Azərbaycanın regionlarında
ilk dəfə elektron kitabxana açılıb
Bərdə rayonunun Mərkəzi kitabxanasında Azərbaycan
regionlarında yaradılan
ilk elektron kitabxananın
açılış mərasimi
keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Bərdə rayonunda yaradılmış ilk Elektron
Kitabxana rayon Mərkəzi
kitabxanasında təşkil
olunub. Kitabxana üçün xüsusi Avtomatlaşdırılmış
Kitabxana - İnformasiya
Sistemi alınıb, habelə kitabxananın veb-saytı (http://www.barda-mks.az) yaradılaraq, oxucuların
istifadəsinə təqdim
edilib. Kitabxananın binası əsaslı
təmir olunmuş, müasir inventar və avadanlıqlarla təchiz edilib.
Veb-saytda elektron kataloq və elektron kitabxana vasitəsi ilə oxuculara kitabxananın resursları,
habelə kitabların
tam mətni təqdim olunur. Elektron kitabxana bölməsində
yüzlərlə müasir,
latın qrafikalı kitabların tam mətni yerləşdirilib. Onlardan Azərbaycan
və dünya ədəbiyyatından seçmələr,
Ermənistan Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi haqqında
Azərbaycan və xarici müəlliflərin
nəşrlərini qeyd
etmək olar. Bərdə
rayon Mərkəzi Kitabxanasının
saytında kitabxana və onun şöbələri,
habelə kitabxanada oxucular tərəfindən
ən çox oxunan kitablar haqqında məlumat verilir. Veb-saytda kitabxana tərəfindən
keçirilən tədbirlər
mütəmadi işıqlandırılır.
Saytda Dağlıq Qarabağ, Qarabağ münaqişəsi, Xocalı
faciəsinə dair linklərdə Qarabağ haqqında ətraflı məlumatlar əldə etmək mümkündür.
Bundan başqa, Veb-saytda “Qədim Bərdə və bərdəlilər”
məlumat bazası yerləşdirilib. Burada Bərdənin qədim
dövrdən müasir
dövrə qədər
keçdiyi tarixi inkişaf mərhələsi,
Bərdənin tarixi abidələri, habelə tanınmış bərdəlilər
haqqında ətraflı
məlumatlar yerləşdirilib.
Sözügedən saytdan birbaşa Mədəniyyət
və Turizm Nazirliyi, Prezident Kitabxanası, M.F.Axundov adına Milli Kitabxana, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının
saytına daxil olmaq mümkündür.
Rabitə dünyası.-
2010.- 12 fevral.- S.7.