Regionlarda İKT sürətlə inkişaf edir
Şirvan rabitəsi
İnformasiya və kommunikasiya
texnologiyaları
Regionlarda rabitə
və informasiya texnologiyalarının inkişafı
sürətlə davam
etməkdədir. RİTN-in birlik və müəssisələri tərəfindən
əhalinin müasir poçt, multimedia xidmətlərinə,
o cümlədən internetə
çıxış imkanları
daha geniş şəkildə təşkil
olunmuş, onların maraqlarını təmin edən müasir infrastruktur şəbəkəsi
yaradılmışdır. Bu istiqamətdə Şirvan
şəhərində aparılan
işləri xüsusi
qeyd etmək lazımdır. Ölkə
başçısı İlham
Əliyev cənablarının
tapşırıq və
tövsiyələrinə uyğun
olaraq şəhərdə
aparılan quruculuq və yenidənqurma işlərinə paralel olaraq inkişaf edən rabitə şəbəkəsi özünün
yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur.
Tarif gəliri
artır
Telekommunikasiya Qovşağının
rəisi Rəhman Məmmədov möhtərəm
Prezidentimiz İlham Əliyev cənablarının
diqqət və qayğısı sayəsində
ölkəmizdə bütün
sahələrin, o cümlədən
informasiya və kommunikasiya texnologiyalarının
sürətlə inkişaf
etdiyini bildirərək
“Regionların sosial-iqtisadi
inkişafı” Dövlət
Proqramına uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
“Aztelekom” İB-nin dəstəyi ilə Şirvan şəhər rabitəsinin TAE xəttinə
qoşulduğunu, şəhər
rabitəsinin tamamilə
elektronlaşdırıldığını,
inzibati binada müasir abunə şöbəsinin, şəhərin
“Köhnə şəhər”
hissəsində müasir
elektron ATS binasının,
abunə şöbəsinin
və internetklubun əhalinin istifadəsinə
verildiyini bildirdi.
R.Məmmədov daha sonra bildirdi ki, Şirvan TKQ ötən ilin plan və tapşırıqlarını
103 faiz yerinə yetirmişdir.Bütün istiqamətlərdə
öndə duran qovşaq abunə haqqı proqnozunu 103.2 faiz yerinə yetirmişdir. Plandan əlavə 67,5 min manat əlavə xidmətlərdən
gəlir əldə edilmişdir ki, bunun da 36.7 min manatı servis xidmətlərindən gələn
gəlirdir ki, bu da 2008-ci il
ilə müqayisədə
157 faiz artım deməkdir.
Hər evdə
internet
Qovşaq tərəfindən
şəhərdə əhalinin
internetə çıxış
imkanlarının artırılması
istiqamətində köklü
işlər aparılmışdır.
Rabitəçilər “hər
evdə internet” şüarını
əldə rəhbər
tutaraq bu istiqamətdə səylərini
artırmaqdadırlar. Qeyd
edək ki, əgər bu xidmətdən 2008-ci ildə
106.7 faiz gəlir əldə edilmişdirsə,
2009-cu ildə bu rəqəm 198 faiz olmuşdur. Bu rəqəmdən
aydın olur ki, 2009-cu ildə Şirvan TKQ tərəfindən
əhaliyə göstərilən
xidmətin səviyyəsi
artmış və bu istiqamətdə davamlı tədbirlər aparılır. Ötən
il əhalinin internetə olan tələbatını ödəmək
məqsədilə 1 ədəd
ADSL(16 yerlik genişzolaqlı
internet xidməti) avadanlığı
REMUT stansiyasında quraşdırılmış,
1 ədəd ADSL (24 yerlik)
avadanlığı isə
mərkəzi EATS-də
quraşdırılmışdır ki, bunun nəticəsində
ilin əvvəlində
ADSL avadanlığından istifadə edənlərin
sayı 39 ədəd
olmuşdursa, ilin sonunda bu rəqəm
100 faiz və ya 33 ədəd artaraq 72 ədədə çatdırılmışdır. Bundan başqa, şəhərdə “Data Plus” və
“Azdatakom” provayderləri
də əhaliyə
internet xidmətləri təqdim
edirlər. Artıq
“Data Plus” provayderlərin istifadəçisinin
sayı 110 ədədə
çatmışdır. Bu rəqəmlərdən aydın
görünür ki,
2009-cu il ərzində
Şirvan TKQ tərəfindən
əhaliyə göstərilən
internet xidmətinin səviyyəsi
artmışdır. Əhaliyə
göstərilən xidmət
mədəniyyətinin daha
da yüksəldilməsi
istiqamətində aparılan
davamlı tədbirlərin
tərkib hissəsi olaraq qovşaq tərəfindən abunəçilərin
telefon borcları barədə fasiləsiz məlumat almaq üçün 156 xidməti
yaradılmışdır.
