Regionlarda İKT sürətlə inkişaf edir

 

Göyçay rabitəsi

 

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bütün bölgələrdə olduğu kimi Göyçayda da həyata keçirilən tədbirlər sayəsində rayonda yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Ölkə prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı M.Məmmədovun rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində Göyçay sözün əsil mənasında özünün inkişaf dövrünü yaşayır. İnkişaf dinamikası rayonun rabitə və informasiya texnologiyaları sektorunda da özünü göstərir. RİTN “Aztelekom” İB və ”Azərpoçt” MMC-nin dəstəyi ilə əhaliyə müasir rabitə xidməti göstərən rabitəçilər rayonda aparılan yenidənqurma işlərinə öz töhfələrini verməkdədirlər. Yaxın günlərdə rabitə şəbəkəsinin ən müasir NGN texnologiyası əsasında tamamilə yenidən qurulması, yeni texnologiyaların poçt rabitəsinə tətbiqi ilə bu inkişaf strategiyası uğurla davam etdiriləcək.

 

İnformasiyakommunikasiya texnologiyaları

 

Göyçay TKQ-nin rəisi İslam Əliyev bizimlə söhbətində bildirdi ki, Göyçay mərkəzi və kənd ATS-lərinin NGN texnologiyası ilə yenidən qurulması məqsədi ilə Sloveniyanın “İskratel” şirkəti ilə müqavilə imzalanmışdır. Rayonda ilk dəfə tətbiq olunacaq müasir rabitə texnologiyaları əhalinin beynəlxalq standartlara cavab verən informasiya-telekommunikasiya xidmətlərindən səmərəli istifadəsinə şərait yaradacaq, abonentlərin beynəlxalq rabitə xəttinə çıxışını tam təmin edəcəkdir.

İ.Əliyev sözlərinə davam edərək bildirdi ki, Göyçay TKQ tərəfindən əhaliyə yüksək keyfiyyətli genişzolaqlı internet xidmətləri göstərilir. Hazırda rayonda internet xidməti təqdim edən iki provayder fəaliyyət göstərir: “DATA Plus” MMC və “Aztelekom.net”.

Adları çəkilən provayderlər tərəfindən 200-dən çox sürətli internet kanalı istifadəyə verilmişdir. Rayonun SU-3 qəsəbəsində yerləşən EATS- olan abunəçilərin sürətli internetlə təmin olunması məqsədilə “DATA Plus” MMC- məxsus avadanlıq qurularaq montaj edilmiş istismara hazırdır.

Rayonun mərkəzi məktəblərində şagirdlərin maariflənməsi məqsədilə mərkəzi ATS- Azərbaycan elm təhsil şəbəkələri assosiasiyasının - Azedunet-in transmissiya avadanlığı quraşdırılmış onun köməyi ilə məktəblərin beynəlxalq internet şəbəkəsinə çıxışı təmin edilmişdir.

Rayonun mərkəzi küçələrindən olan Mehdi Hüseynzadə, Nizami, Heydər Əliyev Əli Kərim küçələrindəki hava rabitə xətləri kabel kanalizasiya quyularına salınmışdır.

Beynəlxalq Bank, rayon polis şöbəsi, tədris mərkəzi, rayon icra hakimiyyəti, ƏSMM, 9 saylı ərazi vergilər idarəsi, “AzNar”şirkəti mərkəzi ATS-ə FO kabeli vasitəsilə qoşulmuşdur.

 

Kənd rabitəsi inkişaf edir

 

Göyçay TKQ-nin həyata keçirdiyi tədbirlər nəticəsində rayonun 7 kəndində Mirzəhüseyinli, Qaraxıdır, Qarayazı, Mallı-Şıxlı, Mırtı, Qaraman, Alxasafa kəndlərində müasir tələblərə uyğun yeni ATS binasının tikilməsi üçün müqavilələr bağlanmış, digər kəndlərin ATS binalarının təmiri işlərinə başlanmışdır.

Həyata keçirilən tədbirlər çərçivəsində Qaraxıdır kəndində günün tələblərinə uyğun yeni EATS binasının tikintisi tam başa çatdırılmış, yeni xətt təsərrüfatının tikintisinə başlanılmışdır.

