Təhsildə informasiya texnologiyaları

 

Təhsil sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi bir neçə ildir ki, uğurla davam etdirilir. Bunun üçün ölkəmizdə həm hüquqi baza, həm texniki-iqtisadi əsaslar yaradılıb. Hələ 1999-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq edilmişAzərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramıilə bu sahənin dövlət siyasətində prioritet olduğu müəyyənləşmiş həmin proqramda gənc nəslin informasiya-kommunikasiya texnologiyalarından istifadə vərdişlərinə yiyələnməsini təmin etmək ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Son illər bu istiqamətdə görülən işlər, atılan addımlar daha da intensivləşmiş, təhsil sahəsində yeni proqramlar layihələr həyata keçirilməyə başlamış, uğurlu nəticələr əldə edilmişdir.

Hörmətli prezidentimiz İlham Əliyev cənablarının 21 avqust 2004-cü il tarixli Sərəncamı ilə 2005-2007- ci illər üçünAzərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya kommunikasiya texnologiyaları ilə təminatı proqramıtəsdiq olundu Dövlət Proqramı çərçivəsində genişmiqyaslı işlərə başlandı.

Ölkədə yeni informasiya texnologiyalarından istifadə etməklə təhsilin keyfiyyətini yüksəltmək, təhsil informasiya sisteminin dünya təhsil sisteminə inteqrasiyasına imkan verən vahid təhsil informasiya mühitini yaratmaq əhalini informasiyalaşdırılmış cəmiyyətə hazırlamaq məqsədi daşıyan bu proqram həyata keçirildikdən sonra təhsil sisteminin vahid informasiya məkanının qurulması,kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi onun imkanlarından istifadə olunması, ölkənin təhsil sisteminin səmərəli idarə olunmasının təmin edilməsi, elmi-metodiki işlərin səmərəliliyinin artırılması,beynəlxalq informasiya şəbəkələri vasitəsi ilə dünya ölkələrinin təhsil müəssisələri ilə səmərəli əlaqələrin yaradılması təmin olundu, müəllim şagirdlər müasir informasiya texnologiyalarının imkanlarından bəhrələnməyə başladılar, ümumtəhsil məktəbləri kompyuterlə təchiz edildi, minlərlə yeni yeri yaradıldı.

Gənc nəslin müasir informasiya texnologiyalarından maksimum bəhrələnməklə inkişaf etməsinə, gələcəyin bacarıqlı kadrları kimi yetişməsinə xüsusi qayğı ilə yanaşan ölkə başçısı 10 iyun 2008-ci il tarixdə yeni bir Sərəncamla “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı təsdiq etdi.

Proqram müasir təhsil texnologiyalarının genişmiqyaslı tətbiqini, ilk növbədə, təhsil müəssisələrinin kompyuter avadanlığı ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur. Dövlət Proqramının əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya kommunikasiya texnologiyalarının səmərəli tətbiqi istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması bu zəmində əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.

Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya kommunikasiya texnologiyalarının inkişafı ölkənin intellektual elmi potensialının vacib göstəricilərindən biri olduğunu nəzərə alsaq, adı çəkilən Dövlət Proqramının tarixi bir sənəd kimi Azərbaycan vətəndaşlarının müasir biliklərə bacarıqlara malik olan yeni nəslinin formalaşmasına, bütövlükdə gələcəkdə inkişaf etmiş Azərbaycanın meydana gəlməsinə hesablandığını başa düşmək çətin olmaz.

Dövlət Proqramı çərçivəsində ölkənin ümumtəhsil məktəbləri İKT ilə təmin edilmiş, hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur. Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşürdü.

Ötən müddət ərzində 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) internet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji texniki heyət əhatə olunmaqla 40000 nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmiş, təhsil tariximizdə ilk dəfə olaraq fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmişdir.

Görülmüş işlər nəticəsində 20 məktəbelektron məktəblayihəsinə qoşulmuş, IX siniflər üçünİnformatikadərslikləri hazırlanmış, bütün siniflərdə informatikanın tədrisinə başlanmışdır.

Təhsillə bağlı məlumat resursların toplanması, onların təhlükəsizliyinin təmin edilməsi məqsədilə Məlumat Resurs Mərkəzi, ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə operativ məlumatlandırmaq elektron tədris resurslarından istifadəni təmin etmək məqsədilə Milli Təhsil Portalı, təhsil sahəsində çevik idarəetmə sisteminin qurulması məqsədilə Milli Təhsil Məlumat Bazası yaradılmışdır.

