İGİDLİK, MÜDRİKLİK SƏLTƏNƏTİNİN MƏŞHUR MİLYONÇUSU - AĞA MUSA NAĞIYEV

 

Memarlıq üslubu ilə şəhərə xüsusi gözəllik verən Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin binası onun rabitəçilərə qoyduğu mirasdır

 

Neft milyonlar səltənətinin məşhur xeyriyyəçi-milyonçularından olan Ağa Musa Nağıyevin vəfatından 91 il keçir. O 70 illik keşməkeşli həyatını qurub-yaratmağa, cəmiyyət xalq üçün faydalı işlər görməyə sərf edib. “Tikmədim özüm qalam, tikdim ki, izim qaladeyimi Ağa Musa Nağıyevin timsalında həqiqəti əks etdirir. Bir zaman hamballıq edib, sonradan məşhur neft milyonçusuna çevrilən məşhur milyonçunun yüksək zövq ilə inşa etdirdiyi 98 bina şedevrliyi ilə bu gün Azərbaycan memarlıq tarixinin şah əsərinə çevrilib. O tikdirdiyi binalarla yalnız tarixə iz qoymurdu. Həmin memarlıq inciləri həm onun həyatını şövqləndirirdi. Lakin, o böyük fəxarət hissi ilə ucaltdığı binanın vaxtsa onun həyat cövhərini əlindən alacağından xəbərsiz idi. Bəli, onun ölüm səbəbi həyatı kimi maraqlı ibrətamizdir.

Belə ki, 1913 - ildə Qotik üslubda tikilmişİsmailiyyəbinasının 1918-ci ilin mart qırğınlarında qəddar düşmənlərimizin Bakıya hücumu zamanı top atəşinə tutularaq dağıdılması tanınmış xeyriyyəçinin həyat eşqini əlindən alıb. Binanın dağıdılmasında əsas məqsəd analoqu yalnız İtaliyada olanVenesian Qotikası məhv etməklə bərabər binanın zirzəmisində qorunan ziyalıların arxivini binanın özülündəki qızılı ələ keçirmək olub. Ağa Musa Nağıyev nakam oğlu İsmayılın xatirəsinə həsr etdiyi bu binanın məhv edilməsi ilə mənən cismən yıxılır. 1919-cu il mart ayının 3-də isə gözlərini əbədi olaraq yumur. Heç cürə unuda bilmədiyi bala dərdini - Ağa Musanı məcazi mənada yaşada biləcək yadigarının məhv edilməsi - daha da təzələyir.

Atasının - “Oğul, bacardığın qədər bina tikdir, ömrün uzanarvəsiyyətinə əməl edib, 100 bina tikdirməyi qarşısına məqsəd qoyan 100 yaşayacağına inanan Ağa Musaya 70 yaşında ikən ömür vəfa etmir.

2013 - ildə 100 illiyi qeyd olunacaq, İsmailiyyə binası Bakının taxt-tacı sayılmaqla bərabər, şəhərin arxitekturasına qadın boynuna bəzək verən bir zinət incisi kimi daxil olmuşdur.

Ağa Musa Nağıyevin neft sahəsində, maarifçilik ələlxüsus tibb sahəsindəki xidmətlərinin kölgədə qalması məndə narahatlıq yaradır.

Dövlətimiz müstəqillik əldə etdiyi zamandan Ağa Musa Nağıyev oxu ətrafında haqqın-ədalətin bərpası uğrunda çalışıram.

Kərbəla həsrəti ilə yananəmanətqəbri məcburən üç dəfə məkanını dəyişdikdən sonra, yalnız 1998-ci ildə Biləcəri qəbiristanlığında rahatlıq tapıb.

Ağa Musa Nağıyev ümumi həcmi 413 milyon məbləğində dəyərləndirilən kapitalını cəhalət girdabında boğulan xalqının dünyagörüşünün, mədəni səviyyəsinin yüksəldilməsi naminə sərf edib.

Ağa Musanın həyatı sanki bir nağıla bənzəyir:

Yoxsulluqdan zənginliyə, şan-şöhrətdən unutqanlığa!”

Millətin dövləti olmadığı dövrdə - bir dövlətin görəcəyi işləri görüb milyonçu, neftdən gələn gəliri ölkənin inkişafına sərf edib.

O həmişəYeyin, için, amma israfçılıqa yol verməyin. Unutmayın ki, Allah da israfçılığı sevmir” - deyərdi.

11 yaşından zəhmətə atılıb, hamballıq edən Ağa Musa, təsadüfən neft sahəsində çalışmağa başlayıb. Qısa bir zamanda xeyriyyəçiliyi eləcə çoxsaylı tikililəri ilə Bakı milyonçularından fərqlənməsinə bu təsadüf səbəb olub.

