərdən gələn sərmayələri qorumaq, təşviq etmək artırmaq olan beynəlxalq müqavilələrin müddəalarına dəyişikliklər edən ya xitam verən bir müddəalar kimi təfsir oluna bilməz.

 

 

Maddə 15

 

Yekun müddəalar

 

 1. Bu Saziş müddətsiz bağlanmışdır.

 

 2. Bu Saziş 1999-cu ilin iyul ayının iyirmi ikinci günündən etibarən 2000-ci il yanvar ayının birinci gününə qədər imzalanmaq üçün açıq olaraq qalır. Bu Saziş onu imzalamış dövlətlərin parlamentləri ya digər səlahiyyətli qurumları tərəfindən ratifikasiya edilir. Ratifikasiya sənədləri depozitçiyə verilir. bu Sazişin məqsədləri üçün depozitçi Ukrayna Hökuməti olur.

 

 3. Bu Saziş onu imzalamış Dövlət tərəfindən üçüncü ratifikasiya sənədi depozitçiyə təhvil verildikdən otuz gün sonra qüvvəyə minir. Bu Sazişin imzalanma müddəti bitdikdən sonra o, qoşulmaq üçün açıq olur. Qoşulma sənədləri depozitçiyə təhvil verilir. Bu Saziş qüvvəyə mindikdən sonra özünün ratifikasiya ya qoşulma sənədini təhvil verən Tərəfə münasibətdə bu Saziş bu sənədlərin depozitçiyə təhvil verilməsi tarixində qüvvəyə minir.

 

 4. Bu Saziş beynəlxalq hüququn ümumi prinsiplərinin, o cümlədən Müqavilələr Hüququ Haqqında Vyana Konvensiyasının predmeti olur.

 

 

 

Maddə 16

 

Mətnlərin əslliyi

 

 

 Yuxarıda deyilənləri təsdiq etmək məqsədilə, müvafiq səlahiyyət almış şəxslər bu Sazişi ingilis dilində Tərəfin rəsmi dövlət dilində imzalamışlar. Hər hansı ziddiyyət yarandıqda, üstünlük ingilis dilində olan varianta verilir.

 

 Bu Saziş depozitçiyə təhvil verilməklə onun arxivində saxlanılır. Hər bir Tərəf depozitçidən bu Sazişin düzgün surətini alacaqdır. depozitçidən həmçinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 102-ci maddəsinin müddəalarına müvafiq qaydada qeydə alınmaq üçün bu Sazişin əslinə uyğun surətini Birləşmiş Millətlər Təşkilatının Baş katibinə təqdim etmək tələb olunur.

 

 

 Kiyev şəhərində, min doqquz yüz doxsan doqquzuncu il iyul ayının iyirmi ikinci günündə imzalanmışdır.

 

 

Ermənistan Respublikası

 

Azərbaycan Respublikası

 

Belorus Respublikası

 

Bolqarıstan Respublikası

 

Gürcüstan

 

Qazaxıstan Respublikası

 

Qırğızıstan Respublikası

 

Moldova Respublikası

 

Rumıniya

 

Tacikistan Respublikası

 

Türkmənistan Respublikası

 

Ukrayna

 

Özbəkistan Respublikası

 

 

Buxarest şəhərində, min doqquz yüz doxsan doqquzuncu il sentyabr ayının on doqquzuncu günündə imzalanmışdır.

 

Albaniya Respublikası

 

Xorvatiya Respublikası

 

       Skopye şəhərində, min doqquz yüz doxsan doqquzuncu il oktyabr ayının sekkizinci günündə imzalanmışdır.

 

Makedoniya Respublikası

 

       Kiyev şəhərində, min doqquz yüz doxsan doqquzuncu il dekabr ayının otuzuncu günündə imzalanmışdır.

 

Belarus Respublikası

 

Dövlətlərarası neft qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair çərçivə sazişi üzrə Azərbaycan Respublikasının

 

qeyd-şərtİ

 

 

 1. Azərbaycan Respublikası bu qeyd-şərt vasitəsi ilə bəyan edir ki, dövlətlərarası neft qaz nəqli sistemlərinin yaradılması üçün təşkilati prinsiplərə dair Çərçivə Sazişi sonradan bu Sazişə qoşulan Protokollar ilə təsbit edilmiş heç bir hüquq, öhdəlik, vəzifə müddəa neft qaz nəqli sistemi Ermənistan Respublikasında başlandıqda, Ermənistan Respublikası ərazisindən tranzitlə keçdikdə ya son nöqtəsi Ermənistan Respublikası olduqda Azərbaycan Respublikasına münasibətdə bu neft qaz nəqli sistemlərinin yaradılması, bərpası, tikintisi, əməliyyatı texniki xidmətinə aid olan məsələlər üzrə tətbiq edilmir.

 

 2. Azərbaycan Respublikası bu qeyd-şərtin müddəalarını dəyişdirmək ya onu geri götürmək hüququnu özündə saxlayır digər Tərəflərə belə dəyişiklik ya geri götürmə halı barəsində yazılı bildiriş təqdim olunacaqdır.

 

 Azərbaycan Respublikasının Baş naziri Artur RASİZADƏ.

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 30 noyabr, ¹ 11.- S.4518-4527.