Regionlarda İKT sürətlə inkişaf edir
Lerik rabitəsi
Son illər Lerikdə bütün sahələrdə
davamlı inkişaf qeydə alınmışdır. Möhtərəm Prezidentimizin tapşırıq
və tövsiyələrinə
uyğun olaraq rayonda bütün sahələr kimi rabitə və informasiya texnologiyaları sahəsi də sürətlə inkişaf
edir. Belə ki, İcra Hakimiyyətinin
dəstəyi, Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
birlik və müəssisələrinin fəaliyyəti
nəticəsidə mütəmadi
olaraq rayon mərkəzi
ilə yanaşı kəndlərdə də müasir elektron ATS-lər və yeni poçt şöbələri tikilərək
əhalinin istifadəsinə
verilir.
İnformasiya və kommunikasiya
texnologiyaları
Lerikdə informasiya və kommunikasiya texnologiyalarının
inkişafı nəzərdə
tutulmuş tədbirlər
planlarına uyğun olaraq uğurla davam edir. Rayonun relyefinin çətin quruluşa malik olması burada bu sahənin istənilən kimi inkişafına mane ola bilməyib.
RİTN “Aztelekom” İB-nin
daim dəstəyini üzərində hiss edən
lerikli rabitəçilərin
onların qarşısında
qoyulan tapşırığın
yüksək səviyyədə
icrası nəticəsində
bu gün Lerikdə telefonlaşdırılmamış
kənd, yaşayış
məntəqəsi yoxdur.
Hətta
iki-üç ailədən
ibarət rayonun əlçatmaz yaylaqlarında
belə rabitə mövcuddur. Peyk rabitəsinin
köməkliyi ilə
bu problem birdəfəlik
həll olunub. Rayonun peyk rabitəsi
ilə telefonlaşmış
olan 5 kəndində (Bırkandul, Davaradibin, Hücü, Conu və Vılıq) 16 nömrəlik mini EATS-lər
istifadəyə verilmişdir.Vaxtilə
telefonlaşdırılması mümkün olmayan radiotelefonla telefonlaşdırılmış
yaşayış məntəqəsi
kimi sırada duran, ancaq özündə
böyük problemləri
yaşadan radiotelefonlar
çoxdan arxivə verilib.
Lerik TKQ-nin rəisi Kamaddin Məstiyev RİTN “Aztelekom”
İB-nin və İcra Hakimiyyətinin onlara göstərdiyi köməklik sayəsində
rayonda informasiya və kommunikasiya texnologiyalarının inkişafı
istiqamətində bütün
imkanların səfərbər
olunduğunu dedi.
Qeyd edək ki, rayon mərkəzi ATS-i tamamilə rekonstruksiya olunaraq sakinlərin istifadəsinə verilmişdir. Köhnə
ATS yerləşən avtozal
otağı yenidən
əsaslı təmir
olunaraq müasir səviyyədə iş otaqları yaradılmışdır.
Rayonda baş verən təbii fəlakət zamanı qısa zaman kəsiyində kəndlərdə
və rayon mərkəzində
abunəçilərin telefonlarının
fasiləsiz işinin təmin edildiyini bildirən qovşaq rəisi hər an bu hadisələrin
təkrarlana biləcəyindən
ehtiyat edərək işlərini daha mükəmməl qurduqlarını
qeyd etdi. O daha sonra bildirdi
ki, tədbirlər planına uyğun olaraq Lerik-Lənkəran magistralı boyunca olan rabitə xətti texniki normalara uyğunlaşdırılıb.
K.Məstiyev rayonda internet istifadəçilərinin
də sayının artdığını bildirdi. Abunəçilər Dail-up-la yanaşı, genişzolaqlı internetdən
də geniş şəkildə istifadə
edirlər. Artıq bu
istiqamətdə də
aparılan işlər
öz bəhrəsini
vermişdir.
Qovşaq rəisi kollektivin qarşıda duran bütün layihələrin
həlli istiqamətində
bütün gücünü
topladığını bildirərək
bundan sonra da leriklilərə ən mükəmməl rabitə xidməti təqdim edəcəklərini
söylədi.
Poçt
Proqnoz və
tapşırıqların icrası
təmin olunur
Lerikdə poçt rabitəsi sahəsində aparılan
islahatlar öz bəhrəsini verir. Bu istiqamətdə
aparılan işlərdən
əldə olunan nailiyyətlərdən danışan
Lerik PF-nin rəisi Baba Tağıyev
Filial tərəfindən bir
mərkəz və 29
kənd poçt şöbəsi tərəfindən
rayonun 162 kəndinin sakinlərinə bütün
poçt xidmətəri
göstərdiklərini bildirdi.
Rəis bildirdi ki, filialın
kollektivi tərəfindən
bu ilin 8 aylıq plan və tapşırığı artıqlaması
ilə yerinə yetirilmişdir.
Ucqar dağ kəndlərinin poçt
şöbələrində bank və maliyyə xidmətlərinin göstərilməsi
günün tələbidir
B.Tağıyev bildirdi ki, hal-hazırda
filialın kollektivi tərəfindən rayon əhalisinə
30-a yaxın xidmət
növü üzrə
poçt rabitəsi xidmətləri göstərilir. Bu gün rayon əhalisinə
poçt şöbələri
vasitəsilə bank və
maliyyə xidmətlərinin
göstərilməsi günün
tələbləri səviyyəsində
durduğu üçün
ilkin mərhələdə
filialın tabeçiliyində
olan 30 poçt şöbəsindən 20-si vasitəsilə
bu xidmətin göstərilməsi planlaşdırılır.
