Bakının kənd və qəsəbələrində
müasir rabitə
Xəzər rabitəsi
Ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” nın icrası istiqamətində bütün sahələrdə olduğu kimi rabitə və informasiya texnologiyaları sahəsində davamlı tədbirlər həyata keçirilir. Bunun məsuliyyətini dərindən dərk edən rabitəçilər verilən tapşırıqların ən qısa vaxt ərzində yüksək səviyyədə icrası üçün mütərəqqi addımlar atmaqdadır.
Xəzər Telefon
Qovşağı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin(BTRİB) Bakı şəhərində informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə əhaliyə müasir telefon rabitəsi xidməti ilə yanaşı digər multimedia xidmətləri də təqdim etmək üçün həyata keçirdiyi tədbirlər uğurlu nəticələr verməkdədir. Bu uğurlu layihələr Bakının ən ucqar kənd və qəsəbələrini də əhatə etməklə yeni bir şəbəkənin əsası qoyulmuşdur. BTRİB Xəzər TQ-nin xidmət ərazisini əhatə edən yaşayış məntəqələri də ən yüksək tələblərə cavab verən yeni texnologiyalar əsasında qurulmuş rabitə xidmətləri ilə təmin edilmişdir. Xəzər TQ-nin rəisi Cavid Həsənov bizimlə söhbətində bildirdi ki, BTRİB-in onlara göstərdiyi böyük köməkliklər sayəsində qovşaq xidmət ərazisinə aid kənd və qəsəbələrdə sakinlərin mənzillərinin telefonlaşdırılması, onların tələbatına uyğun rabitə xidmətinin təşkili, müasir internet və multimedia xidmətlərinin təşkili ən yüksək səviyyədə təmin olunmuşdur. Onun sözlərinə görə, həyata keçirilmiş layihələr nəticəsində Türkan, Albalılıq Elektron Avtomat Telefon Stansiyaları (EATS) dəyişdirilərək müasir standartlara cavab verən EATS-lərlə əvəzlənmişdir. Əhalini daha dayanıqlı, daha keyfiyyətli rabitə xidmətləri ilə təmin etmək üçün EATS-454-dən Türkan-Hövsan istiqamətində fiber-optik kabel xətti çəkilərək kənd Qala, stansiya Qala, Türkan, Türkan üzümçülük EATS-ləri optik şəbəkəyə qoşulmuşdur. Bu kənd EATS-lərinin alternativ rabitəsinin təşkili üçün STM-1 avadanlığı quraşdırılmış və istifadəyə verilmişdir.
C.Həsənov bildirdi ki, BTRİB Bakı şəhərində müasir rabitə sistemi ilə yanaşı, genişzolaqlı internet şəbəkəsinin də inkişafını ön planda tutduğu üçün birliyin bu xidmətdən istifadə edənlərin sayının artırılması tələbi qovşaq tərəfindən yüksək səviyyədə icra edilir. Bu sahədə həyata keçirilən təbliğatın nəticəsidir ki, bu gün qovşaq üzrə abunəçilərin genişzolaqlı internet xidmətinə qoşulması üçün optik kabel vasitəsilə DSLAM avadanlıqları quraşdırılmış və Mərdəkan, Hacı Mövlan, ONU-1, Buzovna, Bilgəh,Albalılıq, Binə, Hövsan südçülük, Zirə, Pirallahı, Şağan, Şimal DRES, Türkan, Qala Hərbi hissə, Qala kənd, Qala stansiya EATS-ləri üzrə 3032 port abunəçilərin istifadəsinə verilmişdir.
Qovşağın ərazisində
İAD avadanlığından istifadə etməklə avunəçilərə müasir
multimedia xidmətləri təklif
olunur.Hal-hazırda Şüvəlan
Ticarət Mərkəzində
3 ədəd 32 portluq,
Binə Atçılıq
Klubuna 1 ədəd 8 portluq, Bilgəhdə 1 ədəd 8 portluq, Mərdəkanda 2 ədəd
8 portluq. Şağanda
1 ədəd 4 portluq,
Albalılıqda 1 ədəd
8 portluq İAD avadanlıqları
quraşdırılıb abunəçilərin
istifadəsinə verilmişdir.
Qovşaq tərəfindən
Zirə kəndində,
Pirallahı qəsəbəsində
hava rabitə xətləri texniki normalara gətirilmiş,digər
ərazilərdə uyğun
tədbirlər davam etdirilir.
Nəzərdə tutulan planlardan danışan rəis qeyd etdi ki, Dübəndi
massivində elektron
ATS-in tikilməsi planlaşdırılır
ki, bu da
telefona olan tələbatın ödənilməsi
istiqamətində atılan
növbəti addımdır.
Bundan başqa, sakinlərin daha keyfiyyətli rabitə, yüksək sürətli
internet xidmətləri ilə
təmin olunması istiqamətində aparılan
işlərin tərkib
hissəsi olaraq Zirə-Pirallahı istiqamətində
fiber-optik kabelin çəkilməsi planlaşdırılır.
