“İnternet-Təhsil-Elm-2010” mövzusunda VII Beynəlxalq elmi-praktiki
konfrans keçirilir
BAKI DÖVLƏT UNİVERSİTETİ DƏ TƏŞKİLATÇILAR
SIRASINDADIR
İnformasiya cəmiyyətinə keçid
dövründə internetin
yaratdığı imkanlar
ilə ölkələr
və kontinentlər arasında bütün sərhədlər aradan qaldırılıb. Bu gün
informasiya texnologiyalarının
müxtəlif problemlərin
həllində rolu böyükdür. Müasir kompyuter
texnologiyaları bəşəriyyət
üçün mühüm
əhəmiyyət kəsb
edən müxtəlif
məsələləri, tapşırıqları
yerinə yetirməklə
getdikcə daha da intellektuallaşır.
Lakin bütün bu proseslərin fonunda insanın kompyuterdən asılılığı da
artır ki, bu da ona
ciddi psixoloji təsirlər göstərir.
28 sentyabr-3 oktyabr
tarixlərdə Ukraynanın
Vinnitsa Milli Texniki Universitetində (VMTU) “İnternet-Təhsil-Elm-2010”
mövzusunda VII Beynəlxalq
elmi-praktiki konfrans keçirilir. VMTU, Bakı
Dövlət Universiteti
və Stefan Çel
Mare Universitetinin (Rumıniya)
birgə təşkilatçılığı
ilə baş tutacaq tədbirin keçirilməsində məqsəd
elm, təhsil sahələrində
informasiya texnologiyaları
və internetin imkanlarından istifadənin
yeni elmi və praktiki nəticələrini müzakirə
etmək, informasiya texnologiyaları və internetin elmi, pedaqoji və psixoloji inkişaf aspektlərini təhlil etmək, təhsil, elm və istehsalat müəssisələrinin əməkdaşlıq
əlaqələrinin möhkəmləndirilməsi,
əldə olunmuş
nailiyyətləri nümayiş
etdirmək, fikir mübadiləsi aparmaqdır.
Tədbirdə informasiya
cəmiyyəti və
internet; İT və internet təhsil prosesi və elmi tədqiqatlarda;
kompyuter elmi və proqram mühəndisliyi istiqamətləri
üzrə istedadlı
gənclərlə iş
metodikası; olimpiadalarda
proqramlaşdırma üzrə
tapşırıqların həlli
alqoritmləri; distant təhsil;
kompyuter qrafikası və veb-dizayn; mobil kompyuter şəbəkələri; intellektual
informasiya texnologiyaları;
geoinformasiya sistemləri;
İT və internet politologiya,
iqtisadiyyat və marketinqdə; kompyuter texnologiyaları və
internet ekologiya və səhiyyədə; İnternet
və nitq texnologiyaları; kiberməkan
psixologiyası; informasiya
və telekommunikasiya sistemlərində informasiyanın
mühafizəsi və
s. mövzularda məruzələr
dinləniləcək, müzakirələr
və fikir mübadiləsi aparılacaq,
bu sahələrdə
mövcud problemlərin
həlli yolları araşdırılacaq.
Qeyd edək
ki, bu il konfrans informasiya və optik-elektron texnologiyaları
dekadası çərçivəsində
“Fotonika-2010” V Beynəlxalq konfransla
paralel olaraq keçiriləcək. 5-8 oktyabr tarixlərdə isə Qurzuf şəhərində “Tibb
və biologiyada lazerlərin tətbiqi” mövzusunda 32-ci Beynəlxalq
konfrans baş tutacaq.
Rabitə dünyası.- 2010.- 1 oktyabr.- S.8.