Son illərdə RİTN “Azərpoçt”MMC-nin
dəstəyi ilə milli üslubda tikilmiş və mebel dəstləri ilə təchiz olunmuş Kələxan, Pirasora, Şingədulan, Qsmalyan, Günəşli,
Rvarud, Vistən, Livədirqə, Kirəvud,
Vizəzmin kənd poçt şöbələrinin
maddi-texniki bazası
bank maliyyə xidmətləri
göstərməsi üçün
bütün tələblərə
tam cavab verir. Çyrud poçt şöbəsinin
əsaslı təmir
olunması üçün
sənədlər hazırlanmış
və yaxın günlərdə qeyd olunan poçt şöbəsinin əsaslı
təmirinə başlanılacaqdır.
Bundan başqa bu il ərzində “Azərpoçt”
MMC-nin investisiya fondundan ayrılan vəsaitlər hesabına
Vei və Züvüç kəndlərində
də yeni poçt şöbələrinin
tikintisi həyata keçiriləcək.
B.Tağıyev söhbətinə davam edərək bildirdi ki, filialın kollektivi tərəfindən
filial üzrə tarif
gəlirinin artırılması
üçün daim mənbələr axtarılmaqdadır. Filial üzrə əsas gəlir mənbələrindən
olan ŞATD, abunə,
elektrik enerjisi, qaz, su haqlarının
yığımı daim
nəzarətdə saxlanılır.
Lerik TKQ ilə Lerik PF arasında qurulmuş
normal əməkdaşlığın məntiqi nəticəsi olaraq hər ay ŞATD haqları 97-98 faiz yığılaraq təyinatı
üzrə köçürülür.
Bundan başqa, kommersiya xidmətlərindən, bağlama,
qiymətli banderol, moniqram
qəbulundan əldə
olunan gəlirlərin
artırılması üçün
işlər davam etdirilir. Daxil olan dövri
mətbuatın, poçt
göndərişlərinin nəzarət keçid müddətində itkisiz
olaraq ünvanları üzrə çatdırılması
üçün lazımi
tədbirlər görülür.
Poçt göndərişlərinin qəbulu və çatdırılması zamanı
filialın işçiləri
tərəfindən poçtun
təhlükəsizlik qaydalarına
tam riayət olunduğu
üçün poçt
göndərişlərinin qəbulu və çatdırılması zamanı
heç bir itki və ya
oğurluq hallarına
yol verilməmişdir.
Rəis kollektivdən
çox razılıq
etdi və bütün qazanılan nailiyyətlərdə onların
əvəzsiz zəhməti
olduğunu dedi. O daha sonra əlavə
etdi ki, kollektiv “Müştəri
həmişə haqlıdır”
devizini ön planda tutaraq işlərini bu istiqamətdə qurur. Rabitəçilər tərəfindən nəinki rayonda yaşayan insanlara, eyni zamanda rayona
gələn bütün
qonaqlara yüksək səviyyəli poçt rabitəsi xidməti göstərilir. Məhz
kollektiv tərəfindən
vətəndaşlara göstərilən
yüksək səviyyəli
xidmətlərin məntiqi
nəticəsidir ki, hesabat dövründə göstərilən xidmətlərin
keyfiyyəti ilə əlaqədar vətəndaşlar
tərəfindən istər
Ali Hakimiyyət orqanlarına,
RİTN-ə, “Azərpoçt” MMC-yə, istərsə də Lerik İcra
Hakimiyyətinə və
digər rayon təşkilatlarına
heç bir ərizə, şikayət,
müraciət daxil olmamışdır. Elə Lerikdə
olarkən söhbətləşdiyimiz
sakinlər də onların işindən razılıq etdilər.
Ümumilikdə qeyd etmək olar ki, bu il Lerik PF üçün uğurlu
olmuşdur. Son illərdə
respublikamızda rabitə
sahəsində aparılan
əsaslı islahatlar,
bu sahənin yenidən qurulması, rabitə xidmətlərinin
kəmiyyət və keyfiyyət göstəricilərinin
yüksək həddə
çatması, Bakı
şəhərindən başlamış
ucqar dağ kəndlərinə qədər
geniş diapazonda milli üslubda, müasir tipli yeni poçt şöbələri binaları
tikilərək rabitəçilərin
istifadəsinə verilməsi
filialın kollektivini sevindirməklə bərabər
qarşılarına məsuliyyətli
vəzifələr qoymuşdur.
Filialın kollektivi
bu ilin ikinci
yarımilliyinə böyük
ümidlərlə başlamış,
əhaliyə yüksək
səviyyəli poçt
rabitəsi xidmətləri
göstərməklə “Maliyyə
xidmətlərinin inkişafı”
layihəsinə uyğun
olaraq rayon əhalisinə
bank və maliyyə xidmətlərinin göstərilməsinə
başlanmasını planlaşdırır.
Bu işlərin yerinə yetirilməsi üçün filialın
kollektivinin kifayət qədər gücü vardır.Lerik PF-nin kollektivi 2010-cu ilin qalan dövründə də rayon əhalisinə
nümunəvi poçt
xidmətləri göstərmək
kimi şərəfli
işin öhdəsindən
gəlmək üçün
bütün potensial qüvvələrini səfərbər
edərək qarşıya
qoyulan vəzifələrin
öhdəsindən bundan
sonra da ləyaqətlə gələcəkdir.
Rəvan Soltanov
Rabitə dünyası.-
2010.- 17 sentyabr.- S.10.