LÜTFİ ZADƏ FENOMENİ

 

Müasir dünyanın nəhəng elm korifeylərindən biri hazırda Amerikada yaşayan soydaşımız Lütfi Zadədir. Fevralın 4-də bu dahi insanın anadan olmasının 89-cu ili tamam olur. Onun ölkəmizdə daha geniş tanınmasında publisist Möhbəddin Səmədin əməyi böyükdür. M.Səməd alimin həyat yaradıcılığından bəhs edənDünya dahilərsiz yaşaya bilmirmonoqrafiyasını nəşr etdirmiş, onun ssenarisi əsasındaYaxın uzaq Lütfi Zadəadlı dörd seriyalı sənədli film çəkilərək Azərbaycan Televiziyasında nümayiş etdirilmişdir.

Alimin doğum günü ərəfəsində M.Səməd məşhur soydaşımız haqqında söhbət açaraq dedi:

-Çağdaş elm dünyasında ətrafında qızğın söhbətlər mübahisələr gedən məşhur bir alim vardır. O, dünya elm aləminə Lütfi Zadə adı ilə daxil olan Lütfi Rəhim oğlu Ələsgərzadədir. Lütfi Zadə bizim həmvətənlimizdir. O, 1921-ci il fevralın 4-də Bakıda dünyaya göz açmış, ibtidai təhsilini 16 saylı məktəbdə almışdır. Obyektiv səbəblərdən Lütfi Zadələr ailəsi ötən əsrin 30-cu illərində Bakıdan İranın Tehran şəhərinə köçmək məcburiyyətində qalmışdır. Lütfi Zadə Tehranda ingilis təmayüllüAlbrozpresviteran missioner kollecində təhsilini davam etdirmişdir. Sonra o, Tehran Universitetinin mühəndis-elektrik fakültəsinə daxil olmuş, 1942-ci ildə təhsilini başa vurub Amerika Birləşmiş Ştatlarına getmişdir. Lütfi Zadə 1944-cü ildən ABŞ-da yaşayır. 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirib, 1949-cu ildə Nyu-Yorkdakı Kolumbiya Universitetində doktorluq dissertasiyası müdafiə edərək professor vəzifəsinə keçmişdir. 1959-cu ildən ABŞ-ın Berkli şəhərindəki Kaliforniya Universitetində çalışır.

Ciddi elmi araşdırmalar nəticəsində 1965-ci ildə onunQeyri-səlis məntiq nəzəriyyəsimeydana gəlmişdir. Misilsiz elmi əhəmiyyətə malik bu nəzəriyyə Amerika elm ictimaiyyəti tərəfindən heç birmənalı qarşılanmamışdır. Ona hücumlar olmuş, hətta 1989-cu ildə ABŞ-ın Milli Elm Cəmiyyəti Lütfi Zadənin qeyri-səlis məntiqə aid dərsliklərinin elmi kitabxanalardan yığışdırılması, müsadirə edilməsi, “yalançı elmolduğu üçün tədris proqramlarından çıxarılması məsələsini ortaya atmışdır. Yaxşı ki, Amerika Milli Elm Cəmiyyəti tərəfindən həyata keçirilən butəmizləməəməliyyatı alınmamışdır. Çünki artıq professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi öz praktiki bəhrəsini verməyə başlamışdır. Bu nəzəriyyə ilkin olaraq dünya informasiya texnologiyalarında çox ciddi dəyişikliklərə səbəb olmuş, diqqəti çəkən irəliləyişlər yaratmışdır. Həmin səbəbdən başabəla elm məmurları bu yeni riyazi fənnin onun tətbiqinin inkişafını dayandıra bilməmişlər. Professor Lütfi Zadənin bu elmi nəzəriyyəsi Gündoğar ölkə adlandırdığımız Yaponiyanın nəhəng sənaye elektron şirkətlərində geniş tətbiqini tapmışdır.

Məqamıdır deyək ki, professor Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya şöhrəti qazandı yeni riyaziyyatın əsasını qoydu. Bununla da həm dəqiq, həm ictimai elmlərdə dərin iz buraxdı, onlara yeni yanaşma üsullarını yaratdı. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyənin kökündə duran modeli əsaslı surətdə həyata yaxınlaşdırdı, reallığa körpü saldı. Hazırda müasir sənayenin çox sahələri qeyri-səlis məntiq nəzəriyyəsi üzərində qurulmuşdur. Müasir kompyuter, paltaryuyan maşın, fotoaparatlar s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır milyardlarla dollar gəlir gətirir.

