Regionlarda İKT sürətlə inkişaf edir
Sabirabad rabitəsi
Sabirabadda bütün
sahələrdə olduğu
kimi rabitə və informasiya texnologiyaları sahəsi də inkişafdadır. Ölkə başçısı
cənab İlham Əliyevin tapşırıq
və tövsiyələrinə
uyğun olaraq həyata keçirilən
tədbirlər nəticəsində
bu gün bütün regionlarda olduğu kimi Sabirabadda da bu sahənin inkişafına xüsusi diqqət göstərilir Rayonda mərkəzlə yanaşı, kənd rabitəsinin inkişafı
istiqamətində də
mühüm tədbirlər
həyata keçirilir.
RİTN “Aztelekom” İB və
“Azərpoçt” MMC-nin
dəstəyi ilə rayonda bu istiqamətdə
çox böyük nailiyyətlər əldə
olunmuşdur.
İnformasiya və kommunikasiya
texnologiyaları
Sabirabadda informasiya
və kommunikasiya texnologiyalarının inkişafı
istiqamətində yeni-yeni
uğurlar əldə
edilmişdir. RİTN “Aztelekom”
İB-nin dəstəyi
ilə bu sahədə daha böyük nailiyyətlər
əldə edilməsi
məqsədilə tədbirlər
davam etdirilir. Sabirabad TKQ-nin rəisi Vidadi Abbasovun bildirdiyinə görə şəhər
və kənd şəbəkəsində rabitənin
günün tələbləri
səviyyəsində olması
üçün bir çox işlər görülmüşdür. Rayonun
E.Qasımov küçəsində
paylayıcı kabellər
təmir olunaraq normal vəziyyətə gətirilmişdir.
Rayon ərazisində yerləşən
Beynəlxalq bank və
polis şöbəsinə kabel kanalizasiya vasitəsilə optik kabel xətti çəkilmişdir. Həmçinin
rayonun ayrı-ayrı
istiqamətlərində xətt
şəbəkəsinin texniki
normalara gətirilməsi
üçün işlər
aparılmışdır.
Rayonda xətt
şəbəkəsinin kabel-kanalizasiya
quyuları ilə çəkilməsi istiqamətində
də işlər aparılmış və V.Əhmədov küçəsində
uyğun işlər həyata keçirilmişdir.
İnternet xidmətinin inkişafı
Sabirabadda mövcud
CDMA rabitəsinin köməkliyi
ilə artıq, kəndlərdə də şəhər telefon nömrələrinin istifadəsi
mümkün olmuşdur.
Rayonun telefonlaşmayan
yaşayış məntəqələrində
88 ədəd CDMA simsiz
telefonu əhalinin istifadəsinə verilmişdir.
Rayonun telefonlaşmayan
yaşayış məntəqələrində
CDMA simsiz telefonun sayı 70-ə çatdırılmışdır.
Elektron hökumət
layihəsinə uyğun
olaraq «DATA» layihəsinin
həyata keçirilməsi
məqsədilə genişzolaqlı
rəqəmsal şəbəkənin
qurulması üçün
İSDN avadanlığı quraşdırılmışdır. Bununla bərabər «Delta»
MMC məxsus inteqral xidmətli 1 rəqəmli
şəbəkədən istifadə üçün
ilkin mərhələdə
38 abonentin istifadə edə biləcəyi yüksək sürətli
transmissiya avadanlığının
quraşdırılmasına başlanmışdır. Bütün
qeyd edilənlər
NGN şəbəkəsinin xidmətlərində istifadəyə
hazırlıq deməkdir.
Gələcəkdə bu
abonentlərin sayının
760-a çatdırılması nəzərdə tutulmuşdur.
Delta telekom
tərəfindən Radiorele
qülləsi tikilmiş,
gələcəkdə rabitə
şəbəkəsinin çevik
və optimallığına
zəmin yaratmışdır.
Həşimxanlı kəndində
yerləşən EATS-in daxili
xətt şəbəkəsi
təmir olunmuş, cütləşmiş sxemlə
işləyən telefonların
fərdiləşməsi aparılmışdır.
