Müasir informasiya məkanı
və kitabxanalar”
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Müasir
informasiya məkanı
və kitabxanalar” mövzusunda Ümumrespublika
elmi-praktiki konfransı
keçirilib. Bakı Dövlət Universitetinin
“Kitabxanaçılıq-informasiya” fakültəsi, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, AMEA İnformasiya Texnologiyaları
İnstitutu və AMEA
MEK-in birgə təşkilatçılığı
ilə keçirilən
tədbir Azərbaycanda
kitabxana-informasiya işinin
müasir standartlar səviyyəsində təşkili,
bu sahədə perspektivlərin müəyyənləşdirilməsi,
İKT üzrə yüksək
biliklərə malik kitabxanaçı kadrların
yetişdirilməsi məsələlərinin
müzakirəsi, bu sahədə mövcud problemlərin həlli yollarının araşdırılması
məqsədi daşıyırdı.
Tədbiri giriş
sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Arif Həşimov yaşadığımız informasiya
cəmiyyətində kitabxanaçılıq
ənənələrinin qorunub
saxlanılması ilə
yanaşı müasir
texnologiyaların kitabxanaçılıq
fəaliyyətinə nüfuzunun
əhəmiyyətini qeyd
edib: “Bu gün aparıcı texnologiyalar kitabxana-informasiya işinin
yüksək səviyyədə
təşkili, milli-mənəvi
dəyərlərin təbliği,
bilik və informasiya, təcrübə
mübadiləsinin aparılmasında
misilsiz rol oynayır. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev kitabxanaları xalq, millət, cəmiyyət üçün müqəddəs
bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırmışdır”.
BDU-nun “Kitabxanaşünaslıq”
kafedrasının müdiri,
tarix elmləri doktoru, professor Abuzər Xələfov Azərbaycan milli kitabxanaçılığının inkişafı istiqamətində
görülən işlərdən
söhbət açıb.
“Kitabxanaçılıq sahəsi böyük inkişaf yolu keçmişdir. Biliklər cəmiyyətində
kitabların, xüsusən
də elektron vəsaitlərin rolu böyükdür. Bu gün respublikada 12 minə yaxın kitabxana mövcuddur. Azərbaycan mədəniyyətinin,
elminin, iqtisadiyyatının
dünyaya inteqrasiyası
prosesləri dövlət
səviyyəsində həyata
keçirilir.”.
AMEA İnformasiya
Texnologiyaları İnstitutunun
direktoru, AMEA-nın müxbir üzvü,
professor Rasim Əliquliyev
bəşəriyyətin informasiya
əsrinə qədəm
qoyduğu dövrdə
elmi-texniki sahələrdə
əldə olunan tərəqqinin bütün
sahələrdə olduğu
kimi, hər bir xalqın milli sərvəti olan kitabxanalarda da dünya standartlarına
uyğun islahatların
həyata keçirilməsini
zəruri etdiyini bildirib. O, müxtəlif sahələrə dair qurumlarla yanaşı, kitabxanaların da elektronlaşmasının əhəmiyyətindən
bəhs edib. Cəmiyyətin informasiyalaşdırılmasında,
milli-mənəvi dəyərlərimizin,
tariximizin qorunmasında,
fundamental elmin inkişafında
elektron kitabxanaların
mühüm rol oynadığını bildirən
alim dövlət başçısının “Azərbaycan
Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə
inkişafi üzrə
Dövlət Proqramı”nın
təsdiq edilməsi barədə Sərəncamının
respublikada kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılması,
elmi-mədəni sərvətlərdən
hərtərəfli istifadə
imkanlarının genişləndirilməsi,
cəmiyyətin informasiya
təminatının artırılması,
eləcə də Azərbaycan kitabxanalarının
dünya informasiya məkanına daxil olmasının təmin edilməsi istiqamətində
atılmış mühüm
addımlardan olduğunu
bildirib. “Bu gün rəqəmsal texnologiyaların
dinamik inkişafı kağız üzərində
olan informasiyanın, kitabların, müxtəlif
sənədlərin, tarixi
materialların və
s. elektron formaya çevrilməsinə imkan
verir. Əslində bu çox mürəkkəb bir prosesdir. Hazırda bütün dünyada
kitabxana sistemində
audio-video informasiya, üçölçülü
kitabların geniş tətbiqi məsələləri
üzərində işlər
aparılır”.
R.Əliquliyev kitabxana
istifadəçiləri auditoriyasının
genişlənməsinin “E-Azərbaycan”
Dövlət Proqramı
çərçivəsində əsas məsələlərdən
olduğunu, informasiya müharibəsində mühüm
əhəmiyyət kəsb
etdiyini bildirdi .
“Kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılmasının modernləşdirilməsi, e-kataloq,
e-kitabxanaların, veb-saytların
yaradılması, beynəlxalq
informasiya mübadiləsinin
aparılması, kitabxanaların
beynəlxalq təşkilatlara
üzv olması məsələlərinin təşkilinin
Azərbaycanda biliklər
iqtisadiyyatının, milli
informasiya məkanının
və e-Azərbaycanın
formalaşmasında mühüm
amildir”.
MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli
ən dəyərli informasiya mənbələrindən
biri olan kitabxanaların müasir informasiya məkanında oynadığı rolun əhəmiyyətinin bilavasitə
onun maddi-texniki bazası, kadr potensialı ilə bağlı olduğunu bildirib. A.Kəngərli hazırda kitabxanada
dünyanın ən qabaqcıl avtomatlaşdırılmış
kitabxana-informasiya sisteminin
tətbiq olunduğunu,
ənənəvi kataloq
sisteminin elektron kataloqla əvəzləndiyini,
fondun elektron daşıyıcılara köçürülməsi,
e-kitabxananın qurulması
işlərinə başlandığını
söyləyib. O, yaxın
gələcəkdə AMEA-nın bütün elmi-tədqiqat müəssisələrinin
vahid e-kitabxanası və e-kataloqu olacağını qeyd edib.
M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanasının (AMK) direktoru,
əməkdar mədəniyyət
işçisi Kərim
Tahirov AMK-də dünyada əldə olunan təcrübə və biliklərə, məlumatlara əlyetərliyin
təmin edilməsi, dünya oxucularına kitabxanalarımızın fondu
haqqında məlumatların
çatdırılması üçün elektron məlumat bazalarının
yaradılması istiqamətində
görülən işləri
nəzərə çatdırıb:
“AMK-nın nəzdində
elektron kitabxananın yaradılmasında məqsəd
milli kitabxana fondunun mühafizəsi, rəqəmləşdirilməsi, Azərbaycan elminin nailiyyətlərinin virtual məkanda
təbliği və informasiya təminatının
təmin edilməsidir”.
Z.İlqar
Rabitə dünyası.-
2010.- 4 iyun.- S.5.