Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin yaranmasından 6 il ötür
Bu gün Azərbaycan Respublikasında İKT sahəsindəki fəaliyyət ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt üzrə aparılır. 2003-cü il oktyabrın 15-də Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin xalqın etimadını qazanaraq Prezident seçilməsi ilə Azərbaycanın inkişafında yeni bir mərhələ başlandı. Son 6 ildə iqtisadiyyatımızın davamlı və dayanıqlı inkişafı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, yeni iş yerlərinin açılması, əmək haqlarının və pensiyaların bir neçə dəfə artırılması, ünvanlı sosial yardımların tətbiqi, yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, beynəlxalq qurumlarla sıx əməkdaşlıq münasibətlərinin qurulması və digər bu kimi nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatların uğurlarındandır. Bu islahatlar sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda rabitə sektorunun gələcək inkişafını, hər bir vətəndaşın müasir informasiya-kommunikasiya texnologiyalarından bəhrələnməsi imkanlarını müəyyənləşdirdi. Son 6 il ərzində bu istiqamətdə bir çox işlər görüldü və mühüm addımlar atıldı.
2004-cü il
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il fərmanı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmışdır.
Ölkə başçısı Maştağa qəsəbəsində “Rabitə evi”nin açılışında iştirak etmişdir.
Ümumdünya Poçt İttifaqının 23-cü Buxarest konqresində Azərbaycan ÜPİ-nin ali orqanlarından biri olan İnzibati Şuraya üzv seçilmişdir.
«Elektron imza və elektron sənəd haqqında» və “Poçt rabitəsi haqqında” qanunlar qəbul edilmişdir.
«Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)» və «Elektron imza və elektron sənəd haqqında» Qanuna əlavə Qaydaların layihələri işlənib hazırlanmışdır.
«İntersputnik» Beynəlxalq
Kosmik Rabitə Təşkilatı ilə istismar sazişi
imzalanmışdır.
2005-ci il
Azərbaycan Respublikasının Prezidenti 2005-ci il oktyabrın 21-də “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır.
Ölkəmiz informasiya cəmiyyətinə keçid strategiyasını 16-18 noyabr 2005-ci il tarixlərində Tunisdə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2-ci mərhələsində nümayiş etdirə bilmişdir.
Bakı və
Naxçıvan şəhərləri arasında rabitənin
alternativliyinin və keyfiyyətinin artırılması məqsədilə
TAE fiber-optik kabeli vasitəsilə İran ərazisindən
tranzit olaraq keçməklə 2 ədəd 2 Mbit/s-lik tutumlar
təşkil olunaraq trafik mübadiləsinə
başlanmışdır. Culfa-Naxçıvan arası optik
kabel magistralı tikilib istismara verilmişdir.
Naxçıvan MR-in telefon
şəbəkəsinin yeni 6 rəqəmli, Sumqayıt şəhər
telefon şəbəkəsinin isə 7 rəqəmli nömrələmə
sisteminə keçirilməsi təmin edilmişdir.
Ağsu rayonunun
Gülüstan adlanan sahəsində yeni müasir tipli güclü
radio-televiziya stansiyası tikilib istismara verilmişdir.
2006-cı il
2006-cı ildə olkəmizdə
keçirilən İKT üzrə ən böyük və
nüfuzlu tədbir ölkəmizin və dünyanın
tanınmış İKT şirkətlərinin əldə
etdikləri son nailiyyətlərin nümayiş etdirildiyi “Bakutel-2006”
XII Beynəlxalq Telekommunikasiya və İnformasiya
Texnologiyaları Sərgisinin ilk dəfə olaraq Azərbaycan
Respublikası Prezidentinin himayəsi altında keçirilməsi
və şəxsən cənab Prezidentin sərgi və
konfransın açılış mərasimində iştirak
və çıxışı olmuşdur.
“Milli E-İdarəçilik
Şəbəkəsi Təşəbbüsü” layihəsi
çərçivəsində “Azərbaycan dilindən
ingilis dilinə, ingilis dilindən Azərbaycan dilinə
Maşın Tərcümə Sistemi”
yaradılmışdır.
