Regionlarda İKT sürətlə inkişaf edir
Cəlilabad rabitəsi
Bu gün
Azərbaycanın bir çox rayonları kimi Cəlilabad da sürətlə inkişaf edir. Bu günlərdə ölkə
başçısı İlham
Əliyev cənabları
rayona səfəri zamanı orada aparılan quruculuq və yenidənqurma işlərini yüksək
dəyərləndirmişdir. Hazırda rayon İcra Hakimiyyətinin dəstəyi
ilə rayonda aparılan köklü islahatlar nəticəsində
rabitə sektorunda da mühüm addımlar atılmışdır.
İnformasiya və kommunikasiya
texnologiyaları
Bu barədə
qəzetimizə açıqlama
verən Cəlilabad TKQ-nin rəisi Cəbrayıl Vəliyevin
bildirdiyinə görə
Cəlilabad TKQ tərəfindən
aparılmış işlər
nəticəsində rayonda
informasiya texnologiyalarının
inkişafı istiqamətində
xeyli işlər görülmüşdür. Əvvəllər
tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalan rayon rabitəsi hazırda dirçəlməkdədir.
İnkişaf edən kənd
rabitəsi
Belə ki,
RİTN “Aztelekom” İB-nin
dəstəyi ilə qovşaq tərəfindən
əhalinin tələbatına
uyğun olaraq rayonun Şatırlı, Cəlayır, Ləkin, Uzuntəpə, Alar, Şiləvəngə kəndlərinin
hər birində elektron ATS-lər qurulmuşdur. Qovşaq tərəfindən aparılmış
işlər nəticəsində
telefonlaşdırılması çətin olan və əhalisinin sayı az olan
yaşayış məntəqələrində
mini EATS-lər qurulmuşdur.
Qovşaq üzrə
bu ilin I rübündə tarif gəliri 129.0 min manat proqnoza qarşı 129.5
min manat, yəni 100.5%
icra olunmuş, 2.1 min manat mənfəət əldə edilmişdir. Əhaliyə 46 ədəd
CDMA telefonu satılmış,
bununla CDMA abunəçilərinin
sayı 408 ədəd
olmuşdur. Əhaliyə
göstərilmiş servis
xidmətlərinin həcmi
6.1 min manata qalxmışdır.
İnternet istifadəçilərinin sayı artır
Cəlilabad TKQ-nin informasiya və kommunikasiya texnologiyaları
sahəsində də
uğurlarını qeyd
etmək olar. Belə ki, bu
sahənin inkişaf etdirilməsi istiqamətində
qovşaq tərəfindən
əməli tədbirlər
həyata keçirilmişdir.
Belə ki, “İskratel” tipli Mərkəzi EATS-ə 48 yerlik
geniş zolaqlı internetə çıxış
üçün DSLAM avadanlığı
quraşdırılmış və istifadəçilər
bu imkanlıqdan geniş şəkildə
yararlanırlar.
Bundan başqa,
digər provayderlərin
fəaliyyətini genişləndirməsi
üçün hər
bir imkan yaradılmışdır ki,
bunun da nəticəsində hazırda
DATAPLUS internet abunəçilərinin sayı 63 abonentə çatdırılmışdır.
İki yeni elektron ATS-in alınması
üçün bütün
sənədləşmə işləri aparılmış
və bu yaxınlarda Cəngan və Astanlı kəndlərində stansiyanın
quraşdırılma işləri
yekunlaşmış və
bu günlərdə sakinlərin istifadəsinə
verilmişdir.
Şəbəkə tamamilə elektronlaşacaq
C.Vəliyev daha sonra bildirdi ki, həyata keçiriləcək tədbirlər
nəticəsində Sərhədabad,
Hamarqışlaq, Xənagah,
Gülməmmədli, Komanlı
və Üçtəpə
kəndlərində də
analoq tipli ATS-lər II rüb ərzində EATS-lə əvəz ediləcəkdir
və şəbəkənin
ilin sonuna kimi tam elektronlaşmasının
başa çatdırılması
təmin olunacaqdır.
