Regionlarda İKT sürətlə inkişaf edir
Yevlax rabitəsi
Ölkəmizin şəhərləri sırasında özünəməxsusluğu ilə seçilən, günü-gündən inkişaf edib gözəlləşən Yevlaxda bütün sahələr kimi rabitə və informasiya texnologiyaları sahəsi də sürətlə inkişaf edir. ”Elekton Azərbaycan” Dövlət Proqramının tərkib hissəsi olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində Yevlax rabitə şəbəkəsi tamamilə elektronlaşdırılmış və şəbəkənin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan hökuməti ilə Dünya Bankı arasında imzalanmış “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq rayonun poçt rabitəsinin bank və maliyyə xidmətləri göstərilməsi istiqamətində də işlər aparılır. Prezident İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin apardığı quruculuq və yenidənqurma işlərində yaxından iştirak edən rabitəçilər öz töhfələri ilə bu yeniliklərə daha bir yenilik əlavə edirlər.
İnformasiya və kommunikasiya
texnologiyaları
Yevlax Telekommunikasiya Qovşağınin rəisi Nazim Şirinov bizimlə söhbətində bildirdi ki, bu gün Yevlax şəhərində aparılan bu yeniliklərə paralel olaraq RİTN “Aztelekom” İB-nin dəstəyi ilə rabitə sahəsi də sürətlə inkişaf edir.
E-Hökumət istiqamətində
N.Şirinov şəhər icra hakimiyyətinin başçısı E. Vəliyevin Yevlaxda İnformasiya və Kommunikasiya Texnologiyalarının inkişafı istiqamətində səylərini qeyd edərək “Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının İnkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nda (Elektron Azərbaycan) göstərilən müddəaları rəhbər tutaraq Yevlax şəhər İcra Hakimiyyətinin portalının yaradıldığını bildirdi. İcra hakimiyyətinin bu saytı yaratmaqda məqsədi İKT-nin tətbiqi ilə idarəçilik ənənələrini təkmilləşdirərək əhali ilə əlaqələri gücləndirmək, onlara daha yaxın olmaq, Elektron- hökumət və idarəçilik sisteminin əsasını qoymaqdır. İndi rayonun istənilən sakini dünyanın istənilən nöqtəsindən icra hakimiyyətinə gəlmək üçün vaxt və vəsait sərf etmədən, süründürməçiliyə məruz qalmadan saytda verilən elektron ünvanlara müraciət edərək öz problemlərinin həllinə dair operativ cavab ala bilər. Şəhər rabitəsinin daha da təkmilləşdirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirildiyini bildirən N.Şirinov ümumi abunəçi sayının 14708 nəfər təşkil etdiyini, bunun da 14585 nəfərinin stasionar, 123 nəfərinin isə CDMA telefonlarında istifadə etdiklərini bildirdi. İlin əvvəlindən 170 ədəd yeni telefon çəkilərək abunəçilərin istifadəsinə verilmişdir. İnternet abunəçilərinin sayı 365 nəfərdir ki, onlardan 132 nəfəri telekommunikasiya qovşağının və “Delta plyus” MMC-nin sürətli internet klublarından istifadə edir.
Quruculuq işləri davam
edir
N.Şirinov daha sonra bildirdi ki, Yevlax rayonunda Yevlax şəhərindən başqa 49 yaşayış məntəqəsi vardır. Rekonstruksiyadan sonra Qaraoğlan, Gülövşə, Hacıselli, Havarlı, Hürüuşağı kəndlərində də yeni ATS-lərin tikilməsinə ehtiyac olduğundan bu istiqamətdə işlər aparıldı. Qısa bir zaman çərcivəsində Qaraoğlan kəndində yeni ATS binası 192 N-lik DS-200 tipli ATS inşa olunaraq abunəçilərin istifadəsinə verildi. Həmçinin Gülövşə kəndində yeni 448 N-lik DS-200 tipli ATS inşa olundu. Havarlı, Hacıselli, Hürüuşağı kəndlərində konteyner tipli 3 bina inşa olundu. Müvafiq olaraq Havarlı kəndində 256 N, Hacıselli kəndində 192 N, Hürüuşağı kəndində 192 N DS-200 tipli ATS montaj olunaraq quraşdırıldı. Gülövşə kəndində tikilən ATS-dən qonşu Bəydilli və Əkşəm, Hacıselli kəndində tikilən ATS-dən qonşu Qaraqoyunlu və Hürüuşağı kəndində tikilən ATS-dən Boşçalı kəndləri telefonlaşdırılmışdır.
Ümumiyyətlə
kənd telefon şəbəkəsində
49 yaşayış məntəqəsinin 43-də stasionar telefonlardan, Duzdağ, Cırdaxan, Meyvəli, Dəlləklər
və Köyük kəndlərində
CDMA telefonlarından istifadə olunur. Bütün kənd ATS-ləri dizel
generatorları, akkumulyator batareyaları ilə
təmin olunaraq enerjidən
asılılığı bir qayda olaraq ləğv olunmuşdur. TKQ-nin mərkəzi
ATS-lərinin TAE üzərindən qoşulması onun texniki
imkanlığını daha da artırmışdır. Bütün
istiqamətlərdə daşmalar aradan qaldırılmışdır.