“Aztelekom”
İB-nin dəstəyi
ilə həyata keçirilən işlərin
tərkib hissəsi olaraq Yolçubəyli kənd EATS-nin daxili xətt şəbəkəsində telefon
xətləri dəyişdirilmiş,
Şıxsalahlı kəndində
kabellər yenisi ilə əvəzlənmişdir.
Şəhriyar kənd
EATS-də çütləşmə
sxemlə işləyən
telefonlar fərdiləşdirilmişdir.
Xətt şəbəkəsində
cari təmir işləri aparılmışdır.
Kənd rabitəsi
inkişaf edir
Kənd ATS-nin elektronlaşdırılması işləri diqqət mərkəzində saxlanılmaqdadır.
Həyata keçirilmiş
tədbirlər nəticəsində
1-ci yarımillikdə 187 telefon
çəkilmiş, 57 nömrə
bərpa olunmuşdur.
Mərkəzi EATS binasının
fasad hissəsi alkopanla üzlənərək
dam örtüyü tamamilə
dəyişdirilib.
Ötən il Qasımbəyli kəndinin
analoq tipli ATS-i elektron ATS-lə əvəz olunmuşdur. Bununla yanaşı, Qasımbəyli
kənd EATS-nin daxili xətt şəbəkəsində əsaslı
təmir işləri
aparılmışdır.
Sabirabad TKQ-nin rəisi V.Abbasov daha sonra bildirdi
ki, Moranlı kənd analoq ATS-i 160/30 tutuma malik elektron ATS-lə əvəz olunmuş və birləşdirici xətti
rəqəmsal radiorele
ilə əvəz olunmuşdur. Moranlı kənd EATS-nin daxili xətt şəbəkəsi təmir
olunmuş və abonentlərin EATS-ə qoşulması
prosesi başa çatdırılmışdır. Mövcud EATS-in imkanlarından
istifadə etmək üçün elanlar vurulmaqla təbliğat işləri aparılmışdır.
Xəlfəli kəndində
qurulmuş 128/30 markalı
EATS-in daxili xətt şəbəkəsi tikilərək
istifadəyə verilmişdir.
Hal-hazırda Xəlfəli
kənd EATS-dən 45 abunəçinin evinə
telefon çəkilmişdir.
Digər vətəndaşların
telefona olan tələbatının ödənilməsi
üçün işlər
aparılır. Sabirabad
TKQ üzrə abunəçilərin
sayı 6926 nəfərdir.
Qovşaqda mərkəzi
EATS tam elektronlaşmış, 24 kənd ATS-dən 18 kənd ATS-i EATS ilə əvəz olunmuş, 6 kənd 600 nömrədən ibarət
koordinat tipli ATS-dir.
2010-cu ilin birinci rübündə həmin
kəndlərin EATS ilə
əvəz olunması
üçün Aztelekom
İB-nin tədbirlər
planına qovşaq tərəfindən salınmışdır.
2009-cu il ərzində
rayonun şəhər
və kəndləri üzrə 454 nömrə
telefon çəkilişi
aparılmışdır. V.Abbasov
sonda onlara göstərilən köməkliklərə
görə RİTN-ə və
“Aztelekom” İB-yə
öz təşəkkürünü
bildirərək İKT-nin
inkişafı istiqamətində
səylərini əsirgəməyəcəklərini
bildirdi.
Poçt
Sabirabadda informasiya
və kommunikasiya texnologiyalarının inkişafına
paralel olaraq poçt rabitəsi də sürətlə inkişaf edir. Bu gün rayonda bu sahədə böyük dəyişikliklər
müşahidə olunur.
Rayon poçtamtının rəisi hacı Şiraslan Qasımovun rəhbərliyi ilə bacarıqlı, bilikli, öz peşəsinə sadiq insanlardan yaradılmış kollektivin
səyi ilə aparılan işlər, əldə edilən nailiyyətlər təqdirə
layiqdir. Rayonun bütün kəndlərində
müasir, əhaliyə
hər bir poçt xidmətini göstərən rahat, yaraşıqlı poçt
şöbələrinin tikilməsi
və yüksək xidmət bu gün bütün sabirabadlıların ürəyincədir.
Bu sözləri elə
rayonun kəndlərində
olarkən danışdırdığımız
insanlardan eşitdik. Poçtamtın rəisinin
rayondakı nüfuzu,
işçilərin bacarığı,
hər an insanlara göstərilən diqqət
və qayğının
artması bu sahənin daha da çiçəklənib
inkişaf etməsinə
şərait yaratmışdır.
