Regionlarda İKT sürətlə inkişaf edir Mingəçevir rabitəsi

 

Ölkənin şəhərləri sırasında özünəməxsusluğu ilə seçilən Mingəçevir bu gün yeni siması ilə bura gələnləri valeh edir. Ölkə başçısı İlham Əliyev cənablarının tapşırıq tövsiyələrinə uyğun olaraq bütün respublikamızda olduğu kimi nur şəhərində İcra Hakimiyyəti tərəfindən aparılan sosial-iqtisadi, quruculuq bərpa işləri uğurlu nəticələr vermişdir. Şəhərdə inkişaf edən sahələrdən biri əhalinin geniş şəkildə istifadə etdiyi rabitə informasiya texnologiyaları sahəsidir. Geniş miqyasılı quruculuq işlərində öz töhfələri ilə öndə duran rabitəçilər onlara verilən tapşırıqların öhdəsindən layiqincə gələrək müasir rabitə şəbəkəsi qurmuşlar.

Şəhərdə informasiya texnologiyalarının inkişafını internetklubların sayına görə qiymətləndirmək olar. Demək olar ki, əksər hündürmərtəbəli binaların birinci mərtəbəsində üzərində böyük tanıtım lövhələri vurulmuş internetklubları görmək olar ki, şəhər gəncləri öz asudə vaxtlarını səmərəli keçirmək üçün bunlardan istifadə edir. Onlarla apardığımız söhbətlərdən məlum olur ki, asanlıqla nəhəng dünya internet məkanına qoşula bilən bu gənclər internetin inkişafından razılıq edirlər. Onlar şəbəkənin elektronlaşmasının imkanlarından yararlanaraq evlərindən Dial-up rejimində internetdən istifadə etməyin mümkün olduğunu bildirdilər.

Mingəçevir TKQ-nin rəisi Mustafa Muradov möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının ölkəmizdə informasiya kommunikasiya texnologiyalarının prioritet sahə elan etməsindən sonra hörmətli nazirimiz Əli Abbasovun rəhbərliyi altında rabitəçilərin bu sahədə nəzərdə tutulan Dövlət Proqramların, layihələrin, tapşırıqların ən yüksək səviyyədə icrası istiqamətində böyük həvəslə çalışdıqlarını, Rabitə İnformasiya Texnologiyaları NazirliyiAztelekom” İB-nin köməkliyi ilə şəhərdə informasiya kommunikasiya texnologiyalarının inkişafı istiqamətində daha böyük tədbirlərin həyata keçirildiyini dedi. O aparılan quruculuq yenidənqurma işlərindən danışarkən hər bir mingəçevirlinin böyük tələbatla qarşıladığı internetin inkişafının xüsusi diqqət mərkəzində olduğunu bildirdi. Rəis şəhərdə internetklubların genişzolaqlı internet şəbəkəsinə qoşulduğunu bildirərək ayrı-ayrı abunəçilərin bu xidmətdən istifadə etdiyini qeyd etdi. M.Muradov bununla yanaşı bu xidmətin daha da genişləndirilməsi üçün bütün internet provayderlərinə bərabər şərait yaradıldığını dedi. O daha sonra qeyd etdi ki, yaradılmış bərabər şərait nəticəsində Aztelekom.net-in 88 kanalından 85-i, Data Plus-un 240 kanalından 195-i, AvirTel-in 48 kanalından 43-ü qoşulmuşdur. Hal-hazırda qovşaq üzrə qoşulmuş ADSL portlarının sayı 323 ədəddir.

Rəis bildirdi ki, «Elektron Azərbaycan» Dövlət proqramının icra olunmasını təmin etmək üçün Mingəçevir rabitəçiləri Dövlət İnzibati İcra Orqanlarını, müəssisə təşkilaitlarını operativ rabitə ilə təmin etmək məqsədilə şəhər ərazisində 5km-dən çox FO markalı kabel çəkmiş, müvafiq avadanlıqların quraşdırılmasını təmin etmişdir ki, bu da istifadəçilərin yüksək sürətli tezlik kanallarından istifadə etməsinə şərait yaratmışdır.

RİTN Təsil Nazirliyi arasında bağlanmış müqaviləyə uyğun olaraq şəhərin təhsil müəssisələrinə, məktəblərə pulsuz internet xidməti göstərilməsi məqsədilə qovşağın stansiyalarında avadanlıqlar quraşdırılmışdır.

 

Müasir telefon rabitəsi

 

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması ilə bütün respublikamızda olduğu kimim Mingəçevirdə müasir telekommunikasiya şəbəkəsinin qurulması həyata keçirilmişdir. M.Muradov bildirdi ki, qovşağın yeni inkişaf dövrünün başlaması ilə özündə ən yeni texnologiyaları birləşdirən şəbəkənin qurulması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi kimi şəhərin DRES qəsəbəsində əhalinin tələbatı nəzərə alınmaqla 3072 nömrəlik EATS-in tutumunun əlavə olaraq 1024 nömrə, Günəşli yaşayış massivində tutumu 512 nömrə olan EATS-in əlavə oplaraq 256 nömrə artırılması planlaşdırılır.

Yeni texnologiyaların imkanlarından maksimum yararlanan qovşaq tərəvəzçilik sovxozunda, vaqon evlərdə, bağ massivində, Günəşli massivində şəhərin telefonlaşdırılması çətin olan ərazilərində əhalinin telefona olan tələbatını təmin etmək məqsədilə CDMA tipli simsiz rabitədən səmərəli şəkildə istifadə etmişdir. Eyni zamanda bu xidmətdən şəhərin ayrı-ayrı yerlərində kommersiya qurumları, ayrı-ayrı fiziki şəxslər tərəfindən istifadə edilməsinin nəticəsidir ki, 1000 nömrə tutumlu CDMA stansiyasının artıq 800 nömrəsindən çoxu istifadədədir.