Bir ömürdə 6-7 elmi nəzəriyyə irəli sürən dünya elmində inqilabi çevriliş yaradan professor Lütfi Zadə XX XXI əsrlərin elm nəhəngidir. Müqayisə həmişə xatalıdır, ancaq bununla yanaşı daha anlaşıqlıdır. Fikir verin, Albert Eynşteyn fizikada inqilab etdi özünə kimi Nyuton mexanikasının hər şeyə qadir olduğu fikrini aradan qaldırdı. Nəticədə bu ya digər elmi nəzəriyyələrin ideyaların işləmə sərhədləri müəyyən edildi. Aydın oldu ki, bu sərhədə kimi Nyuton mexanikası - yəni klassik mexanika işləyir. Amma bundan sonra yüksək sürətlər mexanikası, Eynşteyn nəzəriyyəsi işləməlidir.

Dünya elm tarixindən bizə yaxşı bəllidir ki, Lütfi Zadə 1965-ci ildə qeyri-səlis məntiq nəzəriyyəsini təklif etməklə Aristotelin binar məntiqinin çərçivəsini yaxşı mənada dağıtdı, genişləndirdi. Riyaziyyatı ikiləşdirdi. Bu gün dünya universitetlərində iki riyaziyyat öyrənilir: klassik riyaziyyat, Zadə riyaziyyatı. Artıq bu, sübuta ehtiyacı olmayan bir həqiqətdir: riyaziyyat dəyişəndə elmin dili ona yanaşmalar da dəyişir. Necə ki, Lütfi Zadə gözümüzün qarşısında fizikanı, kimyanı, təbiət elmlərinin əksəriyyətini dəyişdi bu dəyişmələr onların sərhədlərini genişləndirdi.

Gələn il 90 illiyini qeyd etməyə hazırlaşan professor Lütfi Zadə indi bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-səlisliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq reallığa bir addım da yaxınlaşmaq. Xatırladaq ki, bu elmi ideya ətrafında bir vaxtlar Albert Eynşteyn baş sındırmışdı. Hətta ölümündən bir neçə saat əvvəlimkanlar nəzəriyyəsiifadəsini işlətmişdir. Bu elə qeyri-səlis məntiqdir ki, indi onun bazasında ikiqat qeyri-müəyyənlik bərqərar olur.

Xatırladaq ki, Lütfi Zadə elmi bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən ideya kəşflərdir. Elə bunun nəticəsidir ki, indi dünyanın ən məşhur aparıcı şirkət firmaları Lütfi Zadə nəzəriyyələrinə, elmi ideyalarına dayaqlanır. Hamımızın yaxşı tanıdığı Yaponiyanın Hitaçi, Matsusita, Mitsubişi, Şarp, Toşiba, Omron, Sanyo, Sony-Trintron, Daevoo, Qoldstar (LC), Samsung, Heq, Honda, eləcə Amerikanın Ceneral Motors, Ceneral Elektrik, Motorolla, DuPant, Kodak s. tanınmış sənaye şirkətləri bu dahi alimin elmi nəzəriyyələrindən bəhrələnərək sıçrayışla inkişaf edir böyük iqtisadi səmərəyə nail olur.

Professor Lütfi Zadə yaşının bu müdrik çağında da məhsuldar işləyir. O, NASA-nın NATO-nun aparıcı mütəxəssisidir. Həmişə olduğu kimi, yenə tez-tez dünyanın müxtəlif ölkələrində qeyri-səlis məntiq nəzəriyyəsi ilə əlaqədar keçirilən konfranslara qatılır. Bu konfranslara sədrlik edib onları yeni elmi istiqamətlərə yönəldir. Bununla paralel yaşadığı Berkli şəhərində öz adına olanİnstitute Zadeh-ZİFTinformasiya texnologiyaları institutuna başçılıq edir. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, hələ sağlığında həm özünün, həm nəzəriyyəsinin adını daşıyan elmi mərkəz vardır.

Mükafatlara o qədər meyilli olmayan dahi alimin aldığı mükafatlar yetərincədir. O, müxtəlif vaxtlarda Yaponiyanın elmə ayırdığı ən nüfuzlu Honda Okaha mükafatlarını almış, bir vaxtlar idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş İEEE-nin fəxri qızıl medalına layiq görülmüş dörd nəfərin (Harri Niquist, Riçard Belman, Rudolf Kalman Karl Astrom) sırasına daxil edilmişdir. O, İEEE-nin, AAAC-ın, ASM-nin, AAAY-nin üzvü seçilmiş, “Qriqor Moisil”, “Rudolf Oldenburqer”, “Riçord V.Hamminq”, “Kemne de Feriye onlarca başqa qızıl medal fəxri nişanlara layiq görülmüşdür. Bununla yanaşı, ABŞ Milli Mühəndislik Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri akademiki seçilmişdir.

Soruşula bilər: dahi alimi bu nəhəng işləri görməyə sövq edən nədir? Cavab birmənalıdır: gördüyü işə sevgisi, nəzəriyyə kəşflərinin praktik nəticələrini görmək xoşbəxtliyi.

 

 

Rabitə dünyası.- 2010.- 12 fevral.- S.6.