Filial üzrə ötən
il ərzində proqnoz tapşırıqların
yerinə yetirilməsi
istiqamətində böyük
işlər görülmüşdür.
Plan və tapşırıqlar
yüksək səviyyədə
icra olunub
Poçtamtının rəisi
hacı Şiraslan Qasımov bizimlə söhbətində bildirdi
ki, ötən ilin tarif gəliri
üzrə proqnoz tapşırığı 98250 manat əvəzinə
99100 manat və ya 100 faiz yerinə
yetirilmişdir. O cümlədən
poçt rabitəsi xidməti üzrə 74800
manat əvəzinə
74985 manat və ya 101 faiz, teleqraf
rabitəsi üzrə
4000 min manat əvəzinə
4160 manat və ya 104 faiz, şəhərlərarası
telefon danışığı
xidməti üzrə
13900 manat əvəzinə
13910 manat və 100,1 faiz və digər
əlavə xidmətlər
üzrə 5550 manat əvəzinə 6045 manat,
yəni 108,9 faiz yerinə yetirilmişdir.
Poçt rabitəsini
yaşatmaq və daha da inkişaf
etdirib dünya standartları səviyyəsinə
çatdırmaq istiqamətində
rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov tərəfindən bir sıra qərarlar və göstərişlər
verilmişdir.
Kollektiv qarşısında
əhaliyə göstərilən
ənənəvi poçt
xidmətlərinin genişləndirilməsi
və yeni növ qeyri-ənənəvi
xidmətlərdən əlavə
gəlir əldə olunması kimi ümdə vəzifələr
qoyulmuşdur.
Ənənəvi poçt
rabitəsi xidmətləri
sahəsində 2009-cu il
ərzində 25602 manat
gəlir əldə edilmişdir. Bununla yanaşı, geriliyi aradan qaldırmaq üçün qeyri-ənənəvi
xidmətlərdən - danışıq
qəbzlərinin çatdırılmasından
1322 manat, ŞATD və
abunə haqlarının
yığılmasından 1600 manat, işıq pulunun yığılmasından
36300 manat, qaz haqlarının yığılmasından
7730 manat, digər sahələrdən 5416 manat
gəlir əldə olunmuşdur.
Ənənəvi xidmət genişlənir
Ötən il 1697 ədəd bağlama qəbul edilmişdir ki, bunun da
817 ədədi hərbi
hissələrə, 772 ədəd
mülki vətəndaşlara,
8 ədədi isə xarici ölkələrə
göndərilmişdir.
Respublika ərazisində
bütün növ poçt göndərişlərinin
48 saat ərzində çatdırılmasının təmin edilməsi, əhali arasında təbliğat, izahat işləri aparılması
nəticəsində son zamanlar
bağlama və pul baratlarının göndərilməsi xeyli
artmışdır.
Hal-hazırda
poçtamtın tabeliyində
olan bütün poçt şöbələrində
vətəndaşlara günün
tələbləri səviyyəsində
poçt rabitəsi xidməti göstərilir.
Filial rəisi
onu da bildirdi
ki, poçt göndərişlərinin qəbulu,
işlənməsi, daşınması
və onların çatdırılması günün
tələbləri səviyyəsində
qurulmuşdur. Poçtamt
tərəfindən hərbi
hissələrə poçt
göndərişlərinin çatdırılması xüsusi
rejimdə və qaydada həyata keçirilir. Belə ki, filial tərəfindən
balansda olan avtomaşınlarla həftədə
5 dəfə kəndlərdə,
şəhərdə 6 dəfə
mübadilə həyata
keçirilir.
Poçtamt rəisi
bundan sonra da kollektivin səyi ilə onlar qarşısında duran bütün işləri yüksək
səviyyədə olmaqla
vaxtında yerinə yetirəcəklərini əminliklə
qeyd edərək onlara bu istiqamətdə
yaradılan şəraitə
görə RİTN-in və
“Azərpoçt” MMC-nin
rəhbərliyinə öz
təşəkkürünü bildirdi.
Rəvan Soltanov
Rabitə Dünyası.- 2010.- 23 aprel.- S.6.