2007-ci il
Davosda keçirilən ənənəvi iqtisadi forumda dünyanın tanınmış İKT şirkətlərinin- “Microsoft”, “Cisco” və “İntel”-in rəhbərlərinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə onların görüşləri olmuşdur.
2007-ci il fevral ayının 13-də “Regionların sosial-iqtisadi inkişafı üzrə (2004-2008-ci illər) Dövlət Proqramı”nın üç illiyi münasibətilə keçirilmiş Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan etmişdir.
İyun ayında “Microsoft” şirkətinin birinci vitse prezidenti Qreyk Mandi ölkəmizə səfər etmiş, cənab Prezident İlham Əliyevlə görüşərək Windows XP əməliyyat sisteminin Azərbaycan dilinə tərcümə edilmiş ilk nümunəsini ona təqdim etmişdir.
“Bakutel-2007” sərgisində “Microsoft”şirkətinin prezidenti cənab Bill Qeyts sərgi iştirakçılarına təbrik məktubu göndərərək, bu tədbirə və respublikamızda bu istiqamətdə aparılan işlərə xüsusi diqqət yetirdiklərini bildirmişdir.
Dünya İqtisadi Forumunun dərc etdiyi hesabata əsasən, Azərbaycan 2006-2007-ci illər üzrə qabaqcıl informasiya-kommunikasiya texnologiyalarından istifadə səviyyəsinə görə Bolqarıstan, Qazaxıstan, Serbiya, Ukrayna, Misir, Pakistan, Moldova kimi bir çox ölkələri qabaqlayaraq, 122 ölkə sırasında 71-ci yeri tutmuşdur.
Economist Intelligence Unit və İBM şirkətlərinin illik hesabatlarında isə respublikamızın 2006-cı ildəki 2.92 inkişaf əmsalı 2007-ci ildə 3.26-ya yüksəlmişdir.
Elektron hökumətin qiymətləndirilməsi üzrə ABŞ-ın Broun Universitetinin illik hesabatında isə ölkəmizin göstəricisi 198 ölkə arasında 32-ci mövqedə olmuşdur.
Bütün regionları əhatə edən “AzDATAKOM” şəbəkəsinin Bakı şəhərini əhatə edən 1-ci və 2-ci mərhələləri üzrə işlər başa çatdırılmışdır.
“Heydər Əliyev və informasiya-kommunikasiya texnologiyaları siyasəti” kitabı nəşr olunmuşdur.
“İKT üzrə Elektron Kitabxana” yaradılmış və təqdimatı keçirilmişdir.
ABŞ-ın Kaliforniya
ştatında 2-ci ABŞ-Azərbaycan İKT Biznes Forumu təşkil
olunmuşdur.
2008-ci il
Azərbaycan Respublikası Prezidenti “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncam imzalamışdır.
Ölkə Prezidentinin 11 noyabr 2008-ci il tarixli 17 nömrəli Fərmanı ilə “Poçt rabitəsi haqqında” qanununa əlavə və dəyişikliklər təsdiq edilmişdir.
Respublikada telefonlaşmamış 1 yaşayış məntəqəsi belə qalmamışdır.
Rabitə və İnformasiya
Texnologiyaları naziri cənab Əli Abbasov İsveçrənin
Davos şəhərində keçirilmiş Ümumdünya
İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti cənab
İ.Əliyevi müşayiət etmişdir. Forum çərçivəsində
RİTN ilə İsveçrə Konfederasiyasının
Federal Şurasının Ətraf mühit, Nəqliyyat,
Energetika və Kommunikasiya Departamenti arasında rabitə və
informasiya texnologiyaları sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanmışdır.
“INTEL” şirkətinin rəhbəri
cənab K.Barretin rəhbərlik etdiyi nümayəndə heyəti
ölkəmizə səfər etmişdir.
“BakuTel-2008” beynəlxalq
telekommunikasiya və informasiya texnologiyaları sərgisi
çərçivəsində “Trans-Avrasiya super informasiya
magistralı” mövzusunda Regional Nazirlər Toplantısı
keçirilmiş və Bakı Bəyannaməsi qəbul
edilmişdir.
