Naxçıvan Muxtar Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin Texniki binası istifadəyə verilib

 

Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Texniki binası əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Açılış mərasimində çıxış edən Naxçıvan MR-in rabitə informasiya texnologiyaları naziri Rövşən Məmmədov ötən dövr ərzində rabitə informasiya texnologiyaları sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, muxtar respublikanın telekommunikasiya imkanlarının genişləndirilməsi məqsədilə Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən rabitə kanalları yaradılmış, Naxçıvan-İran-Bakı istiqamətində əlavə yeni sistem qurularaq kəsintisiz dairəvi şəbəkə təşkil edilmişdir. Muxtar respublikaya daxil olan çıxan rabitə trafikinin analizi üçün server qurulmuş, muxtar respublikaya daxil olan internet kanalının həcmi 155 mb/san-dək artırılmış, bütün rayon mərkəzlərində yüksək sürətli genişzolaqlı internet xidmətlərinin göstərilməsi imkanları yaradılmışdır.

Naxçıvan Muxtar Respublikasında rabitə informasiya texnologiyaları sahəsində həyata keçiriləcək tədbirlərə toxunan nazir 2010-cu ildə Naxçıvan şəhərini, ətraf qəsəbə kəndləri əhatə edəcək 21 000 abunəçi tutumu olan ən müasir yeni nəsil 3G texnologiyası ilə işləyən telekommunikasiya avadanlıqlarının artıq Naxçıvana gətirildiyini, may ayınadək avadanlıqların quraşdırılmasının başa çatdırılacağını bildirib. Avadanlıqlar işə salındıqdan sonra bu şəbəkə üzərindən abunəçilərə mövcud telefon rabitəsindən əlavə İP televiziya, İP telefon, videotelefon, genişzolaqlı internet çoxlu sayda digər servis xidmətlərinin təklif edilməsi mümkün olacaqdır.

Mərasimdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbir iştirakçılarını nazirliyin texniki binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə quruculuq siyasətinin sürətlə davam etdirildiyini bu siyasətin informasiya texnologiyaları sahəsini əhatə etdiyini deyib.

Ölkəmizdə rabitə sisteminin keçdiyi inkişaf yolundan danışan Ali Məclis sədri rabitə sistemində yeni texnologiyaların tətbiqinin, internet şəbəkəsinin, mobil rabitənin genişlənməsinin, müxtəlif xidmətlərin təşkilinin müasir həyatın tələbləri olduğunu vurğulayıb, rabitə informasiya texnologiyaları sektoru üzrə bütün sahələrin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Ali Məclis sədri bu sahədə Naxçıvan Muxtar Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Qeyd olunub ki, alınan avadanlıqları qorumaq, öyrənmək onlardan səmərəli istifadə etmək, digər tərəfdən isə yenilikləri tətbiq etməklə gənclərimizi gələcəyə hazırlamaq lazımdır. İnternet əsrində müasir texnologiyalar tətbiq olunmalı, öyrənilməli öyrədilməlidir.

Nazirliyə yaradılan şəraitin tapşırıqların yerinə yetirə bilməsinə imkan verdiyini qeyd edən V.Talıbov nazirlik üçün yaradılmış şəraitdən düzgün istifadə ediləcəyinə, müasir texnologiyaların tətbiqi sahəsində fəaliyyətin davam etdiriləcəyinə, muxtar respublikamızın təkcə müasir texnologiyaların tətbiqi ilə deyil, eyni zamanda rabitə sahəsində seqment rolunu oynaya biləcəyinə əminliyini bildirib.

Açılışı bildirən rəmzi lent kəsildikdən sonra binaya baxış olub. Məlumat verilib ki, ümumi sahəsi 2800 kvadratmetr olan bina zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarətdir. Burada ən yüksək texniki xidmət standartlarına cavab verən, muxtar respublikanın bütün telekommunikasiya şəbəkələri üzrə əsas idarəetmə avadanlıqları yerləşir. Əsaslı təmir işlərinə bir ildən artıq vaxt sərf edilən binanın elektrik təchizatı yenidən qurulmuş, fasiləsiz elektrik verilişi üçün avtomatik işə düşən əsas ehtiyat generator sistemi yaradılmış, binada gələcək perspektivlər üçün əlavə imkanlar nəzərdə tutulmuş, texniki personal əla şəraiti ilə təmin edilmişdir.

Binanın zirzəmisində qazanxana, anbar, rabitə avadanlıqlarının istehsalı sexi, yeməkxana, elektrik qovşağı yerləşir. Rabitə avadanlıqlarının istehsalı sahələrində abonent qutuları hazırlanır.

Birinci mərtəbə müştəri xidmətləri üçün nəzərdə tutulub. BuradaNaxtelmüştəri xidmətləri, o cümlədən internetklub, veb səhifələrin hazırlanması, şəbəkələrin layihələndirilməsi qurulması, telekommunikasiya cihazlarına texniki xidmət mərkəzi fəaliyyət göstərəcək.

İkinci mərtəbədə mərkəzi avtomat telefon stansiyası, transmissiya qovşağı, kross, elektron avadanlıqların təmiri sexi, teleqraf, 109 məlumat-sorğu, 107 sifarişli kommutator servis xidmətləri, Məlumat Hesablama Mərkəzi üçün otaqlar vardır.

Binanın üçüncü mərtəbəsində isə muxtar respublikada fəaliyyət göstərən mobil operatorların- “Naxtel”, “Azərcell”, “BakcellAzərfon”un əsas idarəetmə qurğuları yerləşir.

Ali Məclisin sədri V.Talıbov Şahbuz rayonunun Batabat ərazisindəNaxtelin yeni baza stansiyasının quraşdırılması, “Naxtelsimsiz rabitə xidmətinin, müəssisə təşkilatlar arasında kompyuter şəbəkəsinin genişləndirilməsi, rabitə informasiya texnologiyaları sahəsində kadr hazırlığına diqqətin artırılması, yeni istifadə veriləcək 3G texnologiyası ilə işləyən telekommunikasiya avadanlıqlarında bütün müasir xidmətlərin nəzərdə tutulması, turizmlə bağlı internet səhifəsinin yaradılması, özəl müəssisələrin internet səhifələrinin yaradılmasına dəstək verilməsi, internet istifadəçilərinin sayının artmasına şərait yaradılması barədə tapşırıqlar verib.

Açılış mərasiminin sonunda Ali Məclis sədri nazirlik üçün alınmış 2 ədəd “MİTSUBİSHİ”, 1 ədəd “HUNDAİ” markalı avtomobilin açarlarını təqdim edib.

 

 

Rabitə dünyası.- 2010.- 19 fevral.- S.7.