Telekommunikasiya qovşağının
rəisi C.Vəliyev onlara yaradılan şəraitə görə
RİTN “Aztelekom”İB-nin rəhbərliyinə
dərin minnətdarlığını
bildirərək bu il ərzində də əhaliyə daha keyfiyyətli rabitə xidməti göstərilməsi məqsədilə
üzərlərinə düşən
işi layiqincə yerinə yetirəcəklərini
əminliklə bildirdi.
Poçt
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev cənablarının
diqqət və qayğısı sayəsində
sürətlə inkişaf
edən informasiya və kommunikasiya, o cümlədən poçt
rabitəsi ən yeni texnologiyaların tətbiqi ilə yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur. Bütün
bölgələrdə olduğu
kimi Cəlilabadda informasiya və kommunikasiya texnologiyaları
ilə yanaşı poçt rabitəsi sahəsi sürətlə
inkişaf edib. Respublikamızın bütün
bölgələrində, o cümlədən Cəlilabadda
poçtamtın inzibati
binası müasir standartlara uyğun təmir edilmiş, yeni poçt şöbələri tikilmiş,
xidmət keyfiyyəti
bir qədər də artmışdır.
Bu sahədə görülən
işlər, əldə
olunan nəticələr
haqqında oxucularımıza
geniş məlumat verən Cəlilabad Poçt Filialının rəisi Fadail Əmiraslanov ilk öncə
əldə edilən nailiyyətlərin qazanılmasında
RİTN “Azərpoçt”MMC və rayon icra hakimiyyətinin başçısı
Ə.Əzizovun böyük
köməkliklərini xüsusi
qeyd edərək daha böyük nailiyyətlər əldə
etmək üçün
bütün kollektivin
səfərbər olunduğunu
bildirdi.
Uğurlu inkişaf
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi “Azərpoçt”MMC-nin
diqqət və qayğısı sayəsində
poçtamt daha böyük uğurlar əldə etməsi üçün bütün
qüvvələrini səfərbər
edib. Belə ki, poçtamt tərəfindən əhaliyə
göstərilən xidmət
keyfiyyəti xeyli artırılıb. Onlara yeni xidmətlərin təqdim edilməsi üçün əməli
tədbirlər həyata
keçirilir. Bunun səbəbidir ki, əhalidə poçta inam daha da
artıb. Poçtamt tərəfindən bu ilin 4 ayında kommunal xidmət haqları artıqlaması
ilə yığılmışdır.
Kollektiv bu ilin 4 ayı ərzində ümumi tarif gəliri proqnozunu 40900 manata qarşı 44821 manat, yəni 109.5 pullu xidmət proqnozu isə müvafiq olaraq 32020 manata qarşı 44479 manat, yəni 138.9 faiz artıqlaması ilə yerinə yetirilmişdir. F.Əmiraslanov sözünə
davam edərək bildirdi ki, son illər filialın tabeçiliyində olan
Şəhər-12 və Şəhər-2
saylı poçt şöbələri müasir
standartlara cavab verəcək səviyyədə
tikilərək əhalinin
istifadəsinə verilmişdir.
Poçt şöbələri
“Azərpoçt”MMC tərəfindən
yeni kompyuter avadanlıqları ilə təmin edilmişdir. Cəlilabadda olarkən sözügedən poçt
şöbələrində olub xidmət keyfiyyəti ilə maraqlandıq. Poçt şöbəsində sakinlərə
xidmət göstərmək
üçün hər
bir şərait var idi. Söhbətləşdiyimiz
rayon sakinləri poçt
şöbəsinin xidmətindən
razı olduqlarını
bildirdilər.
