İnternet Şuranın
iclası keçirilib
İnternet Şurasının növbəti iclası keçirilmişdir. İclas Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasının lokal şəbəkəsinin yeni infrastrukturunun yaradılması, həmin binada yerləşən institutların internetlə təmini istiqamətində görülən işlər, AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) yeni İnternet Mərkəzinin yaradılması və istifadəyə verilməsi, internet xidmətlərinin keyfiyyətinin artırılması, kadr təminatı və s. məsələlərin müzakirəsinə həsr olunmuşdur.
İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev informasiya cəmiyyəti quruculuğu proseslərinin dinamik inkişafında internetin yaratdığı imkanların böyük önəm kəsb etdiyini söyləyərək, elmi təşkilatların daxili kompyuter şəbəkələrinin yaradılması və sürətli internet çıxışının təmini, o cümlədən bu elmi qurumları əhatə edən ElmNet şəbəkəsinin yaradılması və beynəlxalq elmi şəbəkələrə inteqrasiyasının həyata keçirilməsi məsələlərinin önəmliyini qeyd etmişdir.
Sonra texnika elmləri namizədi Əmiraslan Əliyev AMEA-nın əsas binasındakı institutların internetlə təmini, AMEA şəbəkəsinin dayanıqlı fəaliyyətinin təşkili, internetə çıxış sürətinin, internet xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər haqqında məlumat vermişdir.
İTİ-nin yeni İnternet Mərkəzinin istifadəyə hazır olduğunu bildirən texnika elmləri namizədi Rəşid Ələkbərov mərkəzin müasir tələblərə cavab verən texniki avadanlıqlarla təchiz olunduğunu qeyd etmişdir. Mərkəz tərəfindən bir sıra qurumlara, o cümlədən də AMEA Kibernetika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanasına yüksək keyfiyyətli internet xidmətlərinin göstərilməsinə lazımi şərait yaradılacaqdır.
Tədbirdə həmçinin kadr
təminatı məsələlərinə
də toxunulmuşdur.
İnternet xidmətlərinin
göstərilməsi işlərinin
icrası, şəbəkə
administratorunun vəzifələri,
görüləcək işlərlə
əlaqədar lazımi
tövsiyə və tapşırıqlar verilmiş,
AMEA institutlarında internet
istifadəçilərinin
statistikası və monitorinqinin aparılmasına
dair qərar qəbul olunmuşdur.
Rabitə dünyası.-
2010.- 5 fevral.- S.4.