Aztelekom” İB-nin layihə smeta sənədlərinə uyğun olaraq, Göyçay mərkəzi ATS-nin kənd ATS-lərinin NGN texnologiyası ilə tikintisi məqsədi ilə rayon mərkəzi ATS-dən rayonun Cəyirli, Ləkçıplaq, Qaraman, Mırtı, Şəkər, Qaraxıdır, Qızılağac, Kürdşaban, Məlikkənd, Çaxırlı, Müsgürlü, Yeniarx, Çərəkə, Mallışıxlı, Potu, Ərəbcəbirli, Qarabaqqal, Bığır kəndlərinin fiber-optik xətti ilə birləşməsi üçün işlər başa çatdırılmış, Qarayazı, Alxasafa, İnçə, Alpoud kəndlərinin FO xəttinə qoşulması işlərinə başlanmışdır.

RİTN “Aztelekom” İB-nin dəstəyi ilə Qaraməryəm İnçə kənd ATS-nin tam elektronlaşması işləri başa çatdırılmış xətt şəbəkəsi tamamilə yeniləşdirilmişdir.

Aztelekom” İB-nin rayonda müasir informasiya texnologiyalarının tətbiqi inkişaf etdirilməsi üçün tədbirlər görülmüş, Aztelekom.net şəbəkəsi xidmətinin təbliğatı kartların satışı mütəmadi təmin olunmuşdur.

İ. Əliyev qovşağın bugünkü nailiyyətlərinin əldə olunmasında kadr potensialının əməyini yüksək qiymətləndirərək qovşağın əməksevər kollektivinin biliyi, bacarığı sayəsində bu sahədə daha böyük nailiyyətlərin əldə olunacağını əminliklə bildirdi.

Onlara yaradılan şəraitə görə RİTN “Aztelekom” İB-nin Göyçay Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirən İ.Əliyev daha sonra qeyd etdi ki, Azərbaycanda eləcə Göyçay şəhərində ölkəmizin rifahı naminə qarşılarına qoyulan vəzifələrin bundan sonra da layiqincə yerinə yetirilməsi üçün bütün qüvvələrini səfərbər edəcək, bilik bacarıqlarını əsirgəməyəcəklər.

 

Poçt

 

Poçt sistemi yeni texnologiyalar əsasında modernləşdirilir

 

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının diqqət və qayğısı ilə ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafına paralel olaraq poçt rabitəsi sahəsi də sürətlə inkişaf etməkdədir. “Azərpoçt” MMC-nin 70 poçtamtı sırasında seçilmiş 10 regional poçt filialından biri olan Göyçay Regional Poçtamtı əldə etdiyi nailiyyətlərə görə filiallar sırasında birinciliyə iddialıdır. Regional Poçt Filialı əhaliyə poçt rabitəsi xidmətlərini göstərmək üçün ən geniş şəbəkəyə potensial imkanlara malikdir.

Regional Poçt Filialının rəisi Xələf Məmmədov bizimlə söhbətində bildirdi ki, Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsinbə RİTN “Azərpoçt” MMC-nin köməkliyi ilə qısa zamanda rayonun kənd və şəhər poçt şöbələri kompyuter vasitəsilə on-line şəbəkəsinə qoşulmuşdur. Bu kompyuterlər vasitəsilə pul köçürmələri, teleqramların ötürülməsi, telefon danışıq haqlarının, təbii qaz və elektrik enerji haqlarının yığılması həyata keçirilir.

Regional Poçt Filialının rəisi X.Məmmədov sözlərinə davam edərək bildirdi ki, rayonda poçt rabitəsinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ötən il 3 poçt şöbəsi tikilərək istifadəyə verilmiş, bu il isə 4 yeni poçt şöbəsi binası tikilərək əhalinin istifadəsinə veriləcəkdir.

Kənd poçt şöbələri yeni mebellərlə, kompyuter avadanlıqları ilə təmin edilmişdir . O cümlədən 6 kənd poçt şöbəsi - Qarabaqqal, Qaraməryəm, Ərəbcəbirli, Potu, İnçə, Cəyirli - kompyuter vasitəsi ilə əhaliyə bütün növ poçt xidmətləri göstərir. Əhalinin böyük marağına səbəb olan müasir poçt rabitəsinin genişləndirilməsi perspektivlərini araşdıran müəssisə 50-yə yaxın əsas və əlavə xidmət göstərməyə qadirdir. Güclü kadr potensialına arxalanan X.Məmmədov yaxın vaxtlarda ən böyük uğurlara imza atacaqlarını əminliklə bildirərək Regional Poçt Filialının Azdatakom şəbəkəsinə qoşulmaqla COLVİR, KÖMİS (avtomatlaşdırılmış kütləvi informasiya sistemi) kimi proqramlardan səmərəli istifadə etdiyini dedi.