Tanınmış Azərbaycan
əsilli amerikalı alim Lütfi Zadə uzun fasilədən
sonra Bakıya səfərə gəlmiş, Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin qəbulunda
olmuş, bir sıra işgüzar görüşlər
keçirmişdir.
İsveçin “Ericsson”
şirkətinin icraçı direktoru Hans Vestberqi ölkəmizə
səfər etmiş, səfər çərçivəsində
Prezident İlham Əliyevin qəbulunda olmuş, qonaq rabitə
və informasiya texnologiyaları naziri Əli Abbasovla
görüşmüş, yerli İT şirkətləri ilə
əməkdaşlıq məsələləri müzakirə
edilmişdir.
“Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2009-2012-ci illər
üçün Dövlət Proqramı (e-Azərbaycan-2)”,
“Kosmik fəaliyyət haqqında” qanunun layihəsi
hazırlanmışdır.
“AZDATAKOM” şəbəkəsinin
yaradılması üzrə işlər başa
çatdırılmışdır.
Nazirlər Kabinetinin qərarı
ilə RİTN-in nəzdində Yüksək Texnologiyalar
üzrə Tədqiqat Mərkəzi
yaradılmışdır.
Ölkədə internetin
inkişafını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi yanında internetin inkişafı
üzrə Koordinasiya Şurası yaradılmış, Əsasnaməsi
təsdiq edilmişdir.
2009-cu il
2009-cu ildə 15-ci yubileyini qeyd edən “BakuTel-2009” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisinin açılışında möhtərəm prezidentimiz İlham Əliyev cənabları və xanımı Mehriban Əliyeva iştirak etmişlər.
RİTN-nin təşkilatçılığı
ilə 5-7 oktyabr tarixlərində İsveçrənin Cenevrə
şəhərində təşkil olunan «İTU Telecom World
2009» sərgi və forumunda ölkəmizi rabitə və
informasiya texnologiyaları naziri cənab Əli Abbasovun rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil etmiş, sərgidə
ilk dəfə olaraq ingilis-azərbaycan-ingilis tərcüməçi
telefon və Azərbaycan hökumətinin təşəbbüsü
ilə reallaşması nəzərdə tutulan “Trans-Avrasiya
Super İnformasiya Magistralı” layihəsi nümayiş
olunmuşdur. Layihə ilə tanış olan BMT-nin Baş
katibi Pan Ki Mun TASİM təşəbbüsünü cazibədar
və böyük region üçün vacib layihə kimi
qiymətləndirmişdir.
BMT Azərbaycan hökuməti
tərəfindən irəli sürülmüş və
regionun 20-dən çox ölkəsini əhatə edəcək
Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) təşəbbüsünə
həsr olunmuş qətnamə qəbul etmişdir.
“Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2009-2012-ci illər
üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)”
layihəsinin hazırlanması təmin edilmişdir.
Ötən il ilk
telekommunikasiya peykinin orbitə buraxılması ilə
bağlı keçirilmiş tenderin nəticəsində
ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti qalib gəlmiş,
“Azərbaycan Respublikasında kosmik sənayenin
yaradılması və inkişafı üzrə Dövlət
Proqramı”nın icrası istiqamətində görülən
işlərin koordinasiya edilməsi, habelə Proqramın icra vəziyyəti
barədə məruzələrin hazırlanması və təqdim
edilməsi məqsədilə RİTN-də Əlaqələndirmə
Şurası yaradılmışdır.
Ölkədə kompyuterlərin
kütləvi yayımını nəzərdə tutan “Xalq
kompyuteri” layihəsinin reallaşmasına start verilmişdir.
Respublika ərazisində 3G
texnologiyası əsasında mobil rabitə xidmətlərinin
tətbiqi başlanılmışdır.
Heydər Əliyev Fondu ilə
birgə RİTN tərəfindən “Kor və görmə
qabiliyyəti zəif olan insanlar üçün İKT” layihəsinin
həyata keçirilməsi üçün İşçi
qrupu yaradılmışdır.
Azərbaycan Avropa
Şurasının “Kibercinayətkarlıq haqqında”
Konvensiyasına qoşulmuşdur.
Rabitə dünyası.- 2010.- 26 fevral.- S.2-3.