Regionlarda İKT sürətlə
inkişaf edir
Şamaxı rabitəsi
İnformasiya və kommunikasiya texnologiyaları
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ümumi koordinasiyası ilə birlik və müəssisələr tərəfindən regionlarda həyata keçirilən yeni-yeni layihələr səmərəli nəticələr verməkdədir. Bu işlərin tərkib hissəsi olaraq regionda ilk NGN texnologiyasının tətbiqi kimi “Elektron Azərbaycan ”Dövlət Proqramının kiçik bir modeli -“Elektron Şamaxı” layihəsinin həyata keçirilməsi gələcək uğurların müjdəçisi oldu.
Şamaxı
TKQ-nın rəisi Faiq Hümbətov bizimlə söhbətində
bildirdi ki, ölkə başçısı
İlham Əliyev cənablarının İKT sahəsinə
göstərdiyi diqqət
və qayğı sayəsində bütün
bölgələrdə olduğu
kimi Şamaxıda da bu sahədə
böyük uğurlar
əldə olunmuşdur.
F.Hümbətov daha sonra bildirdi ki, RİTN “Aztelekom”İB-nin dəstəyi ilə rayonda yaradılmış ən
müasir rabitə şəbəkəsinin daha
da inkişaf etdirilməsi üçün
bütün qüvvələrini
səfərbər ediblər.
Aparılmış gərgin
və məqsədyönlü
işlərin nəticəsində
plan və tapşırıqlar artıqlaması
ilə yerinə yetirilmişdir. Hümbətovun
bildirdiyinə görə,
hazırda Şamaxıda
telefon abunəçilərinin
sayı 12846 nömrədir.
Bunun 11520-si NGN, digərləri
CDMA simsiz , 32 nömrə
peyk rabitə və iki kənddə
qurulmuş KAREL stansiyasının
abunəçiləridir.
NGN texnologiyası
səmərəli nəticələr
verir
F.Hümbətov NGN texnologiyası
haqqında bizə məlumat verərək bildirdi ki, bu
texnologiya istifadəçilərə
İP-TV, video telefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə
21 növ servis xidmətlərindən istifadə
etmək imkanı verir. Bura çıxış zənglərinin məhdudlaşdırılması,
nömrənin bağlanması,
zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə,
cavab olmayanda yönəltmə, məşğulluq
zamanı yönəltmə,
ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı
məşğulluq bitdikdə
hər iki tərəfə zəng göndərilməsi,
3 və 64 nəfərlik
konfrans rabitə, konfrans rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin
gizlədilməsi, ehtiyatda
olan nömrə gizlətmə və s. xidmətlər aiddir. Rayonun rabitə şəbəkəsinin
NGN texnologiyası əsasında
qurulması mükəmməl
rabitə xidməti ilə yanaşı, internetin inkişafına sonsuz imkanlar vermişdir. Belə ki, hazırda rayonda 150 abunəçi genişzolaqlı internet xidmətlərindən istifadə
edir. Bütün kənd stansiyaları mərkəzə optik kabellə birləşdirildiyindən
kəndlərdə belə
Dial-up rejimində internetə giriş imkanları vardır. Şamaxıda stasionar telefon abunəçiləri
arasında “Mənim zəngim” xidməti geniş yayılmışdır.
Aylıq abunə haqqı 1 manat olan bu xidmətdən
hazırda 500-ə yaxın
abunəçi istifadə
edir.
İP TV xidmətindən
istifadə edənlərin
sayı artır
F.Hümbətov bildirdi ki, əhalinin böyük marağına səbəb olan İP TV xidməti üzrə abunəçilərin sayı artmaqdadır. Avadanlığın qurulmasından sonra isə hazırda 20 abunəçi İP TV xidmətindən istifadə edir. Qeyd edək ki, İP kanallar üzərindən televiziyanın və video informasiyanın translyasiyası kabel və peyk teleyayımı ilə müqayisədə bir sıra texniki üstünlüklərə malikdir. Dayanıqlı əks əlaqə abunəçi kanalının mövcudluğu operatorlara əlavə geniş xidmətlərin göstərilməsinə imkan yaradır. Bundan başqa, İP mühitində işləyən abunəçi qurğusu, televizorun ekranına web səhifələr, elektron poçt, video konfrans, bir sözlə, istənilən kontentlərin ötürülməsini və qəbulunu təmin edir.
Video-over-IP operator xidmətlərinin əsas hissəsini IP-multicast çox istifadəçi rejimi ilə işləyən şəbəkədə televiziyanın və radiokanalların translyasiyası təşkil edir. Nəticədə hər bir informasiya kanalı göndəriləcək ünvanda ayrıca qrup şəklində təqdim olunur. IP üzərindən teleyayım baza xidməti dedikdə, yüksək keyfiyyətli təsvirlərin və verilən verilişlərin baxılması üçün naviqasiya imkanlı ictimai televiziya və ticarət teleşirkət kanallarının translyasiyası nəzərdə tutulur. Belə xidmətlərə IP TV, TVoIP və IP-teleyayımı kimi terminləri aid etmək olar. Nvod (Near Video on Demand) xidməti-video və audioinformasiya qabaqcadan cədvəl əsasında təyin edilmiş (“sorğuya görə karusel video” adlandırılan) provayderin serverində saxlanılan IP multicast rejimində ötürülən verilişdir. İstifadəçi təyin edilmiş seanslardan birində digər teletamaşaçılara qoşulur.
