Regionlarda İKT sürətlə inkişaf edir

 

Siyəzən rabitəsi

 

Siyəzəndə bütün sahələrdə olduğu kimi rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı prosesi də sürətlə gedir. Bu gün İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonda aparılan quruculuq işlərində özünəməxsus payı olan rabitəçilər də rabitə və informasiya texnologiyalarının daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəmirlər. Siyəzəndə rabitə sahəsi günün tələblərinə cavab verir.

 

İnformasiyakommunikasiya texnologiyaları

 

AztelekomİB-nin dəstəyi ilə bütün bölgələrdə olduğu kimi Siyəzəndə də bu sahədə dəyərli nəticələr əldə olunmuşdur. Bu barədə qəzetimizə açıqlama verən Siyəzən TKQ-nin rəisi Rafiq Kəbirovun bildirdiyinə görə Siyəzən TKQ tərəfindən aparılmış işlər nəticəsində rayonda informasiya texnologiyalarının inkişafı istiqamətində xeyli işlər görülmüşdür. Əvvəllər tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan rayon rabitəsi hazırda dirçəlməkdədir. Son illər Siyəzən TKQ tərəfindən əhaliyə yüksək keyfiyyətli rabitə xidməti göstərmək üçün böyük işlər görülmüşdür.

 

Dayanıqlı və keyfiyyətli rabitə

 

Belə ki, RİTN “AztelekomİB-nin dəstəyi ilə qovşaq üçün yeni inzibati bina tikilmişdir.Əhalinin telefon rabitəsinə olan tələbatını ödəmək məqsədilə yeni binada 4000 nömrəlik KAREL tipli elektron stansiya quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Qovşaq tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 200 metr 15 kanallıq, 63 metr 2 kanallıq yeni kabel-kanalizasiya qurğuları tikilmişdir. Rayonda rabitənin dayanıqlığını təmin etmək məqsədilə qovşaqda 100 kVt gücündə dizel generator, şəbəkə gərginliyini sabit saxlamaq üçün 100 kVt-lıq tənzimləyici quraşdırılaraq istifadəyə verilmişdir. Əhalinin telefon rabitəsinə olan tələbatına uyğun olaraq rayonun BeşdamGilgilçay kəndlərində EATS-lər tikilərək istismara verilmişdir.

Rayonun 3 kəndində KAREL tipli mini EATS quraşdırılmış, bəzi kənd EATS-ləri mərkəzi EATS ilə birləşdirici hava rabitə xətləri fiber-optik kabel xətləri ilə əvəz olunaraq FOM-4 avadanlığı quraşdırılmış və istifadəyə verilmişdir.

Qovşaq tərəfindən aparılmış işlər nəticəsində telefonlaşdırılması çətin olan əhalisinin sayı az olan yaşayış məntəqələrində mini EATS-lər qurulmuşdur. On beş ədəd belə telefon quraşdırılmaqla bütün kəndlər telefonlaşdırılmışdır.

 

İnternet istifadəçilərinin sayı artır

 

Siyəzən TKQ tərəfindən rayonda internet istifadəçiləri sayının artırılması, onların paytaxta yaxın əyalət rayonunun sakinləri kimi bütün multimedia xidmətlərindən yararlanması üçün işlər aparılır. Belə ki, bu sahənin inkişaf etdirilməsi istiqamətində qovşaq tərəfindən əməli tədbirlər həyata keçirilməkdədir. İnformasiya texnologiyalarının inkişafı ilə əlaqədar qovşaqda 96 portluq Aztelekom.net internet provayderi və 24 portluq Azdatakom provayderlərinə məxsus sürətli internet kanalları istifadəyə verilmişdir. Bundan başqa digər provayderlərin fəaliyyətinin genişləndirilməsi üçün hər bir imkan yaradılmışdır ki, bunun da nəticəsində hazırda DATAPLUS internet provayderinin 48 portluq avadanlığı quraşdırılaraq istifadəyə verilmişdir.

Qovşaqda uzun müddət kadr problemi yaşanmışdır. Hazırda bu problemin aradan qaldırılması istiqamətində də işlər aparılır. Elə R.Kəbirov bizimlə söhbətində uğurların əldə oluunmasında qovşağın günü-gündən irəli gedən kollektivinin əməyini yüksək qiymətləndirdi və siyəzənliləri bundan sonra da keyfiyyətli rabitə xidməti ilə təmin etmək üçün bütün qüvvələrini səfərbər edəcəklərini dedi.