Rəis bildirdi ki, yeni texnologiyaların tətbiqindən yararlanan rabitəçilər əhalinin kompakt yaşadığı ərazilərdə, xətt qurğuları şəbəkəsinin olmadığı massivlərdə əhalinin rabitəyə olan tələbatını ödəmək məqsədi ilə FSM konsentrator tipli sıxlaşma avadanlıqlarından istifadə edərək, 300-ə yaxın abonentin rabitəyə olan tələbatının ödənilməsini təmin etmişlər. Qovşaq üzrə 21480 nömrədən 20900 ədədi istifadədədir. Ən təqdirəlayiq hal odur ki, hər 100 ailədən 95-i telefondan istifadə edir. Maraqlı layihələrdən biri odur ki, qovşağın vəsaiti hesabına şəhərin müxtəlif ərazilərində müasir tələblərə cavab verən abunə şöbələri açılmışdır ki, bu da vətəndaşların rabitə xidmətlərindən istifadə haqlarının qısa vaxt ərzində operativ ödənilməsini təmin etmişdir.

M.Muradov kollektivin əməyini çox yüksək dəyərləndirdi. O, kollektivin səyi ilə RİTN “Aztelekom” İB-nin şəhər İcra Hakimiyyətinin onlar qarşısında qoyduğu tapşırıqların tam vaxtında olmaqla yüksək səviyyədə yerinə yetirəcəklərini əminliklə bildirdi. Şəhər sakinləri adından RİTN “Aztelekom” İB-nin rəhbərliyinə təşəkkürünü bildirən rəis daha böyük nailiyyətlər əldə etmək üçün bundan sonra da var qüvvələrini səfərbər edəcəklərini qeyd etdi.

Mingəçevirdə telekommunikasiya informasiya texnologiyaları sahəsi ilə yanaşı poçt rabitəsi sahəsi sürətlə inkişaf etməkdədir. Mingəçevir Poçtamtının kollektivi əhaliyə göstərilən xidmətlərin günün tələbləri səviyyəsində qurulması, xidmət çeşidinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir.Yeni texnologiyaların poçt rabitəsinə tətbiqi ilə bütün Respublikamızda olduğu kimi Mingəçevirdə müasir poçt rabitəsi qurulmasına şərait yaranmışdır. Əvvəllər poçt rabitəsi sahəsində mövcud olan geriliklər çatışmazlıqların aradan qaldırılması üçün aparılan tədbirlər nəticəsində bu sahədə dəyişikliklər yaradılmışdır. Mingəçevir Poçt Filialının rəisi Ramil Oruclu bizimlə söhbətində bildirdi ki, RİTN “Azərpoçt” MMC-nin şəhər İcra Hakimiyyətinin dəstəyi ilə bu sahədə nailiyyətlər əldə etmək üçün bütün qüvvələr səfərbər olunub. Mingəçevir PF tabeçiliyində fəaliyyət göstərən 11 poçt şöbəsindən, bir agentlikdən ibarətdir. Onlaradan 8 poçt şöbəsi yeni tikilmiş binalarda fəaliyyət göstərir. Üç poçt şöbəsi isə, yəni 4,6 9 saylı poçt şöbələri çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərirlər. Sözügedən poçt şöbələrindən 4 6 saylı poçt şöbələri üçün yeni binalarının tikintisinə İcra Hakimiyyəti tərəfindən torpaq sahəsi ayrılmış texniki şərtlər alınmışdır. R.Oruclu daha sonra bildirdi ki, poçtamtın kollektivinin gərgin məqsədyönlü fəaliyyəti nəticəsində filial plan tapşırıqları artıqlaması ilə yerinə yetirmişdir.

Əhaliyə nümunəvi xidmət göstərmək xidmət keyfiyyətini artırmaq üçün Mingəçevir Poçt Filialının kollektivi əhalinin poçt göndərişlərinin vaxtında itkisiz ünvanlarına çatdırılması üçün lazım olan bütün imkanlardan istifadə edirlər. Əhaliyə daha mükəmməl xidmət göstərilməsi, onlar üçün gərəkli olan əlavə xidmətlərin yradılması üçün işlər aparılır. Bütün poçt şöbələrində müştərilərə beynəlxalq şəhərlərarası danışıq xidməti göstərilir.

Filial rəisi bildirdi ki, RİTN “Azərpoçt” MMC-nin rəhbərliyi altında Mingəçevir PF tərəfindən vətəndaşların poçt rabitəsinə daha da yaxınlaşdırılması üçün onlarla görüşlər keçirilir problemləri ilə maraqlanırlar. Onun sözlərinə görə poçt rabitəsinə son illər olan xüsusi qayğı sayəsində şöbələrdə vətəndaşlara hər cür xidmət göstərmək üçün şərait yaranmışdır. Bütün poçt şöbələri kompyuterlərlə təmin olunarsa bu sahədə daha çox gəlir götürmək olar.

Filial rəisi bütün bu diqqət qayğıya görə şəhər sakinləri adından RİTN “Azərpoçt” MMC-nin şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirərək tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsi üçün səfərbər olacaqlarını qeyd etdi.

 

 

Soltanov Rəvan

 

Rabitə dünyası.- 2010.- 3 sentyabr.- S.10.