Regionlarda İKT sürətlə inkişaf edir

 

İsmayıllı rabitəsi

 

İsmayıllıda bütün istiqamətlərdə olduğu kimi rabitə informasiya texnologiyaları sahəsində yüksələn inkişaf var. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının tapşırıq tövsiyələrinə uyğun olaraq rayonda icra hakimiyyətinin apardığı quruculuq yenidənqurma işləri öz bəhrəsini vermişdir. İsmayıllının müasir görkəmini ortaya qoyan bu yeniləşmə bütün sahələr kimi rabitə informasiya sahəsinin yeni simasını ortaya qoymuşdur. Rabitə İnformasiya Texnologiyaları NazirliyiAztelekom”İB AzərpoçtMMC-nin həyata keçirdiyi uğurlu tədbirlər nəticəsində bütün regionlarda olduğu kimi İsmayıllıda da rabitə informasiya texnologiyaları sahəsi yeni inkişaf dövrünə başlamışdır.

 

İnformasiya kommunikasiya texnologiyaları

 

Bu gün haqqında söhbət açacağımız İsmayıllı rabitəsi daim inkişafda olub. Respublika üzrə elektron ATS-lər olmadığı bir vaxtda belə rayon rabitəsi analoq stansiyalarla öncüllər sırasında idi. “AztelekomİB-nin dəstəyi ilə bu sahənin daha da dirçəldilməsi, yeni texnologiyaların tətbiqi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hələ sovetlər birliyi vaxtından rayon Telekommunikasiya qovşağının rəisi olan, yaxşı işi, bacarığı ilə tanınan, hər bir kəsin hörmətlə yanaşdığı ağsaqqal rabitəçi Qəhrəman Osmanov görülən işlər, əldə olunan nəticələr haqqında bizə danışdı.

 

Uğurlu inkişaf

 

Q.Osmanov rayon rabitəsinin TAE xəttinə qoşulmasını İsmayıllı rabitəsinin tarixində ən böyük hadisə olduğunu bildirdi. Göyçay rayonunun Qaraməryəm kəndi istiqamətində TAE xəttinə qoşulan rayon rabitəsi daha sürətli, daha keyfiyyətli bir rabitəyə çevrilmişdir. Q.Osmanov rayon rabitəsinin TAE xəttinə qoşulması ilə İvanovka Qubaxəlilli kənd EATS-lərinin bu xəttə qoşulduğunu bildirdi. Qovşaq tərəfindən aparılmış işlər nəticəsində Ruşan, Qələyə, Hacıhətəmli Göytəpə kənd ATS-lərinin rabitəsi artıq TAE xəttinə birləşdirilmiş İvanovka EATS üzərindən verilmişdir ki, bu da sözügedən kəndlərdə rabitənin keyfiyyətini bir neçə dəfə artırmışdır. Yeri gəlmişkən qeyd edək ki, İvanovka kəndində 48 genişzolaqlı internet portu istifadəyə verilməsi nəzərdə tutulub ki, bu da kənd sakinlərinin yüksək keyfiyyətli telefon rabitəsi ilə yanaşı, sürətli internetə çıxış imkanlarını da təmin edəcək.

 

Kəndlərdə müasir rabitə

 

RİTN “Aztelekom”İB-nin dəstəyi ilə rayonda rabitənin inkişafı istiqamətində həyata keçirilən işlərin tərkib hissəsi olaraq iki kənddə (Mucu 48, Gəndo 32 nömrə tutumlu) min EATS qurulmuşdur ki, bu da kəndlərdə müasir rabitə xidməti göstərməyə imkan yaratmışdır. Rayon üzrə təqribən 500 abunəçi internetdən istifadə edir ki, bunun da 150-si genişzolaqlı internet(ADSL) istifadəçisidir.

Ötən il qovşaq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 268 ədəd telefon çəkilərək(şəhər üzrə 35, kənd üzrə 233) abunəçilərin istifadəsinə verilmişdir.

Qovşaq rəisi bildirdi ki, hal-hazırda İsmayıllı TKQ üzrə montaj tutumu 14256 nömrə(şəhər üzrə 5008, kənd üzrə 9248 ədəd) təşkil edir. Statistikaya görə hazırda İsmayıllıda hər 100 ailəyə 78 ədəd telefon düşür.

İsmayıllı TKQ tərəfindən aparılmış gərgin işlər nəticəsində bu ilin yanvar ayında rayonun Sumağallı kəndində 256 nömrə tutumlu elektron ATS tikilərək sakinlərin istifadəsinə verilmişdir. “AztelekomİB-nin köməkliyi sayəsində Qalacıq 256 nömrə tutumlu ATS qurulması üçün hazırlıq işləri aparılır. Bu il ərzində görüləcək tədbirlər nəticəsində 500 nömrəlik Kürdmaşı, 200 nömrəlik Aşıqbayram kənd ATS-lərinin elektronlaşdırılması FO kabelinə qoşulması işlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Texniki sahədə əldə edilən uğurlara paralel olaraq rayon rabitə evinin təmiri istiqamətində işlər həyata keçirilib. Belə ki, ilkin addım kimi rabitə evinin dam örtüyü fasad hissəsi müasir tələblərə cavab verən səviyyədə qurulub. Binanın otaqlarının da yaxın vaxtlarda təmir ediləcəyi gözlənilir.