Son beş
il ərzində Göytəpə şəhər,
Komanlı, Privolnoye, Uzuntəpə, Qarazəncir,
Sabirabad, Alar, Günəşli, Üçtəpə,
Gülməmmədli, Qarakazımlı,
Xənagah və Cəngah kənd poçt şöbələri
tikilərək əhalinin
istifadəsinə verilmişdir.
Hazırda Astanlı poçt şöbəsinin
yeni binasının tikinti-quraşdırma işləri
uğurla davam etdirilir və qısa müddət ərzində əhalinin istifadəsinə verilmişdir.
Dünya Bankı
ilə Azərbaycan Hökuməti arasında imzalanmış “Maliyyə
xidmətlərinin inkişafı”
layihəsinə uyğun
olaraq poçt filialı tərəfindən
kəndlərdə icmal
poçt şöbələri
yaradılmışdır. Bu şöbələr tərəfindən
əhaliyə yüksək
səviyyədə bank xidmətləri
göstərilməsi üçün
əməli tədbirlər
görülmüşdür.
Xidmət keyfiyyəti daha
da artırılır
Poçtamt rəisi
bildirdi ki, şöbələr arasında
aparılmış təhlillər
və onların nəticələrinin müzakirə
olunması onlarda işə olan məsuliyyəti daha da artırmış, poçt şöbələrinin
kollektivləri yüksək
göstəricilərə nail olmuş və bunun nəticəsində göndərişlərin xüsusi
çəkisinin artırılması
ilə yanaşı, çatdırma tezliyini təmin etmiş, əhaliyə xidmət mədəniyyətini genişləndirmişlər.
Belə ki, ötən illərlə müqayisədə poçt
rabitəsi xidmətləri
hər gün artmaqda davam edir. Əhalidən qəbul edilən bağlamaların, banderolların
və məktubların
sayı artmışdır.
Daxili və beynəlxalq pul baratlarının sayı demək olar ki, hər gün
artmaqda davam edir. F.Əmiraslanov daha sonra qeyd
etdi ki, rayon rabitəçiləri rayonda
yerləşən N saylı
hərbi hissənin əsgərlərinə yüksək
səviyyədə bütün
poçt rabitəsi xidmətləri göstərir.
Onlara göndərilən
bağlamalar, moniqramlar
yüksək səviyyədə
olmaqla vaxtlı-vaxtında
sahiblərinə çatdırılır.
Ənənəvi xidmətlərlə
yanaşı, qeyri-ənənəvi
xidmətlər də
genişləndirilir. Hazırda
rayon mərkəzində smart-kart sayğacları quraşdırılması
ilə əlaqədar
Cəlilabad Poçt Filialı ilə rayon Paylayıcı Elektrik Şəbəkəsi arasında
mövcud müqaviləyə
uyğun olaraq filialın mərkəzi və şəhər-1 saylı
poçt şöbələrində
1 işçi yeri icarəyə verməklə
enerji haqlarının
toplanması və kartlara nağd pul vəsaitinin yüklənməsi həyata
keçirilir.
Filialda kadrların
seçilib yerləşdirilməsi,
habelə gənc kadrların maddi-məsul vəzifələrə irəli
çəkilməsinə də
xüsusi diqqət yetirilir və bu tədbir lazımi səmərə
verir.
Qazanılan uğurlarda,
əldə olunan nəticələrdə kollektivin
əməyini xüsusi
vurğulayan F.Əmiraslanov
sonda dedi: ”Daim inkişaf edən Azərbaycan poçtu çiçəklənmə
dövrünü yaşamaqdadır.
İnanırıq ki,
sabahı bu gündən də inkişaflı olacaq. Kollektiv şəkildə rəhbərliyin etimadını
doğruldaraq bundan sonra da öz
vəzifə öhdəliklərimizi
layiqincə yerinə yetirərək əhaliyə
nümunəvi xidmət
göstərəcəyik ”
Soltanov Rəvan
Rabitə dunyası.- 2010.- 4 iyun.- S.4.