Regionlarda İKT sürətlə inkişaf edir

 

Astara rabitəsi

 

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı bütün bölgələrdə olduğu kimi Astarada da uğurla həyata keçirilir. Proqramdan irəli gələn bütün məsələlər kimi bölgədə rabitə informasiya texnologiyalarının inkişafı da diqqət mərkəzindədir. RİTN -nin birlik müəssisələri tərəfindən rayonda uğurla həyata keçirilən işlər öz bəhrəsini verməkdədir.

RİTN «Aztelekom» İB-nin dəstəyi ilə rayonda rabitə şəbəkəsinin elektronlaşması uğurla davam etdirilir. Astara TKQ-nın rəisi Əlövsət Kərimovun bildirdiyinə görə, rayon İcra Hakimiyyətinin onlara göstərdiyi köməklik sayəsində bu istiqamətdə böyük uğurlar əldə etmişlər. Belə ki, qovşağın mərkəzi ATS-i tam rekonstruksiya olunaraq 2200 nömrə tutumlu analoq ATS-dən 3520 nömrə tutumlu EATS ilə, Ərçivan kəndində 200 nömrə tutumlu analoq ATS 1024 nömrə tutumlu EATS ilə, Maşxan kəndində 300 nömrə tutumlu analoq ATS 512 nömrə tutumlu EATS ilə, Pensər kəndində 700 nömrə tutumlu analoq ATS 768 nömrə tutumlu EATS ilə, Şiyəkəran kəndində 200 nömrə tutumlu analoq ATS 256 nömrə tutumlu EATS ilə, Şahağacı kəndində 200 nömrə tutumlu analoq ATS 556 nömrə tutumlu EATS ilə əvəz edilmiş, Telman kəndində 208 nömrə tutumlu yeni EATS quraşdırılmışdır.

Hazırda Astara rayonunun telekommunikasiya şəbəkəsi 16 ATS-dən ibarətdir. Bunlardan 1 ədəd EATS Astara şəhərində, 6 ədəd EATS 9 ədəd analoq ATS kəndlərdə fəaliyyət göstərir. Bunlardan əlavə rayonun 42 yaşayış məntəqəsi peyk avadanlığına qoşulmuş telefonlar vasitəsi ilə telefonlaşdırılmışdır.

Qovşağın montaj tutumu 8516 nömrə, istifadə tutumu isə 8373 nömrə təşkil edir. Elektronlaşma səviyyəsi 82,7 % təşkil edir.

Astara şəhər EATS-i, Ərçivan, Maşxan, Pensər, Şiyəkəran, Telman Şahağacı kənd EATS-ləri FO kabeli vasitəsi ilə beynəlxalq TAE şəbəkəsinə qoşulmuşdur.

Mövcud analoq ATS-lərin transmissiya avadanlıqlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə rayonun Ərçivan Pensər kəndlərində qovşaq stansiya yaradılaraq, Təngərüd, Kakalos, Səncərədi, Şüvi kənd Kijəbə qəsəbə ATS-lərinin giriş-çıxış rabitəsi qovşaq stansiyalarının üzərindən beynəlxalq TAE xəttinə qoşulmuşdur. Bunun nəticəsində rayon sakinləri yüksək keyfiyyətli telefon xidməti ilə yanaşı keyfiyyətli internetə çıxış imkanları əldə etmişlər. Rayon əhalisi keyfiyyətli rabitə xidmətinin imkanlarından istifadə edərək DİAL-UP-la yanaşı, genişzolaqlı internet xidmətindən yararlanırlar.

Ə.Kərimov daha sonra bildirdi ki, Mərkəzi EATS- Aztelekom.net internet provayderi üzrə genişzolaqlı internet portlarının sayı 24-ə, DataPlus provayderin genişzolaqlı internet portlarının sayı isə 96-ya çatdırılmışdır. Rayon üzrə DİAL-UP rejimində internetə qoşulanların sayı daha çoxdur. Bu ilin sonuna rayon üzrə analoq ATS-lərin EATS- əvəzlənməsindən sonra internet istifadəçilərinin sayı daha da artacaqdır.

Ə.Kərimov Astara TKQ-nin kollektivinin işə olan məsuliyyətini qeyd edərək onların sayəsində daha böyük uğurlar əldə edəcəyini əminliklə söylədi.