İllərdən bəri əldə edilən uğurların qazanılmasında kollektivin əməyini yüksək qiymətləndirən rəis bundan sonra da daha böyük nailiyyətlər əldə etmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildirərək yaxın vaxtlarda daha böyük nailiyyətlərin əldə ediləcəyini qeyd etdi. Rəis sonda onlara rayonda rabitənin daha da inkişaf etdirilməsi istiqamətində göstərdikləri köməkliyə görə, RİTN-nin AztelekomİB-nin rəhbərliyinə öz dərin minnətdarlığını bildirdi.

 

Poçt

 

İsmayıllıda informasiya kommunikasiya texnologiyaları ilə yanaşı, poçt rabitəsi sahəsi sürətlə inkişaf edir. Respublikamızda ilk milli poçt şöbəsi İsmayıllının Quşencə kəndində tikilmişdir. İsmayıllı Poçt Filialının rəisi Söhbət Pənahov bildirdi ki, hazırda İsmayıllı Poçt filialı 27 poçt şöbəsi vasitəsi ilə rayonun 109 yaşayış məntəqəsinin əhalisinə, müəssisə təşkilatlara nümunəvi poçt xidməti göstərir. Kənd şəhər poçt şöbələrinə marşrut üzrə poçtun mübadiləsi təmin edilərək poçt göndərişləri ünvan sahiblərinə vaxtımda çatdırılır. Hərbi hissənin uzaq məsafədə olmasına baxmayaraq pul baratları, bağlama məktubların vaxtında çatdırılması xüsusi nəzarətdədir.

 

Plan tapşırıqlar artıqlaması ilə icra olunub

 

Filial ənənəvi poçt xidmətləri ilə yanaşı, qeyri-ənənəvi poçt xidmətlərinin göstərilməsinə böyük əhəmiyyət verərək enerji, təbii qaz, telefon sair haqların yığımını yüksək səviyyədə təşkil etmişdir. Qeyd edək ki, 2009-cu ildə şəhər beynəlxalq danışıq haqları qəbulu 98 %, cari ilin 2 ayında isə 106.5 % icra olunmuşdur. Filial ötən ilin əsas iqtisadi göstəriciləri üzrə proqnoz tapşırıqlara artıqlaması ilə əməl etmişdir. Belə ki, tarif gəliri proqnozunu vaxtından əvvəl yerinə yetirərək 106.4 % icra etmişdir, 2008-ci illə müqayisədə faktiki gəlirin 8596 manat artması deməkdir. Bu da digər göstəricilərin icrasına müsbət təsir etmişdir.

Poçtamt rəisi daha sonra bildirdi ki, kollektiv qüvvəsini səfərbər edərək bu ilin 2 aylıq tarif gəliri proqnozunu da 104.3 % icra etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2809 manat çox icra etmişdir.

Əhaliyə göstərilən poçt xidmətinin proqnozu 118.6 %, 2008-ci illə müqayisədə 11679 manat çox yerinə yetirilmişdir. Cari ilin 2 aylıq proqnozuna 130.7% əməl edilmişdir ki, bu da ötən illə müqayisədə tapşırığın 6516 manat çox əməl edilməsi deməkdir.

 

Ənənəvi xidmətlərdən gələn gəlir artır

 

Poçtamtda ənənəvi xidmətlərdən gələn gəlir ildən-ilə çoxalmaqdadır. Bu istiqamətdə həyata keçirilən işlərin nəticəsində bağlamaların məktubların qəbulu ildən-ilə artmaq üzrədir. Belə ki, 2009-cu ildə 1000-ə yaxın, cari ilin 2 ayında isə 150-yə yaxın bağlama qəbul olunmuşdur. 2009-cu ildə 16000 daxili beynəlxalq məktub qəbul olunmuşdur. Cari ilin 2 ayında isə 4347 məktub qəbul olunmuşdur ki, bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 1474 ədəd çoxdur.

Pul baratlarının qəbulu ödənilməsi yüksək səviyyədə təşkil edilmişdir. 2009-cu ildə 5752 ədəd ya 863000 manat qəbul edilmiş, 3967 ədəd ya 412540 manat ödənilmişdir.

Rabitə İnformasiya Texnologiyaları Təhsil Nazirliklərinin birgə layihəsi olanXalq kompyuterilayihəsi üzrə kompyuterlərin ünvan sahiblərinə çatdırılması daimi olaraq diqqətdə saxlanılır.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq İsmayıllı şəhərində Lahıc qəsəbəsində müasir milli memarlıq üslubunda 2 poçt şöbəsi binası tikilib istifadəyə verilmişdir. Yeni poçt binalarının tikintisi üçün zəruri işlər davam etdirilir.

Poçtamt rəisi kollektivin səyi ilə bundan sonra da daha böyük nailiyyətlər qazanacaqlarını əminliklə bildirərək onlara bu istiqamətdə dəstək olan rəhbərliyə öz dərin minnətdarlığını bildirdi.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 2 aprel.- S.8.