"Bələdiyyə
üzvünün statusu haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
"Bələdiyyə üzvünün statusu
haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq
olunmasını təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
"Bələdiyyə üzvünün statusu
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra
hakimiyyəti orqanlarının normativ-hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
öz səlahiyyətləri daxilində "Bələdiyyə
üzvünün statusu haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
"Bələdiyyə üzvünün statusu
haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində
müəyyən edilmiş "müvafiq icra hakimiyyəti
orqanı”nın səlahiyyətlərini rayon (şəhər,
şəhərdə rayon) icra hakimiyyəti orqanları həyata
keçirirlər.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 21 oktyabr 2000-ci il
№ 405
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 oktyabr, № 10.- S.4273-4274.