O, Astara TKQ- vətəndaşların qəbulunun günün tələbləri səviyyəsində təşkil edildiyini bildirərək daxil olmuş şikayət digər xarakterli müraciətlərin operativ həlli üçün bütün lazımi tədbirlər həyata keçirildiyini qeyd etdi.

Sonda onlara yaradılan şəraitə görə rəhbərliyə minnətdarlığını bildirən rəis bundan sonra da Astarada informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində səylərini artıracaqlarını dedi.

Astarada poçt rabitəsi sahəsində aparılan köklü islahatların nəticəsidir ki, rayonda bu sahə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Astara Poçt Filialının rəisi Gülağa Rzayev bildirdi ki, rayon üzrə poçtamtın 18 poçt şöbəsi müştəri xidməti şöbəsi fəaliyyət göstərir ki, bu şöbələr üçün müasir tələblərə uyğun yeni binalar tikilmiş, müştəri xidmətləri şöbəsi inzibati bina əsaslı şəkildə təmir edilmişdir.

 

Davamlı inkişaf

 

Bütün poçt şöbələri müasir avadanlıqlar mebel dəstləri ilə təmin edilmişdir. Maliyyə xidmətlərinin inkişafı layihəsinə uyğun olaraq müştəri xidmətləri şöbəsi, 1 2 saylı şəhər poçt şöbələrində avadanlıqlar quraşdırılmış, kompyuterlə təmin edilmişdir. Təqdirəlayiq haldır ki, adıçəkilən poçt şöbələrində qaz, elektrik enerjisi haqlarının yığımı yeni sistemlə qəbul edilir. G.Rzayev bütün çətinliklərə baxmayaraq fədakar poçt işçilərinin müştərilərə 30 növdən çox xidmət göstərdiklərini bildirdi. Hər bir işçidən razılıq edib bütün uğurların əldə olunmasında onların əvəzsiz əməyini yüksək dəyərləndirən poçtamt rəisi yaradılmış münbit şəraitdən istifadə edərək xidmət keyfiyyətini bir qədər artırdıqlarını dedi.Yeni texnologiyaların poçt rabitəsinə tətbiqi ilə müasir poçt rabitəsinə keçid poçtamtın kollektivinə yeni bir stimul vermiş, bugünkü ruh yüksəkliyi yeni-yeni uğurların əldə olunmasına işarədir. Hər bir işçi sabaha böyük inamla baxır milli poçtumuzun daha da möhkəmlənəcəyinə inanır. Artıq bu istiqamətdə həyata keçirilmiş işlərin tərkib hissəsi olaraq poçtamt APUS sisteminin istifadəsini həyata keçirməyə başlamışdır.

RİTN “Azərpoçt” MMC-nin İcra Hakimiyyətinin diqqət qayğısını xüsusi qeyd edən G.Rzayev İran İslam Respublikası ilə aparılan beynəlxalq poçt mübadiləsinin daha keyfiyyətli şəkildə təşkili üçün poçtamta bir ədəd mübadilə avtomobilinin ayrıldığını bildirdi.

Astara Poçt Filialının rəisi Gülağa Rzayev bildirdi ki, filial tərəfindən 2010-cu ilin 6 aylıq plan tapşırıqları 108 faiz icra olunub.Ancaq bu uğurla kifayətlənmədikərini deyən rəis daha böyük nailiyyətlər əldə etmək üçün səylərini artırdıqlarını bilıdirdi.

Poçtamtın işçiləri mətbuat poçt göndərişlərinin, sürətli pul baratlarının, teleqramların təlimata uyğun yüksək səviyyədə çatdırılmasını təmin edir.

G.Rzayev sonda onlara yaradılan şəraitə görə rəhbərliyə kollektiv adından minnətdarlığını bildirərək bundan sonra da əhaliyə, idarə, müəssisə təşkilatlara daha yüksək səviyyədə poçt xidmətləri göstərmək üçün bütün qüvvələrini səfərbər etdiklərini bir daha bildirdi.

 

 

Soltanov Rəvan

 

Rabitə dünyası.- 2010.- 27 avqust.- S.7.