IP multicast rejimində qabaqcadan qeyd edilmiş televiziya kontenti, IP-veriliş xidməti “zamanda yeri dəyişdirilmiş veriliş” (Time Shifted TV) adlanır. Bundan başqa, Video-over-IP operator xidmətlərinə, istifadəçiyə müstəqil surətdə kontentə sorğuları tərtib etməyə imkan verən teletekst və teleradio veriliş interaktiv elektron lüğətini də aid etmək olar.
Rayon rabitəsinin ən müasir tələblər səviyyəsində qurulması təhsil sahəsinin kompyuterləşdirilməsini sürətləndirib. Hazırda rayon məktəblərinin genişzolaqlı internetə çıxış imkanlarını əldə etməsi onların daha sürətli şəkildə internet xidmətlərindən istifadə etməsinə şərait yaratmışdır.
Yaxın vaxtlarda rayonda Böyük Xınıslı kəndində yeni NGN texnologiyası əsasında qurulmuş stansiyanın istifadəyə verilməsi gözlənilir. Kəndin daxili xətt şəbəkəsi tikilmiş, istifadə üçün hazır vəziyyətə gətirilmişdir.
F.Hümbətov rəhbərlik
etdiyi qovşağın
kollektivindən razılığını
bildirərək bütün
uğurların əldə
edilməsində onların
böyük rolundan danışdı. Baş mühəndis başda olmaqla bütün texniki heyətin vətəndaşların mənzillərinin
telefonlaşdırılması, onları
narahat edən digər texniki məsələlərin həll
edilməsi, kənd yerlərində əhalinin
digər servis xidmətlərindən istifadəsi
zamanı yaranan problemlərin dərhal yerində həll edildiyini bildirən rəis, bundan sonra da qarşılarına
qoyulan ən böyük işlərin
də həll edilməsi üçün var qüvvələri ilə
çalışacaqlarını bildirdi.
Poçt
Respublikamızda informasiya texnologiyaları, o cümlədən poçt sektorundakı sürətli inkişaf yaxın illərdə bu sahədə daha böyük nəticələrin əldə olunmasını deməyə əsas verir. Sektor üzrə həyata keçirilən yeni layihələrin tətbiqinin mahiyyətidir ki, bu sahədə də böyük canlanma yaranmış, milli poçtumuz bütövlükdə iş metodu və simasını yeniləşdirmişdir. Şamaxıda telekommunikasiya sahəsi ilə yanaşı, poçt rabitəsi sahəsində qazanılan nailiyyətlər yuxarıda dediklərimizi bir daha sübut edir.
Rayonda bu sahədə aparılan islahatlar əldə olunan nəticələr göz qabağındadır. Şamaxı Regional Poçt Filialının rəis əvəzi Habil Əzimov bizimlə söhbətində bildirdi ki, bu vəzifənin icrasına qısa zamanda başlamasına baxmayaraq uzun illərin poçt rabitəsi təcrübəsi onu daha inamlı olaraq irəliyə getməyə çağırır. Bunun nəticəsidir ki, yaxından tanıdığı kollektivin gərgin əməyi sayəsində poçtamt son ayların plan və tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib. Belə ki, ötən ilin dekabr ayı üzrə 7060 manat plana qarşı 13223 manat, cari ilin yanvar ayında 8756 manat əvəzinə 12160 manat, fevral ayında isə 8758 manat əvəzinə 10282 manatlıq plan və tapşırıq yerinə yetirilmişdir. Ümumilikdə isə fərəhləndirici haldır ki, filialın kollektivi ötən ili 81600 manat plana qarşı 83631 manat yerinə yetirərək uğura imza atmışlar. Filialın kollektivi qeyd edilən müvəffəqiyyətlərlə kifayətlənməyərək illik plan və tapşırıqları yüksək nəticələrlə başa vurmaq əzmindədir.
H.Əzimov daha sonra sözlərinə davam edərək bildirdi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt”MMC-nin diqqət və qayğısı sayəsində filial daha böyük uğurlar əldə etməsi üçün bütün qüvvələrini səfərbər edib. Belə ki, poçtamt tərəfindən əhaliyə göstərilən xidmət keyfiyyəti xeyli artırılıb. Yeni xidmətlərin təqdim edilməsi üçün əməli tədbirlər həyata keçirilir. Bunun səbəbidir ki, əhalidə poçta inam daha da artıb. Poçtamt tərəfindən kommunal xidmət haqları artıqlaması ilə yığılır.
Ümumiyyətlə son illərdə Şamaxı RPF-nin uğurları çox olub. Qeyd edək ki, rayon mərkəzində 3, kəndlərdə isə 17 poçt şöbəsi fəaliyyət göstərir. Bütün poçt şöbələrinin yenidən tikilməsi, binaların yeni texnika və mebel dəstləri ilə təmin edilməsi son dövrlərin nəticəsidir. Poçt şöbələrində əhaliyə yüksək səviyyədə xidmətin təşkil olunması, əhaliyə ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi xidmət çeşidlərinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Filialın qarşısına qoyduğu əsas məqsəd plan və tapşırıqların vaxtında və yüksək səviyyədə icrası ilə yanaşı, əhaliyə göstərilən nümunəvi xidmətin keyfiyyətini günü-gündən yüksəltməkdir. Kollektiv bu il də uğurlar estafetini davam etdirəcəyinə əmindir.
Rəvan Soltanov
Rabitə dünyası.- 2010.- 12 mart.- S.5.