RİTN-də I rübün yekunlarına dair kollegiya iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2010-cu ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan rabitə informasiya texnologiyaları naziri Əli Abbasov 2010-cu ilin birinci rübünün yekunları ilə bağlı ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin geniş iclasında proqram xarakterli çıxışından irəli gələn vəzifə gələcək perspektivlər barədə danışıb.

Nazir ümummilli lider Heydər Əliyevin dövlətçiliyin, demokratik cəmiyyətin yeni iqtisadi sistemin yaranmasını təmin edən, milli maraqlara uyğun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən qətiyyətlə inamla davam etdirilən uğurlu daxili xarici siyasətin nəticəsində müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasətin digər sahələrdə olduğu kimi telekommunikasiya informasiya texnologiyaları sektorunda da öz bəhrəsini verdiyini bildirib.

Həmçinin, Əli Abbasov dövlət başçısı tərəfindən İKT sahəsinə ayrılan diqqət qayğısını vurğulayaraq, ölkə Prezidentinin informasiya-kommunikasiya texnologiyalarının inkişafını müsbət qiymətləndirdiyini xüsusi olaraq qeyd edib.

Sektorun inkişafından danışan Əli Abbasov Ümumdünya İqtisadi Forumun informasiya texnologiyaların inkişafına dair hesabatını burada Azərbaycanın artıq ikinci ildir ki, regionda lider ölkə kimi təqdim olunduğunu da bildirib.

Əvvəlki illərdə olduğu kimi, cari ilin I rübündə qəbul olunmuş Dövlət Proqramlarının icrası Rabitə İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən daim diqqət mərkəzində saxlanılaraq, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində özəl sahibkarlıq subyektlərinin inkişafı da diqqət mərkəzində olmuşdur.

 

I rübdə İKT poçt sektorunda əldə olunan gəlirlərin həjmi artmışdır

 

2010-cu ilin I rübündə İKT poçt sektorunda əldə olunan gəlirlərin həcmi 241.8 milyon manat təşkil etmişdir. 2009-cu ilin I rübü ilə müqayisədə artım tempi İKT sektorunda 23,4%, o cümlədən telekommunikasiya sektorunda 22,2%, poçt sektorunda isə 4,7% təşkil etmişdir.

İKT poçt sektorunda əldə olunan gəlirin 80,2%-i qeyri-dövlət rabitə müəssisələrinin payına düşmüşdür.

Telekommunikasiya poçt sektorunda əldə olunan gəlirlərin 74,5%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin I rübündə mobil sektor üzrə artım tempi 23,4% təşkil etmişdir.

 

45 yeni yeri açılmışdır

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə yeni yerlərinin açılması işsizliyin aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqların icrası olaraq, RİTN üzrə 2010-cu ilin I rübü ərzində 45 yeni yeri açılmışdır.

 

Rabitəçilərin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə əmək haqlarının artırılması istiqamətində mütəmadi aparılmış işlər davam etdirilmişdir. Hesabat dövründə RİTN-in birlik müəssisələrində çalışan rabitəçilərin orta aylıq əmək haqqı 01.04.2010-cu il tarixə 264.9 manata çatdırılmışdır.

Telefon şəbəkəsinin modernləşdirilməsi davam etdirilmişdir

RİTN sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir.

Həyata keçirilmiş investisiya layihələri çərçivəsində hesabat ilində respublikanın ümumi telefon şəbəkəsi üzrə 19 224 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilərək, ümumistifadəli sabit telefon şəbəkəsinin tutumu 1 583 084 nömrəyə çatdırılmışdır.

Hesabat dövründə Tovuz, İsmayıllı, Zaqatala, Qax, Ağsu, Tərtər, Biləsuvar, Quba rayonlarının kənd yaşayış məntəqələrində ümumi tutumları 432 nömrə olan 12 mini ATS quraşdırılmış, bu məntəqələrdə istismar olunan peyk rabitə avadanlıqlarına qoşulmaqla yeni tutumlar istifadəyə verilmişdir. Bununla da 28 rayonda mini ATS quraşdırılmış yaşayış məntəqələrinin sayı 89-a, mini ATS-lərin ümumi tutumu 3360 nömrəyə çatdırılmışdır.

İsmayıllı rayonunun Sumağalı, Dəvəçinin Pirəbədil, Xaçmazın Qusarçay kəndlərində istismar olunan analoq tipli ATS-lər rekonstruksiya olunaraq elektron tipli ATS-lərlə əvəz olunmuş, tutumları 394 nömrə artırılmışdır.

Şəmkir rayon mərkəzi ATS-in, Zaqatalanın Faldar, Yengiyan, Qımır, Şəki rayonunun Bideyiz kənd ATS-lərinin tutumları ümumilikdə 256 nömrə genişləndirilmişdir. Beləliklə, aparılmış modernləşdirmə tədbirləri nəticəsində respublikanın telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 87,9%, Bakı şəhər telefon şəbəkəsində 91,5%ə, respublikanın digər ərazilərində isə 84,2% çatdırılmışdır. Kənd ATS-lərinin elektronlaşma səviyyəsi 84,2% təşkil etmişdir.