N.Şirinov kollektivin səyi ilə bundan sonra da uğurlar sırasını davam etdirəcəklərini əminliklə söyləyərək bu istiqamətdə təxirəsalınmaz tədbirlərin davam etdirildiyini qeyd etdi. Yüksək keyfiyyətli rabitə xidmətləri ilə təmin olunan sakinlər bu diqqət və qayğıdan çox razıdırlar.
Poçt
Yevlaxda informasiya və kommunikasiya texnologiyaları sahəsi ilə yanaşı poçt rabitəsi də sürətlə inkişaf edir. Rayon Regional Poçt Filialı tərəfindən əhaliyə nümunəvi poçt xidməti göstərilməsi, onları maraqlandıran yeni xidmətlərin yaradılması, qarşıya qoyulan plan və tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi istiqamətində əməli tədbirlər həyata keçirilir. Filialın rəisi Elman Səfərov bildirdi ki, filialın mərkəz və kənd poçt şöbələri sakinlərə bütün ənənəvi və qeyri-ənənəvi poçt rabitəsi xidməti göstərir. RİTN “Azərpoçt” MMC-nin dəstəyi ilə poçtamt tərəfindən aparılan gərgin və məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu ilin 5 ayı ərzində ümumi tarif gəliri proqnozu 57532 manata qarşı 62353 manat, yəni 108,3 faiz artıqlaması ilə yerinə yetirilmişdir.
Yeni poçt
binaları istifadəyə verilir
1 saylı, Aran-1, Nurallar poçt şöbələri müasir standartlara cavab verəcək səviyyədə tikilərək əhalinin istifadəsinə verilmişdir.
E.Səfərov sözünə davam edərək bildirdi ki, RİTN-in diqqəti sayəsində Yevlax RPF yeni binasının smeta layihə sənədləri hazırlanmış və yaxın günlərdə yeni binanın tikintisinə başlanılacaqdır. Şəhər mərkəzində və Aran qəsəbəsində Smart kart sayğaclarının quraşdırılması ilə əlaqədar Yevlax RPF ilə şəhər Paylayıcı Elektrik Şəbəkəsi arasında mövcud müqaviləyə uyğun olaraq Mərkəzi poçt, 1, 2, 4 və Aran poçt şöbələrində enerji haqlarının toplanması və kartlara nağd pul vəsaitinin yüklənməsi KÖMİKS sistemi vasitəsilə həyata keçirilir. Dünya Bankı ilə Azərbaycan hökuməti arasında imzalanmış “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq kənd poçt şöbələrində bu sistemin tətbiqinə başlanılmışdır. Bu, gələcəkdə rayon mərkəzindən uzaq kəndlərdə də maliyyə xidmətlərinin tətbiqinə şərait yaradacaqdır.
Rəis daha sonra bildirdi ki, ötən illərlə müqayisədə poçt rabitə xidmətləri artmaqda davam edir. Əhalidən qəbul edilən teleqramların, pul baratlarının, bağlamaların, banderolların və məktubların sayı artmaqda davam edir.
Xidmətdə insan
faktoru önəmlidir
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlax RPF tərəfindən davamlı tədbirlər həyata keçirilir. Poçtamt tərəfindən bu istiqamətdə görülən işlərin tərkib hissəsi olaraq müasir poçt şöbələrinin tikilməsi, əhaliyə yeni xidmətlərin göstərilməsi işləri təmin edilməkdədir. Xidmətdə insan faktorunu önə çəkən poçtamt gəlirlərinin artırılması istiqamətində daha böyük tədbirlər həyata keçirmək niyyətindədir. E.Səfərov poçtamtın əməksevər kollektivi ilə qazanılan uğurların davam etdirilməsi məqsədilə daim irəliyə addım atdıqlarını bildirdi.
Bundan başqa, poçtamt tərəfindən poçtun
vətəndaşlara daha
da yaxınlaşdırılması,
xidmət mədəniyyətinin
yüksəldilməsi məqsədilə
daim tədbirlər həyata keçirilir. Yerlərdə poçtun xidmətləri
təbliğ edilir, bu xidmətlərdən vətəndaşların faydalanması
üçün işlər
aparılır.
“Maliyyə xidmətlərinin
inkişafı” layihəsinə
uyğun olaraq yüksək səviyyəli
kadrlar seçilib poçt şöbələrində
yerləşdirilmişdir. Filial rəisi qazanılan nailiyyətlərdə kollektivin
əməyini yüksək
qiymətləndirdi və
gələcəkdə bu
sahədə daha böyük nailiyyətlərin
əldə olunacağını
söylədi.
Əhali arasında aparılmış
sorğular nəticəsində
məlum olmuşdur ki, Yevlaxda şəhər
və kənd sakinləri göstərilən
poçt xidmətlərinin
səviyyəsindən razıdır,
onlar yaradılan şəraitə görə
ölkə başçısı
İlham Əliyev cənablarına minnətdarlıqlarını,
rabitəçilərə isə təşəkkürlərini
bildirmişlər.
Rəvan Soltanov
Rabitə dünyası.-
2010.- 2 iyul.- S.7.