Yeni telefon
abunəçilərinin sayı
artır
R.Məmmədov daha sonra bildirdi ki, RİTN “Aztelekom”İB-nin
dəstəyi ilə qovşaq şəhərin
28 May, S.Zeynalov, M.Ə.Rəsulzadə
və Naxçıvan
küçələrində əhalinin telefona olan tələbatının
ödənilməsi məqsədilə
geniş tədbirlər
həyata keçirmiş
və 600 abunəlik kabel xətti çəkilmişdir. Bu işlərin
sırasında şəhərdə
bir neçə küçədə paylaşdırıcı
kabellərdə əsaslı
təmir işləri
görülmüş, bütün
kabel və telefon xətləri səliqəyə salınmışdır.
Şəhərdə əhalinin
telefona olan tələbatının ödənilməsi
məqsədilə təxirəsalınmaz
tədbirlər davam etdirilmişdir. Belə ki, ötən il 405 ədəd telefon çəkilərək
ümumi istifadə tutumu 10370 ədədə
çatdırılmışdır.
Qovşaq tərəfində
həyata keçirilmiş
tədbirlər nəticəsində
bu ilin iki
ayında tarif gəliri proqnozu 100.5 faiz yerinə yetirilmiş, 61 ədəd
telefon çəkilmişdir.
Qovşaqda işçilərin
nizam-intizamı, işə
münasibəti yüksək
səviyyədədir.
Sonda qovşaq
rəisi R.Məmmədov
yaradılan yüksək
səviyyədə şərait
üçün RİTN-in və “Aztelekom” İB-nin rəhbərliyinə kollektiv adından öz təşəkkürünü
bildirərək əminliklə
qeyd etdi ki, bundan sonra
da var qüvvələri
ilə çalışaraq
şirvanlılara yüksək
səviyyəli rabitə
xidməti göstərərək,
onları maraqlandıran
yeni-yeni əlavə xidmətləri tətbiq edəcəklər.
Poçt
Şirvanda telekommunikasiya
və informasiya texnologiyalarının inkişafına
paralel olaraq poçt rabitəsi sürətlə inkişaf
edir. Ən müasir texnologiyaların
poçt rabitəsinə
tətbiqi ilə bütün respublikamızda
olduğu kimi Şirvanda da müasir poçt rabitəsinin əsası qoyulmuşdur. Ölkənin
şəhərləri sırasında
duran Şirvanda bu sahədə ən böyük uğurlara imza atılmışdır. Bunun
nəticəsidir ki, paytaxtla yanaşı bütün regionlarda, o cümlədən Şirvanda
günü-gündən inkişaf
edən poçt sektoru ənənəvi xidmətlərin keyfiyyətini
artırmaqla yaxın gələcəkdə ən
yeni xidmətləri ilə də müştərilərini sevindirəcək.
Xidmət keyfiyyəti ilə
yanaşı gəlirlər
də artır
Regional Poçt
Filialı ötən
ilin tarif gəlirləri üzrə
illik proqnozu 116.2 min manata qarşı 144.1 min manat , yəni 124 faiz yerinə yetirmişdir. Uğurlar estafetini davam etdirən Şirvan RPF-nin kollektivinin səyi ilə bu nailiyyət davam etdirilərək bu ilin birinci
rübü üzrə
tarif gəliri proqnozu 110 faiz yerinə yetirilmişdir.