Həyata keçirilən məqsədyönlü tədbirlər bir şagirdə bir kompyuter (1:1) konsepsiyasının reallaşdırılmasına imkan yaratmış, bu məqsədlə İntel şirkəti ilə birlikdə 400 şagirdə noutbuklar verilmiş,“Xalq kompyuterilayihəsi çərçivəsində 5000 müəllim kompyuterlə təmin olunmuş, kompyuter istehsal edən KÜR MMC ilə birgə layihələrin icrasına başlanmışdır.

Bu istiqamətdə işlər 2010-cu ildə davam etdiriləcək. Bu il ərzində İntel şirkəti tərəfindən 1000, Təhsil Nazirliyi tərəfindən isə 3000 olmaqla ümumilikdə 4 000 şagirdə noutbuklar veriləcək.

Dövlət Proqramına əsasən inzibati, pedaqoji texniki heyət əhatə olunmaqla, 2009-cu ildə 23000 nəfər müvafiq treninqlərdən keçərək, İKT bacarıqlarına yiyələnmişdir. Bakı şəhərinin 20 məktəbindəElektron məktəbpilot layihəsi davam etdirilmiş, həmin məktəblər 336 netbuk CİSCO şəbəkə avadanlığı ilə təmin edilmiş, 290 təhsil müəssisəsi CİSCO şəbəkə avadanlığı ilə təmin edilmiş şəbəkəyə qoşulmuşdur.

Respublika üzrə təhsil müəssisələri 300 yeni NEXSUS markalı personal kompyuter, 200 noutbuk 200 LCD proyektorla təchiz olunmuşdur.

Məktəblərə verilmiş kompyuterlər üçün 32 min lisenziyalı proqram təminatı alınmış, 500 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) İnternet şəbəkəsinə qoşulmuş, təhsil müəssisələrinin korporativ şəbəkə infrastrukturu, onun idarəetmə texniki nəzarət sistemi yaradılmışdır.

“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramıçərçivəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər təhsil sahəsində İKT-nin geniş tətbiq olunduğunu, ümumtəhsil məktəblərində gənc nəslin müasir informasiya texnologiyaları üzrə yüksək biliklərə yiyələndiklərini sübut edir. Xüsusilə qeyd etmək lazımdır ki, Braziliyanın Salvador şəhərində dünya üzrəİnnovativ məktəblərproqramı çərçivəsində keçirilən müsabiqədə iştirak edən 31 məktəb arasında Bakı şəhəri 7 nömrəli məktəb I yerə layiq görülmüşdür.

Qarşıda isə daha böyük işlər gözləyir. Bu il Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet) İnternet şəbəkəsinə 500 təhsil müəssisəsinin qoşulması onların yüksək sürətli internetə çıxışının təmin edilməsi, 25000 nəfər ali orta təhsil müəssisələrinin pedaqoji, 4000 nəfər inzibati-idarəetmə 500 nəfər texniki heyətin İKT üzrə treninqlərdən keçirilməsi, “Bir müəllim-bir kompyuter”, “Bir şagird - bir kompyuterlayihəsinin əhatə dairəsinin genişləndirilməsi, ümumtəhsil məktəblərinə əlavə netbukların verilməsi, “Elektron məktəblayihəsinə əlavə məktəblərin cəlb edilməsi, 2009/2010 tədris ili üçün TİMS elektron məlumat bazasının yeniləşdirilməsi, cari tədris ilində IX XI sinfi bitirəcək şagirdlərə veriləcək şəhadətnamə attestların seriyaları nömrələrinin TİMS məlumat bazasına daxil edilməsi, məktəbəqədər, orta ixtisas, ali təhsil pillələri təhsil şöbələri üzrə TİMS bazasının yaradılması, TİMS serverinin Vahid Təhsil Şəbəkəsinə qoşulması Təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramıçərçivəsində intranet şəbəkəsində birləşdirilmiş 500 məktəbdən məlumatların on-line rejimində toplanılmasının təmin edilməsi görüləcək işlər siyahısındadır.

 

 

Camaləddin Dostəli

 

Rabitə dünyası.- 2010.- 12 fevral.- S.4.