Bakının salnaməsinə 98 bina bəxş edən, 35 yoxsul ailənin başçısının vəsiyyətinə əməl edib, onların dəfnini Kərbəlada həyata keçirən, maariflənməyə, səhiyyəyə xüsusi diqqət yetirən belə bir insanın qənaətcilliyini düzgün qiymətləndirməyənlər tapılmışdı.

Ağa Musa Nağıyev Bakının ilk mülk sahiblərindən olub, onun başqa milyonçulardan fərqi - köhnə Bakının memarlıq simasına ən çox töhfə verməsidir. O, pulunun qədrini bilməklə yanaşı, ondan necə istifadə etməyi ustalıqla bacarıb.

1904-1908-ci illərdə A.M.Nağıyevin buruqlarında istehsal olunan qara qızılın miqdarı 12,3 mln.puda çatır. 1908-ci ilin axırlarında isə istehsalın həcmi 13 mln.puda çatmaqla o, rekord vurur.

Rus rublunun alıcılıq dövriyyəsi yüksək olduğu bir dövrdə atasının vəsiyyətinə əməl edərək Ağa Musa vəsaitini daşınmaz əmlaka sərf edir.

Yüz bina tikəcəyinə qərar verən Ağa Musa:

İstiqlaliyyət küçəsində 6, 10 31 saylı binalardan ən başlıcası sayılan - “İlk Müsəlman Xeyriyyə Cəmiyyətixüsusiyyəti daşıyanİsmailiyyəbinası ilə yanaşı Realnı məktəb; İctimai yığıncaqlar keçirilməsi məqsədilə - Xaqani 47; S.Vurğun 12, 20, 24 saylı binalar; Yeni Avropamehmanxanasının binası, Z.Əliyeva pr.33 poçt üçün nəzərdə tutulmuş bina (hazırkı Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin binası); Neftçilər pr. 69 ,73, 145; Füzuli 39; R.Rza 11,12 36 saylı binalar; Zərgər palan 16, Ş.Bədəlbəyli 21; Nizami 36 93;

28 May küçəsində 2,3,4,5,6,8,9, 10,11,14,15,17 saylı binalar Kirxa”; Y.Məmmədəliyev 11; Ağa Musa Nağıyev E.Əfəndiyev adına xəstəxanalar, eləcə Elmi Tədqiqat Pediatriya İnstitutu, Sabunçu qəsəbəsində poliklinika, M.Rəsulzadə 8 - keçmişQastronomun binası ona məxsus olub.

Deyirlər ki, pul qazanmaq igidlikdirsə, onu saxlaya bilmək müdriklik, ondan düzgün istifadə etmək isə ilahi istedaddır.

Bu xüsusiyyətin hər üçü onda cəmləşdiyindən xalqına dəyərli oğul olub.

1919-cu ilin mart ayındaAzərbaycanqəzetində dərc edilmiş nekroloqda qeyd edilmişdi:

Ağa Musa Nağıyev - ən orijinal adamlardan biri, təbiətin intəhası, enerjili, qabiliyyətli, özbaşına formalaşmış bir insan həyatdan getmişdir.

İri kapital sahibi olan Ağa Musa xalqının bütün etirazlarına rəğbətlə yanaşmışdır. Elə bir əhəmiyyətli ictimai məsələ olmamışdır ki, orada onun əvəzsiz xidməti olmasın...

Rəhmətliyin xidmətləri onun xalq arasında xatirəsinin əbədi yaşayacağına layiqdir.”

Vəfatından sonra düz bir ay qəzetlər onun haqqında xoş sözlər yazmışdır.

Bakı milyonçuları arasında 98 bina tikdirmək yalnız ona nəsib olub.

Bu gün Ağa Musa Nağıyevin şedevr binalarından çoxu inzibati idarələr kimi istifadə olunur. Bunlar : “SOKAR” Rusiyanın “LUKOYL” neft şirkəti, Zabitlər evi, Rabitə İnformasiya Texnologiyalar Nazirliyi, AMEA, Azərittifaq, İqtisad Universiteti, “ÜNS” teatrı, DAK, dörd xəstəxana, keçmiş Ali məhkəmə binalarıdır.

28 May küçəsindəki binaların hər biri bu gün öz təravətini itirməyib, təzə gəlinə bənzəyir.

Şəhərin salınmasında böyük əməyi olan Ağa Musa bu günədək lazımı qiymətini almamışdır.

Tikdirdiyi dörd xəstəxanadan yalnız biri - 1992-ci ildən adını daşıyan xəstəxanadan da adı götürülüb.

Sadəcə olaraq -“Tikmədim özüm qalam, tikdim ki, izim qala” - deyiminin mənasını dərk etməyin məqamıdır. Deyirlər ki, zamanın meyarı yaddaşdır. Yəqin, yaddaşların dilə gələcəyi vaxt uzaqda deyil.

 

 

Nəvəsi hacıxanım Dilarə Ağamusa

 

Rabitə dünyası.- 2010.- 26 fevral.- S.12.