“Aztelekom”da Gənclər günü qeyd olundu
Gənclər günü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin
“Aztelekom” İstehsalat
Birliyində də qeyd olundu. Bu münasibətlə fevralın
1-də birliyin “Konfrans
zalı”nda gənclərin
toplantısı keçirildi.
Tədbiri giriş sözü
ilə “Aztelekom”
İB-nin baş direktoru Məhəmməd
Məmmədov açaraq
gəncləri bayram münasibəti ilə təbrik etdi.
Məhəmməd Məmmədov dövlət
gənclər siyasətinin
uğurlarından, gənclərin
ölkəmizin ictimai-mədəni,
sosial-iqtisadi həyatında
fəal iştirakından,
beynəlxalq tədbirlərdə,
möhtəşəm idman
yarışlarında Azərbaycanı
layiqincə təmsil etdiklərindən danışdı. O qeyd etdi ki, Azərbaycan
gənclərinin qazandıqları
nailliyyətlər, onlara
göstərilən dövlət
qayğısı imkan
verir ki, milli-mənəvi dəyərlərin
qorunması, Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılması istiqamətlərində gənclərimiz
tərəfindən daha
çox fəallıq
nümayiş etdirilməlidir.
“Aztelekom”
İB-nin Gənclər
Təşkilatının sədri
Vüsalə Niftəliyeva
çıxışında rəhbərlik etdiyi təşkilatın fəaliyyəti
barədə qısa hesabat verdi.
V.Niftəliyeva bildirdi
ki, 2 fevral tarixinin Azərbaycan gəncləri üçün
böyük önəmi
var. 1996-cı il fevralın 2-də Azərbaycan
gənclərinin I Forumu
keçirildi. Bu, ölkədə
gənclər hərəkatının
vüsət almasına
təkan verdi.
Bu tədbir ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə keçirildi.
Həmin
günün əhəmiyyətini
nəzərə alaraq,
ümummilli liderimiz 2 fevral tarixini Gənclər günü kimi elan edərək
müasir Azərbaycan
tarixinə yazdı.
Tədbirdə Yeni Azərbaycan Partiyasının
Gənclər Birliyinin
sədr müavini Bəxtiyar Ələsgərov,
Yasamal rayon Gənclər
və İdman İdarəsinin rəisi İlham Səfərov, YAP
Yasamal rayon təşkilatının
Gənclər birliyinin
sədr müavini Sadiq Hacıyev çıxış etdilər.
Çıxışlarda ulu
öndər Heydər
Əliyevin hakimiyyətdə
olduğu dövrdə
də, indi də gənclər siyasətinə xüsusi diqqət yetirildiyi,Azərbaycan gənclərinin
ölkənin ictimai-siyasi
proseslərdə həmişə
fəal iştirak etdikləri vurğulandı.
Tədbir iştirakçıları Azərbaycan
gənclərinin hazırkı
durumu, onların qayğıları və digər məsələlərlə
bağlı fikir mübadiləsi apardılar. Səslənən digər çıxışlarda
da xüsusilə vurğulandı ki, ulu öndərimiz Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və
onlardan bəhrələnən
Azərbaycan gəncləri
Prezident İlham Əliyev ətrafında sıx birləşərək,
Vətənimizin tərəqqisi
naminə var qüvvə ilə çalışırlar.
Tədbir “Aztelekom” İstehsalat Birliyinin 2009-cu ildə əldə etdiyi nailiyyətlərdə xüsusi
əməyi olan, ictimai işlərdə fərqlənən gənclərin
fəxri fərmanla təltif olunaraq qiymətli hədiyyələrlə
mükafatlandırılması ilə yekunlaşdı.
Rabitə dünyası.-
2010.- 5 fevral.- S.2.