Qazanılan nailiyyətlər,
əldə edilən uğurlardan danışan
Şirvan RPF-nin rəisi Arif Şahbazov bizimlə söhbətində bildirdi
ki, RİTN “Azərpoçt”MMC-nin
rəhbərliyi ilə
Şirvan Regional Poçt
Filialı tərəfindən
yeni xidmətlərin yaradılması, əhaliyə
yüksək keyfiyyətli
xidmət təqdim etmək üçün davamlı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, filialın poçt şöbələrində
əhaliyə, müəssisə
və təşkilatlara
yüksək səviyyədə
xidmət göstərmək
üçün bütün
şərait yaradılmışdır.
Belə ki, bütün poçt şöbələri son illərdə
tikilmiş yeni binalarda yerləşir və onlar lazımi
avadanlıqlarla, mebellərlə
təchiz edilmişdir.
Göstərilən dövr
ərzində qəbul
edilmiş pul baratları, bağlamalar, teleqramlar ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır.
Ən müasir
texnologiyaların tətbiqi
Bu gün
poçt göndərişlərinin
bir ünvandan digər ünvana göndərilərkən onun
hansı gündə,
hansı saatda harada olmasını öyrənmək elə də çətin deyil. Elə Şirvan rabitəçiləri
üçün də
bu çətin olmayacaq. A.Şahbazov bildirdi ki, filialda
ən müasir texnologiyalardan yararlanaraq əhaliyə göstərdiyi
xidmətin keyfiyyətini
daha da artırmaq
üçün aparılan
işlərin tərkib
hissəsi olaraq həm ölkə daxili, həm də beynəlxalq poçt göndərişlərinin
ünvan sahibinə çatana qədər hərəkətini izləmək
üçün yeni avadanlıq qurulur. Hər bir kəsin
marağına səbəb
olacaq bu layihənin tətbiqini ümumi poçt rabitəsinin daha bir uğuru hesab etmək olar
A.Şahbazov daha sonra qeyd etdi
ki, yaxın gələcəkdə “Azərpoçt”MMC-nin
bütün filiallarında,
o cümlədən Şirvan
Regional Poçt Filialında
da müştərilərə
bank-maliyyə xidmətlərinin
göstərilməsi üçün
davamlı tədbirlər
həyata keçirildiyini
bildirdi. Bunun üçün bütün
poçt müəssisələrində
islahatlar aparılır
və texniki təchizat işləri həyata keçirilir. “Azərpoçt” MMC rəhbərliyi
bu möhtəşəm
layihəni həyata keçirdikdən sonra bütün poçt müəssisələrinin maliyyə
vəziyyəti və
işçilərin maddi
vəziyyəti müsbət
istiqamətdə daha da yaxşılaşacaqdır.
Poçt işçiləri
əhaliyə göstərilən
bu və ya digər xidmətlər
zamanı insan faktorunu həmişə əldə rəhbər tutaraq onlara günün tələbləri
səviyyəsində xidmət
göstərirlər. Bunun
nəticəsidir ki, bu gün Şirvanda
bütün sakinlər
rabitəçilərdən razılıq edir. Məhz bunun nəticəsidir ki, hesabat dövrü ərzində filialın göstərdiyi xidmətlərə
dair heç bir əsaslı şikayət olmamışdır.
Regional poçt
filialının rəisi
A.Şahbazov bütün
bu diqqət və qayğıya görə, RİTN-in və
“Azərpoçt” MMC-nin
rəhbərliyinə kollektiv
adından öz təşəkkürünü bildirərək bundan sonra da bütün
kollektivlə verilən
plan və tapşırıqların
yüksək səviyyədə
yerinə yetirilməsi
üçün səfərbər
olacaqlarını bildirdi.
Rəvan Soltanov
Rabitə dünyası.- 2010.- 9 aprel.- S.5.