Qovşaq tərəfindən
telefonların fasiləsiz
işinin təmin olunması daim diqqət mərkəzindədir.
İnsan faktoru daim rəhbər tutulduğundan işçilərlə
abunəçilərin davranışı,
onların problemlərinin
vaxtında icrası təmin edilir.
Qovşağın inzibati binasının həyətində
və binanın qarşısındakı bağda
səliqə-sahman işləri
xüsusi diqqəti cəlb edərək ora gələnlərdə
xoş ovqat yaradır.
C.Həsənov sonda
BTRİB-in rəhbərliyinin onlar qarşısında qoyduğu bütün tapşırıların öhdəsindən
kollektivin səyi ilə gələcəklərini
əminliklə bildirərək
yaradılan şəraitdən
maksimum istifadə edərək kənd və qəsəbələrdə
daha dayanıqlı, daha keyfiyyətli rabitə xidmətləri təqdim etmək üçün bütün
bacarıqlarını əsirgəməyəcəklərini
söylədi.
4 saylı Poçt
Filialı
Bakının kənd və qəsəbələrində informasiya və kommunikasiya texnologiyalarının inkişafına paralel olraq müasir poçt rabitəsinin yaradılması işləri də həyata keçirilmişdir. Xidmət keyfiyyətinin artırılması, əhaliyə ən yeni xidmətlərin təqdimi poçt rabitəsini əhaliyə bir qədər də yaxınlaşdırmışdır. “Azərpoçt” MMC-nin həyata keçirdiyi tədbirlər nəticəsində Xəzər rayonunda da bu istiqamətdə böyük uğurlar əldə edilmişdir. Filialın rəisi Arif Maqsudov bizimlə söhbətində bildirdi ki, müəssisənin 4 saylı Poçt Filialı tərəfindən 1 müştəri xidmətləri, 25 poçt şöbəsi və 5 poçt agentliyi tərəfindən əhaliyə keyfiyyətli poçt rabitəsi xidməti göstərilir. 4 saylı Poçt Filialının rəisi Arif Maqsudovun bildirdiyinə görə filialın 20 poçt şöbəsi və 1 Müştəri Xidmətləri şöbəsi bank və maliyyə xidmətləri göstərilməsi üçün Colvir sisteminə qoşulmuşdur.
Filialın kollektivi
əhaliyə göstərilən
xidmətlərin çeşidini
və keyfiyyətini yüksəltməklə 2010-cu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə tarif gəlirində 123300 manat artıma nail olmuşdur. Belə ki,pul baratlarının qəbulundan
11870 manat, qiymətli məktub, banderol və kiçik paketlərin qəbulundan 380 manat, bağlamaların qəbulundan
3960 manat, telefon abunə haqlarının yığımından 440 manat,
elektrik enerjisi haqlarının yığımından
12340 manat, qazdan istifadə haqlarının
yığımından 22640 manat, sudan istifadə
haqlarının yığımına
görə 380 manat və digər kommersiya xidmətlərindən
71290 manat əlavə
gəlir əldə olunmuşdur ki, bu da gəlirlərin
23,8 faiz artması deməkdir.
Filialın bütün
poçt şöbə
və agentliklərinin
estetik vəziyyəti
günün tələbləri
səviyyəsindədir. Şöbə
və agentliklər kompyuter və digər
avadanlıqlarla təmin olunmuşdur.
Filial üzrə
bank və maliyyə xidmətlərinin göstərilməsinə
başlanılmış, ilkin
olaraq valyuta mübadiləsinin aparılmasına
start verilmişdir. Bu məqsədlə
müştəri xidmətləri
şöbəsində pul
vəsaitlərinin saxlanması
üçün bunker tikilmişdir.
Filialın avtonəqliyyat
vasitələrinin daima
işçi vəziyyətdə
saxlanılması və
onların fasiləsiz
işinin təmin edilməsi “Azərpoçt”
MMC-nin daim diqqət mərkəzindədir
və bu məqsədlə filiala yeni avtomaşınlar da verilmişdir. Poçtamtda nizam-intizam, işçilərin işə
davamiyyəti, onların
əhali ilə davranışı xüsusi
diqqət mərkəzində
saxlanılır, istismar
fəaliyyəti zamanı
yol verilən nöqsanlar minimuma endirilmişdir.
Filialın rəhbəri
Arif Maqsudov Yeni Azərbaycan Partiyasının filial üzrə
sədridir və rəhbərlik etdiyi filialda gənclərin YAP sıralarına keçirilməsi
sahəsində çox
iş görmüşdür.
Hazırda poçtamtda YAP-a üzv olanların
sayı artmaqdadır.
A.Maqsudov sonda əminliklə bildirdi ki, 4 saylı Poçt Filialının əmək kollektivi baş idarə tərəfindən yaradılmış
bütün imkanlardan
maksimum dərəcədə
istifadə edərək
bu ili də
əvvəlki illər
kimi uğurlarla başa vuracaq.
Rəvan Soltanov
Rabitə dünyası.- 2010.- 1 oktyabr.- S.7.