Regionlarda İKT sürətlə inkişaf edir
Neftçala rabitəsi
Azərbaycanın rayonları sırasında
özünəməxsusluğu ilə seçilən Neftçalada bu gün bütün sahələrdə sürətli
inkişaf müşahidə
olunur. Möhtərəm Prezidentimiz İlham
Əliyev cənablarının
tapşırıq və
tövsiyələrinə uyğun
olaraq rayonda bütün istiqamətlərdə
aparılan islahatlar, quruculuq öz bəhrəsini vermiş, rayonun abadlığı istiqamətində böyük
işlər görülmüşdür.
Rayon icra hakimiyyətinin
həyata keçirdiyi
bu işlərdə yaxından iştirak edən rayon rabitəçiləri
öhdələrinə düşən
işin layiqincə yerinə yetirilməsi istiqamətində təxirəsalınmaz
tədbirlər həyata
keçirirlər.Bunun nəticəsidir
ki, rayonda bu sahədə də böyük uğurlar əldə edilmişdir. İnformasiya
və kommunikasiya texnologiyaları
Neftçalada informasiya və kommunikasiya texnologiyalarının
inkişafı istiqamətində
çox böyük işlər görülmüşdür. Neftçala
TKQ-nin rəisi Zülfəli Muradov bizimlə söhbətində
bildirdi ki, ötən il
rayon mərkəzi ATS-nin,
kənd və qəsəbələrin tam elektronlaşması
başa çatmışdır.
Mərkəzi stansiya tam rekonstruksiya
olunaraq 2000 nömrə
tutumlu stansiya müasir standartlara cavab verən 4000 nömrə tutumlu elektron stansiya ilə əvəz olunmuşdur. Stansiya əvvəlki
stansiyadan fərqli olaraq müxtəlif servis xidmətləri ilə təmin olunmuş, müasir “İdeya” proqramı ilə təchiz edilmişdir. İstifadəçilərin rahatlığının təmin olunması istiqamətində həyata
keçirilmiş tədbirlər
nəticəsində qovşağın
inzibati binasında əhaliyə hər cür xidmət göstərən müasir
abunə şöbəsi
yaradılmışdır. Bundan başqa, internet istifadəçiləri
üçün internetklub
da yaradılmışdır.
Rayonda hərbi hissədə əsgərlərin öz
yaxınları ilə
telefon əlaqəsi yaratması üçün
GSM tipli taksofon quraşdırılmışdır.
Müasir kənd rabitəsi
RİTN “Aztelekom”İB-nin
dəstəyi ilə aparılmış gərgin
və məqsədyönlü
işlər nəticəsində
rayonun Yeniqışlaq,
Xolqarabucaq, Yuxarı Qaraimanlı, Cəngənə,
Qaçaqkənd, Xəzərkənd,
Müşfiq, Ərəbqardaşbəyli,
Sübhi, Qazaxbərəsi
kəndlərində müxtəlif
tutumlu elektron ATS-lər qurulmuşdur. Rayonun Mirqurbanlı kəndində
Həsənabad qəsəbəsində
yerləşən EATS-dən
çəkilmiş telefonlar
fəaliyyət göstərirdi.
“Aztelekom”İB-nin və icra hakimiyyətinin
köməkliyi ilə
aparılmış işlər
nəticəsində müvafiq
yer ayrılmış
və EATS tikilərək
əhalinin istifadəsinə
verilmişdir.
Rayonun Xolqarabucaq kəndi istiqamətində 70 km məsafədə
yeraltı kabellər ləğv edilmiş, 2 ədəd radioreleyka avadanlığı Qırmızıkənd
vasitəsilə bağlantı
yaradılmış, mərkəzə
çıxış təmin
edilmişdir.
Xolqarabucaq zonasında ümumilikdə
160 cütləşmiş nömrələr
fərdiləşmiş mal-material təmin edilmişdir. Kürqarabucaq kəndində daxili xətt şəbəkəsi
yaradılmış, 110-a yaxın
mənzil telefonlaşdırılmışdır.
Bütün yuxarıda adları
çəkilən kəndlərdə
cari təmir və bərpa işləri aparılmış,
Neftçala-Salyan yolkənarı
hava rabitə xətlərində səliqə-sahman
yaradılmış, çürümüş
dirəklər yenisi ilə əvəz olunmuşdur.
Davamlı nailiyyətlər
Z.Muradov daha sonra bildirdi
ki, qovşaq 2010-cu ilin 1-ci rübündə
2009-cu ilin 1-ci rübünə
nisbətən böyük
nailiyyətlər əldə
etmişdir. Belə ki, 2009-cu ilin 1-ci rübündə 117700 min manat
tarif planına qarşı 112872 manat gəlir əldə edilmişdirsə, 2010-cu ilin
1-ci rübündə bu
rəqəm 121000 min manat
plana qarşı
126174 faktiki gəlir əldə olunmuşdur.
Əhaliyə yüksək
rabitə xidməti göstərən qovşaq
2009-cu ilin 1-ci rübündə
153 ədəd telefon çəkilişinə nail olmuşdusa,
bu ilin uyğun
dövründə bu rəqəm 301 ədədə
çatdırılmışdır. 2010-cu ilin 3 ayı
ərzində internet istifadəçiləri
1136 nəfərə çatdırılmışdır.
Neftçala TKQ-nin kollektivi rayon şəhər, qəsəbə
və kənd telefon rabitəsinin günün tələbləri
səviyyəsinə çatdırılması
üçün bu ilin 1-ci rübündə də əzm nümayiş etdirmişlər. Belə
ki, ilin birinci rübündə rayonda əhaliyə genişzolaqlı internet xidməti
göstərmək üçün
“Data Plus” şirkətinin 48 portluq avadanlığı
quraşdırılmış, bunun da 40 ədədi
əhalinin, idarə və müəssisələrin
ixtiyarına verilmişdir.