COLVİR sistemi ilə məktubların, bağlamaların, xəbərnamələrin ştrix kodları qeyd olunur və göndərilən məktub xəbərnamə bağlamaların harada olmasını izləməyə imkan verir. Bu işlərin tətbiq olunması üçün əhalinin bu sistemə böyük ehtiyacı duyulurdu. Bu sistem olmayan vaxtlar əhali arasında poçta inamsızlıq var idi. Hal-hazırda göndərilən məktub, bağlama, xəbərnamə, teleqramlar bu sistem vasitəsi ilə vaxtında yerlərinə çatdırılır və vətəndaşlar bu sistemin işindən çox razıdırlar. O cümlədən COLVİR sistemi ilə respublikanın istənilən ərazisində pul baratlarının göndərilməsi işi sürətlə həyata keçirilir. Belə ki, ən geci 15 dəqiqə müddətində hər bir vətəndaş bu pul köçürmələrindən yararlana bilər. Bu sistemin işindən vətəndaşlar çox razılıq edir.

Rəis onu da bildirdi ki, bu sistemə qoşulduqdan sonra Göyçay Regional Poçt Filialının gəlirləri xeyli artmışdır. Buna səbəb əvvəllər filialın istifadə etdiyi qəbzlərin baha başa gəlməsi olmuşdur. Bu və ya digər tədbirlər nəticəsində Göyçay Regional Poçt Filialının ötən ilin eyni dövrünə nisbətən gəlirləri xeyli artmışdır. Konkret olaraq qeyd edək ki, Azdatakom şəbəkəsinə qoşulmaqla Göyçay Regional Poçt Filialı gəlirlərini 50 % artırmışdır.

Maliyyə xidmətlərinin inkişafı layihəsinə uyğun olaraq “Azərpoçt”MMC-nin nəzdində bank islahatları aparılmış və bütün bölgələrdə olduğu kimi Göyçay Regional Poçt Filialında da bu işlərə geniş miqyasda başlanılmışdır. Mərkəzi xəzinənin daxilində tikinti-quraşdırma işləri aparılmışdır. Bank islahatları aparmaq üçün Göyçay RPF tam hazır vəziyyətə gətirilmişdir.

Rəis onu da bildirdi ki, görülən işlərlə yanaşı plan və tapşırıqların yüksək səviyyədə icrası da diqqət mərkəzində olmuşdur. Belə ki, ötən ilin yanvar-may aylarında tarif gəliri üzrə proqnoz tapşırığı 109,1% icra olunduğu halda bu ilin müvafiq dövründə isə bu 172,0% olmuşdur. O cümlədən poçt rabitəsi xidməti üzrə 2009-cu ilin yanvar-may aylarında 108,7% , 2010-cu ilin müvafiq dövründə 171,2% olmuşdur. Teleqraf rabitəsi üzrə 2009-cu ilin yanvar-may aylarında 3154 manat əvəzinə 2010-cu ilin yanvar-may aylarında 3659 manat, pul baratlarının göndərilməsindən 2009-cu ilin yanvar -may aylarında 5271 manat əvəzinə 2010-cu ilin uyğun dövründə 7344 manat , işıq pulu yığımından 2009-cu ilin yanvar-may aylarında 11684 manat əvəzinə 17721 manat , qaz pulu yığımından 2009-cu ilin yanvar-may aylarında 17557 manat əvəzinə 32783 manat, ŞATD və abunə haqlarının yığımından 2009-cu ilin yanvar-may aylarında 833 əvəzinə 2010-cu ilin yanvar-may aylarında 9075 manat, bağlamaların 2009-cu ilin yanvar-may aylarında 2901 manat əvəzinə 2010-cu ilin yanvar-may aylarında 3166 manat gəlir əldə olunmuşdur. Rəis daha sonra bildirdi ki, Göyçay RPF kommersiya xidmətlərindən xeyli gəlir əldə etmişdir. Belə ki, Sim, Cin, Nar telefon danışıq kartlarının satışından 2009-cu ilin ilk beş ayında 746 manat gəlir əldə olmuşdursa, bu ilin yanvar-may aylarında bu məbləğ 2115 manat olmuşdur.

 

 

Rəvan Soltanov

 

Rabitə dünyası.- 2010.- 18 iyun.- S.7.