Regionlarda İKT sürətlə inkişaf edir

 

Masallı rabitəsi

 

Azərbaycanda Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki, bütün sahələrdə, o cümlədən rabitə informasiya texnologiyaları sahəsində yeni-yeni nailiyyətlər əldə olunmaqdadır. Rabitə İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən böyük uğurlara imza atılması paytaxtla yanaşı bütün bölgələrdə poçt informasiya-kommunikasiya texnologiyaları sektorunda böyük canlanmaya səbəb olmuşdur. Masallıda da həyata keçirilən tədbirlər bəhrəsini verməyə başlamışdır.

 

İnformasiya kommunikasiya texnologiyaları

 

Masallı Telekommunikasiya Qovşağı informasiya kommunikasiya texnologiyalarının inkişafına görə liderliyini qoruyub saxlamaq üçün şəbəkənin tamamilə elektronlaşdırılmasını əsas hədəf seçib. Bu hədəfə çatmaq qovşağın şöhrətini özündə saxlamaq üçün bütün səylərini artıran Masallı TKQ bu gün nəzərdə tutulan planlara paralel olaraq cari işləri həyata keçirməklə masallıların rabitəyə olan tələbatını maksimum ödəməyə çalışırlar. Bu istiqamətdə bütün kollektivin səfərbər olunduğunu bildirən Masallı TKQ-nın rəisi Əmanət Əzizov bildirdi ki, RİTN “Aztelekom”İB rayon İcra Hakimiyyətinin dəstəyi ilə onlar rayon sakinlərini daha mükəmməl daha keyfiyyətli rabitə ilə təmin edəcəklər. Ə.Əzizov sözlərinə davam edərək bildirdi ki, şəbəkənin elektronlaşdırılması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq rayonun Qızılağac kəndində 600 Təzə Alvadı kəndində 700 nömrə tutumlu analoq ATS-lərin stansiya avadanlıqlarının rekonstruksiya olunacağını nəzərə alaraq həmin ATS otaqları ilə yanaşı mövcud boş otaqlarda təmir-tikinti işləri aparılaraq yeni EATS-lər üçün mövcud yer hazırlanmışdır.

Kənd sakinlərinin yeni texnologiyalardan istifadəsi dayanıqlı rabitə ilə təmin etmək üçün qovşaq Qızılavar kəndində 600 nömrə tutumlu analoq ATS Karel DS tipli EATS- əvəz edilmiş, kənd stansiyası yeni akkumulyator batareyası ilə təmin olunmuşdur.

Ə.Əzizov daha sonra bildirdi ki, rayonda internet istifadəçilərinin sayı günü-gündən artmaqda davam edir. Bu sahədə aparılan təhlillər göstərir ki, genişzolaqlı internet şəbəkəsindən istifadə edərək internetə qoşulanlarla bərabər DİAL-UP rejimində internetdən istifadə edənlər var. Qeyd edək ki, sonuncu rejimdə internet istifadəçilərinin sayı daha çoxluq təşkil edir. Artıq kəndlərdə yeni EATS-lərin istifadəyə veriləməsi ilə kənd şəbəkəsində internetdən istifadə edənlərin sayında artım müşahidə olunur. Rayonda internetklublar da mövcuddur. Gənclərin böyük hissəsinin asudə vaxtlarının səmərəli keçirdiyi bu klublarda xidmət mədəniyyəti qənaətbəxş səviyyədədir. Qovşaq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində DS-200L tipli EATS-lərdən Hişgədərə, Şərəfə, Yeddioymaq, Ərkivan, Boradigah, Mahmudavar, Yeyənkənd K.Alvadı kəndlərində yeni ideya proqramı yüklənərək xidmət keyfiyyəti bir qədər artırılmışdır.

Qovşaq tərəfindən ötən altı ay ərzində ard-arda rayonda baş vermiş təbii hadisələr zamanı xətt təsərrüfatına obyektlərə dəymiş ziyanın nəticələri aradan qaldırılmışdır. Bu sahədə mövcud olan bəzi çatışmazlıqlar haqqında aparılmış monitorinqlərin nəticələri qənaətbəxş olmuş kiçik nöqsanların aradan qaldırılması üçün tədbirlər davam etdirilmişdir.

Ə.Əzizov əldə olunan uğurlarda kollektivin əməyini yüksək qiymətləndirərək bundan sonra da var qüvvələri ilə çalışaraq rəhbərliyin onlar qarşısında qoyduğu tapşırıqları yüksək səviyyədə icra edərək sakinlərə daha keyfiyyətli rabitə xidməti göstərəcəklərini əminliklə bildirdi.

 

 

Poçt

 

Masallıda informasiya kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı, poçt rabitəsi sahəsində inkişaf müşahidə olunur. Qazanılan nailiyyətlər, əldə edilən uğurlardan danışan Masallı Poçt Filialının rəisi Mahir Qurbanov bildirdi ki, RİTN “Azərpoçt” MMC-nin rəhbərliyi altında Masallı PF tərəfindən yeni xidmətlərin yaradılması, əhaliyə yüksək keyfiyyətli xidmət təqdim etmək üçün davamlı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, filialın 42 poçt şöbəsində əhaliyə, müəssisə təşkilatlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılmışdır. Belə ki, bütün poçt şöbələri estetik vəziyyətdədir onlar lazımı avadanlıqlarla, mebellərlə təchiz edilmişdir. Filialın poçt şöbələri tərəfindən əhaliyə bütün növ ənənəvi qeyri-ənənəvi poçt rabitəsi xidmətləri göstərilir.

Əhalidən kommunal xidmət halları (qaz, elektrik, telefon pulları) qəbul olunur qəbul olunmuş vəsait gecikdirilmədən həmin təşkilatların hesabına köçürülür. Bundan əlavəTaleh açarılotereyasının da satışı təşkil olunmuşdur.

Rəis bildirdi ki, 2010-cu ilin 6 ayı üçün 78660 manat gəlir planı proqnozlaşdırılmış, faktiki olaraq 84451 manat, yəni 107,3 faiz icra olunmuşdur.

M.Qurbanov daha sonra bildirdi ki, filialın Boradigah, Şəhər 4 saylı, Bambaşı, Hacıtəpə poçt şöbələri üçün yeni binalar tikilib istifadəyə verilmiş, filialın inzibati binasında əsaslı təmir işləri davam etdirilir. Filialın poçt şöbələri tərəfindən əhaliyə bank xidmətlərinin göstərilməsi üçün hazırlıq işləri aparılır. Yaxın gələcəkdə filialın yeni bina tikilməyən poçt şöbələri üçün müasir üslubda binaların tikilməsi planlaşdırılır.

Ümumdünya Poçt İttifaqının layihəsi əsasındaAzərpoçt” MMC ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi məktəblər arasında keçirilən inşa müsabiqəsində Masallı rayon Digah qəsəbə məktəbinin 8-ci sinif şagirdi Əlizadə Solmaz respublika üzrə 3-cü yeri tutmuşdur ki, bu işdə Masallı Poçt Filialı kollektivinin zəhməti vardır.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 6 avqust.- S.7.