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 01.04.2010-cu il tarixə 16,0 ədəd, Bakı şəhəri üzrə 34,4 ədəd, respublikanın digər ərazilərində 10,5 ədəd, o cümlədən kənd yerlərində isə 6,9 ədəd təşkil edir.

Mobil abunəçilərin sayı ilin əvvəlinə nisbətən təxminən 56000 nəfər artaraq 7 813 128 nəfər təşkil etmişdir ki, bu da hər 100 nəfərə 87 mobil abunəçinin düşməsi deməkdir.

Yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlər davam etdirilmişdir.

Hazırda Bakı şəhəri ilə yanaşı, respublikanın digər şəhər və rayonlarında genişzolaqlı şəbəkə xidmətlərindən istifadə edən abunəçilərin sayı 76 022-yə çatdırılmışdır.

“Aztelekom” İB üzrə genişzolaqlı şəbəkə xidmətlərinin əhatə dairəsi genişləndirilmiş və hesabat dövründə 120 yeni istifadəçinin genişzolaqlı internet xidmətlərindən istifadə imkanlığı yaradılmışdır. Genişzolaqlı şəbəkənin ümumi tutumu artırılaraq 5032 porta çatdırılmış və bu xidmətlərin təşkil olunduğu şəhərlərin sayı 51-ə çatdırılmışdır. “Aztelekom” İB üzrə ADSL abunəçilərinin sayı ilin əvvəli ilə müqayisədə 326 ədəd artırılaraq 2538-ə çatdırılmışdır.

Eyni zamanda, BTRİB tərəfindən genişzolaqlı rabitə xidmətlərinin genişləndirilməsi üçün şəbəkənin ATS-lərində ADSL, ASAM, Honet avadanlıqlarının montaj tutumları 2010-cu ilin I rübü ərzində 13 400 port artırılaraq portların sayı 38766 ədədə çatdırılmış montaj olunmuş portların 17 518 ədədi istifadəyə verilmişdir. Kənar provayderlərə məxsus ADSL-lər nəzərə alınmaqla, hesabat dövründə BTRİB şəbəkəsində genişzolaqlı xidmətlərdən istifadə edən abunəçilərin sayı 49 390 ədədə çatmışdır.

BTRİB Aztelekom” İB şəbəkələrində CDMA texnologiyalı simsiz telefon rabitəsi xidmətlərindən istifadə edən abunəçilərin sayı ilin əvvəli ilə müqayisədə 1063 ədəd artaraq 26627-yə çatmışdır.

Hesabat dövründə əhalinin hər 100 nəfərinə düşən kompyuterlərin sayı 12.0 ədədə, internet istifadəçilərinin sayı 41.0-ə bərabər olmuşdur.

Azərbayjanın tranzit qovşağa çevrilməsi istiqamətində işlər davam etdirilmişdir.

Azərbaycanın tranzit qovşağa çevrilməsi məqsədilə Azərbaycan üzərindən tranzit trafikin təşkil olunması üçün tədbirlər davam etdirilərək Gürcüstanın, Türkmənistanın və “TransTelekom” şirkətinin dünya ölkələrinə çıxış telefon trafikinin alternativ olaraq Azərbaycan üzərindən yönləndirilməsi təmin olunmuşdur.

2010-cu ilin I rübü ərzində şirkətlərlə aparılmış danışıqlar nəticəsində Azərbaycandan dünya ölkələrinə, o cümlədən Türkiyə, İran, AT&T, Verizon, Ukrayna, Qazaxıstan və Gürcüstana çıxış telefon trafikinə görə hesablaşma qiymətlərinin endirilməsi təmin edilmişdir.

Azərbaycanın beynəlxalq rabitə sisteminin dayanıqlığının artırılması, optik şəbəkənin buraxılma imkanlıqlarının genişləndirilməsi məqsədilə Siyəzən-Dəvəçi-Quba-Samur istiqamətində fiber-optik magistralın tikintisi başa çatdırılmışdır.

Rabitənin keyfiyyətinin artırılması məqsədilə “Ancotel” GmbH (Frankfurt) “Telehouse” kommutasiya mərkəzində dünyanın ən böyük tranzit operatorlarından biri olan “Tata Communications” şirkəti ilə fiber-optik kabel magistiralı üzərindən birbaşa kanallar təşkil edilmişdir.

2010-cu ilin I rübü ərzində rabitə birlik və müəssisələrində 440 nəfər işə qəbul edilmiş, 451 nəfər işdən azad olunmuşdur. İşdən azad olunanlardan 387 nəfəri öz ərizəsinə əsasən, 64 nəfər isə Əmək Məcəlləsinin digər maddələrinə əsasən azad olunmuşlar.

İxtisasartırma kurslarında 1391 nəfər iştirak etmişdir. Onlardan 172-si istehsalatdan ayrılmaqla, qalan 1219 nəfər isə istehsalatdan ayrılmadan ixtisasartırma kurslarında iştirak etmişlər.

Hesabat dövrü ərzində 2 nəfərə “Rabitə ustası” fəxri adı, 8 nəfərə “Əmək veteranı” adı, 3 nəfərə isə Fəxri Fərman verilmişdir.

 

 

Rabitə Dünyası.- 2010.- 23 aprel.- S.2.