Ümumilikdə rüb ərzində
ayrı-ayrı kənd
və qəsəbələrdə
223 ədəd telefon çəkilişi aparılmışdır
ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
120 ədəd çoxdur.
Rüb ərzində həmçinin
Neftçala-Salyan arasında
fiber-optik kabel xəttinin çəkilməsi
istiqamətində işlər
davam etdirilir.
Neftçala TKQ-nin rəisi Zülfəli Muradov sonda RİTN “Aztelekom” İB və rayon icra hakimiyyətinin onlar qarşısında qoyduğu bütün tapşırıqların həyata
keçirilməsi üçün
bundan sonra da var qüvvələri
ilə çalışacaqlarına
söz verdi
və yaradılan şəraitə görə
rəhbərliyə öz
təşəkkürünü bildirdi.
Neftçalada telekommunikasiya və informasiya texnologiyalarının
inkişafı ilə
yanaşı poçt
rabitəsi də sürətlə inkişaf
edir. Prezident İlham Əliyev
cənablarının rəhbərliyi
ilə ölkəmizdə
bütün sahələrdə
aparılan islahatlara paralel olaraq poçt rabitəsi sahəsində həyata keçirilən tədbirlər
Neftçala poçtamtında
da özünü göstərmişdir. Neftçala
Poçt Filialının
rəisi Ceyhun Əkbərov bizimlə söhbətində bildirdi
ki, kollektivin gərgin səyi nəticəsində filial 2009-cu il və
2010-cu ilin I rübündə
böyük uğurlar
əldə etmişdir.
2009-cu il üzrə tarif gəliri proqnozunun 83400 manata qarşı 104520 manat yəni 125,3% yerinə yetirilməsi deyilənlərə
əyani sübutdur.
Tarif gəliri
artır
C.Əkbərov bildirdi ki, RİTN “Azərpoçt”MMC-nin
dəstəyi ilə poçtamt tərəfindən
həyata keçirilmiş
tədbirlər nəticəsində
2010-cu ilin I rübü
üzrə tarif gəliri proqnozu 116,4%, əhaliyə göstərilən rabitə
xidmətlərindən əldə
olunan gəlir 122,8% yerinə yetirilmişdir. Neftçala Poçt Filialı 2010-cu ilin I rübü üzrə
26360 manat proqnoza qarşı 30677 manat gəlir əldə etmişdir ki, bu da ötən
illə müqayisədə
4317 manat çox olmuşdur.
Bundan başqa,
1580 manat əhaliyə
göstərilən rabitə
xidmətləri üzrə
proqnoza qarşı
19421 manat gəlir əldə edilmişdir ki, bu da
ötən ilin müvafiq dövrü ilə müqayisədə
5606 manat artıq olmuşdur. Neftçala Poçt Filialına verilmiş 2010-cu ilin I rübü 29660 manat istismar xərcinə 27404 manat əməl edilmişdir ki, bu da proqnozdan
2256 manat az
olmuşdur.
2010-cu ilin
1 rübü üzrə
poçt şöbələrində
254 ədəd bağlama
qəbul edilmişdir ki, ötən il bu rəqəm 19 ədəd
olmuşdur. Hərbi xidmət göstərən
əsgərlərə isə
129 ədəd bağlama
qəbul edilib yola salınmışdır.
2010-cu ilin
1 rübü ərzində
2001 ədəd sürətli
pul baratı qəbul edilib yola salınmışdır
ki, bu rəqəm
keçən illə
müqayisədə 667 ədəd
çox olmuşdur. Bu da əhalinin
poçta olan inamının get-gedə artdığını göstərir.
Xidmət keyfiyyəti artır
Ümumiyyətlə ötən
illərlə müqayisədə
istər respublikadaxili,
istərsə də beynəlxalq məktub korrespondensiyasının sayının
artımında xeyli dəyişiklik olmuş, əhaliyə poçt nişan satışı,
banderol və qiymətli
məktub kimi ənənəvi poçt
xidmətlərindən əldə
olunan gəlir ötən illə müqayisədə çox
olmuşdur.
Şəhər və rayon mərkəzləri,
həmçinin qəsəbələrdə
mövcud olan poçt qutularının
dislokasiya yerləri dəqiq müəyyənləşdirilmiş,
poçt şöbələri
olmayan ən kiçik kəndlərdə
də poçt qutuları yerləşdirilmişdir.
Qeyd edək
ki, rayon mərkəzində
3 , kəndlərdə
isə 21 poçt şöbəsi fəaliyyət
göstərir. Bunlardan 20-si yeni
tikilmiş və müasir avadanlıqlarla təmin edilmişdir.
Poçt şöbələrində estetik
təmir işləri
görülmüş, poçtun
xidmətlərindən istifadə
edən əhalinin rahatlığı üçün
münbit şərait
yaradılmış, şöbələrdə
insan faktoru ön plana çəkilmişdir.
2010-cu ilin I rübü ərzində əhalidən
elektrik enerji, təbii qaz, su haqlarının qəbulu davam etdirilmişdir.
Sonda poçtamt
rəisi onlara yaradılan şəraitə
görə RİTN “Azərpoçt”MMC-nin
rəhbərliyinə minnətdarlığını
bildirərək kollektivin
səyi ilə bundan sonra da
nailiyyətlər estafetini
davam etdirəcəklərini
dedi.
Soltanov Rəvan
Rabitə dünyası.-
2010.- 14 may.- S.7.