 

Poçt

 

Siyəzəndə telekommunikasiyainformasiya texnologiyalarına paralel olaraq poçt rabitəsi də sürətlə inkişaf edir. Yeni texnologiyaların poçt rabitəsinə tətbiqi ilə bütün respublikamızda olduğu kimi Siyəzəndə də müasir poçt rabitəsi şəbəkəsinin inkişafına şərait yaranmışdır. Əvvəllər poçt rabitəsi sahəsində mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün aparılan tədbirlər nəticəsində bu sahədə dəyişikliklər yaradılmışdır. Siyəzən PF-nin rəisi Fikrət Hacızadə bizimlə söhbətində bildirdi ki, RİTN “Azərpoçt” MMC-ninRayon İcra Hakimiyyətinin dəstəyi ilə bu sahədə daha böyük nailiyyətlər əldə etmək üçün bütün qüvvələr səfərbər olub.

 

Proqnoz və tapşırıqlar icra olunur

 

Siyəzən Poçt Filialı bu ilin 1-ci yarımilliyində tarif gəliri proqnozunu 38900 manata qarşı 39115 manat, yəni 101 faiz yerinə yetirmişdir. Əhalidən gələn gəlir planı 33000 manata qarşı 33854 manat, yəni 103 faiz yerinə yetirilmişdir.

Göstərilən dövr ərzində ötən illə müqayisədə sifarişli məktub korrespondensiyalarının göndərişindən ötən ilin 1271 manat gəlirinə qarşı 2079 manat, yəni 64 faiz yığılmışdır. Pul baratlarının qəbulundan ötən ilin 3588 manat gəlirinə qarşı 3961 manat, yəni 10 faiz artıma nail olunmuşdur. Qaz pulu haqlarının yığımından əldə olunan gəlirlər ötən illə müqayisədə 55 faiz artmışdır.

F.Hacızadə bildirdi ki, artıq Siyəzən Poçt FilialıAzDatacomşəbəkəsinə qoşulmuşdur. Bütün poçt şöbələrində islahalar aparılır, texniki təchizat işləri həyata keçirilir. “Azərpoçt” MMC-nin rəhbərliyinin yaxından köməkliyi sayəsində bu yaxınlarda filial və müştəri xidmətləri şöbəsi ən müasir kompyuter avadanlığı və mebel dəstləri ilə təchiz edilmişdir. Bank-maliyyə xidmətlərinin göstərilməsi üçün ardıcıl olaraq davamlı tədbirlər həyata keçirilir. Əhaliyə nümunəvi xidmət göstərmək üçün bütün poçt göndərişləri, qəzet və jurnallar vaxtlı-vaxtında sahiblərinə çatdırılır. Bu gün insan faktorunu daim öndə tutan rabitəçilər xidmət keyfiyyətini artırmaq üçün davamlı tədbirlər görürlər. Siyəzənli poçt işçiləri də əhalinin poçt göndərişlərini vaxtında və itkisiz ünvanlara çatdırmaq üçün lazım olan bütün imkanlardan istifadə edirlər. Poçt şöbələrində eyni zamanda əhaliyə yüksək keyfiyyətdə şəhərlərarası və beynəlxalq danışıq xidməti də göstərilir.

Filial rəisi bildirdi ki, RİTN “Azərpoçt” MMC-nin rəhbərliyi altında Siyəzən PF tərəfindən yeni xidmətlərin yaradılması, əhaliyə yüksək keyfiyyətli xidmət təqdim etmək üçün işlər aparılır. Onun sözlərinə görə, filialın poçt şöbələrində əhaliyə, müəssisə və təşkilatlara yüksək səviyyədə xidmət göstərmək üçün bütün şərait yaradılmışdır. Belə ki, bütün poçt şöbələri estetik binalarda yerləşir və onlar lazımı avadanlıqlarla, mebellərlə təchiz edilmişdir.

Rəis bildirdi ki, insan faktorunu əldə əsas tutan kollektivin ən başlıca vəzifəsi hər bir siyəzənliyə, hər bir qonağa layiqli poçt rabitəsi xidməti göstərməkdir ki, bunu da rabitəçilər çox gözəl bacarırlar. F.Hacızadə onlara yaradılan şəraitə görə rəhbərliyə minnətdarlığını bildirərək illik plan və tapşırığı 9 ayda yerinə yetirməyi qarşılarına məqsəd qoyduqlarını qeyd etdi.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 30 iyul.- S.7.