RİTN-də Beynəlxalq internet təhlükəsizliyi günü ilə əlaqədar tədbir keçirildi

 

Məlum olduğu kimi 9 fevral - Beynəlxalq internet təhlükəsizliyi günüdür. Bu münasibətlə Rabitə İnformasiya Texnologiyaları Nazirliyində İnternetin inkişafı üzrə Koordinasiya Şurasının iclası keçirilmişdir.

Rabitə informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə iclası giriş sözü ilə açaraq Beynəlxalq internet təhlükəsizliyi gününün qeyd olunması təşəbbüsünün Avropa Komissiyası tərəfindən irəli sürüldüyünü dünyanın 60-dan çox ölkəsində qeyd olunduğunu vurğuladı.

Qeyd edildi ki, qurumun bu təşəbbüsüEuropean SchoolNetInsafeqeyri-kommersiya təşkilatları tərəfindən dəstəklənib 2004-cü ildən etibarən bu gün fevral ayının ilk çərşənbə axşamında qeyd edilir. Onun məqsədi isə əsasən dünya üzrə uşaqlar yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz məsuliyyətli istifadəni təbliğ etməkdən ibarətdir.

Bu il Təhlükəsiz internet günü “Think before you post!” (Yerləşdirməzdən əvvəl fikirləşin) şüarı altında keçirilir. Həmin deviz istifadəçiləri hər bir informasiyanı qlobal şəbəkədə yerləşdirməzdən ya ismarıc göndərməzdən əvvəl düşünməyə çağırır.

Qeyd edək ki, Təhlükəsiz internet gününün keçirilməsi bu istiqamətdə təhlükəsizliyin artırılması qanunsuz kontentlə mübarizə məqsədlərini daşıyan Avropa Birliyində həyata keçirilən daha qlobal bir proqramın tərkib hissəsidir.

Elmir Vəlizadə internet provayderlərin dövlət qurumları ilə birgə fəaliyyəti nəticəsində ölkəmizdə internet sektorunun sürətlə inkişaf etdiyindən danışmış, ötən il “.azdomen zonasında qeydiyyatdan keçən domen adların 9 minə çatması ilə milli kontentin inkişafı istiqamətində bir sıra addımlar atılmasının, dövlət orqanlarının saytlarınınİnformasiya əldə etmək haqqındaQanunun tələblərinə uyğunlaşdırılaraq məzmun texniki cəhətdən keyfiyyətinin artırılmasının buna bariz nümunə olduğunu qeyd etmişdir.

Nazir müavini Azərbaycanda internet istifadəçiləri sayının sürətlə artdığını, istifadəçilər arasında uşaqların yeniyetmələrin kifayət qədər çox olduğunu nəzərə alaraq ölkədə təhlükəsiz internet mühitinin yaradılmasının vacibliyini, kibercinayətkarlığa qarşı mübarizənin genişləndirilməsinin mühüm vəzifə olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.

Müzakirə edilən mövzu ətrafında çıxış edənlər - AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, professor Rasim Əliquliyev, “AzərinBirgə Müəssisəsinin baş direktoru Qalib Qurbanov, “Delta Telekom” MMC-nin texniki direktoru Rahid Ələkbərli, digər dövlət özəl qurumların, qeyri-hökumət təşkilatlarının nümayəndələri öz fikir təkliflərini bildirmiş, bu istiqamətdə görülmüş işlərdən danışmışlar.

Tədbirin sonunda internet provayderlərin imkanları çərçivəsində bütün mümkün üsullarla öz şəbəkələrində uşaq-yeniyetmə auditoriyası üçün pozitiv kontentin yaradılması, saxlanılması yayılmasına hərtərəfli koməklik göstərmək, gənc nəsli zərərli kontentlərdən qorumaq, kibercinayətlərin qarşısını almaq məqsədilə birgə fəaliyyət göstərməyin məqsədəuyğun olduğu qeyd edilmiş, gələcək fəaliyyət üçün tövsiyə xarakterli sənəd hazırlanması qərara alınmış bu məqsədlə işçi qrup yaradılmışdır.

Tədbirdə RİTN-in müvafiq şöbə müdirləri müəssisə rəhbərləri iştirak etmişlər.

 

 

Rabitə dünyası.- 2010.- 12 fevral.- S.3.