Azərbaycan iqtisadiyyatı:
2008-ci ilin əsas hadisələri və tendensiyaları
Azərbaycanda 2008-ci il ərzində
inflyasiya rekord səviyyəyə çatıb.
Eyni zamanda, oktyabrda inflyasiyanın tempi kəskin azalıb. Nəticədə,
əgər yanvar-sentyabr
ayları ərzində
inflyasiya (ötən ilin müvafiq dövrünə nisbətən)
21,3% təşkil etmişdirsə,
yanvar-oktyabr üzrə
21,6%, yanvar-noyabr ayları
üzrə isə
21,4%-ə bərabər
olub;
SƏNAYE VƏ
ENERGETİKA
Fevral
Ağcabədi
rayonuna təbii qaz verilib;
Azərbaycan
prezidenti Bakıda Neft Muzeyinin yaradılması haqqında sərəncam
imzalayıb;
ABŞ-ın
«Kellog Brown & Root» şirkəti Transxəzər layihəsi
üzrə tenderin qalibi elan olunub;
Mart
Gəncə
polad kompleksinin və «Det-Al» alüminium zavodunun təməl
qoyma mərasimi keçirilib;
Aprel
Azərbaycanın
hərbi sənayesi ilə bağlı ilk məlumatlar
açıqlanıb. Hökumətin iclasında nazir Yavər
Camalov hərbi sənayenin son durumu barədə prezidentə
hesabat verərək Azərbaycanın ilk hərbi məhsulların
istehsalına başlandığını bildirib;
Füzuli
rayonunda su elektrik stansiyasının inşasına
başlanılıb;
Beyləqan
və Füzuli rayonlarına qaz verilib;
May
Azərbaycanın
Gürcüstanda aldığı Kulevi neft terminalının
açılış mərasimi keçirilib;
ARDNŞ,
Azərbaycan İnvestisiya Şirkəti və Koreyanın «STX
Shipbuilding Co.» şirkəti arasında gəmi tikintisi və təmiri
zavodunun inşası haqqında memorandum imzalanıb;
İyun
ARDNŞ
ilə Fransanın «Total E&P Activities Petrolieres» şirkəti
arasında «Xəzər dənizinin Azərbaycan sektorunda
«Abşeron» dəniz blokunun kəşfiyyatı, işlənməsi
və hasilatın Pay Bölgüsü haqqında Sazişin əsas
kommersiya prinsipləri və müddəaları haqqında
Saziş» imzalanıb;
Bakıda
XV Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi keçirilib;
Azərbaycan
Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi ilk hərbi
texnikaların təqdimatını keçirib;
İyul
Naxçıvanda
yeraltı qaz anbarının inşası ilə bağlı
işlərə başlanılıb;
Nazirlər
Kabinetinin qərarı ilə müdafiə təyinatlı məmulatların
yaradılması və istehsalı məqsədilə Azərbaycana
idxal olunan texnologiyalar ƏDV və gömrük rüsumundan
azad edilib;
Avqust
Xəzər
dənizinin Azərbaycan sektorunda «Ümid» strukturunda mühəndis-geoloji
işlər başa çatdırılıb;
Gürcüstanla
Rusiya arasında baş verən münaqişə nəticəsində
Azərbaycan neftin ixracından 1 mlrd. ABŞ dolları məbləğində
gəlir əldə edə bilməyib;
Sentyabr
Bakıda
«Azərbaycan və Türkmənistanın neft və qaz
potensialı: energetika, iqtisadiyyat, ekologiya. Əməkdaşlığın
strategiyası» Beynəlxalq Konfransı keçirilib;
Azərbaycan
Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin
milli sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli»
(AÇC) yataqlar blokunda istismar olunan «Mərkəzi Azəri» və
«Qərbi Azəri» hasilat platformalarında detektorlar vasitəsi
ilə qaz sızması nəticəsində hər iki
platformanın fəaliyyəti dayandırılıb;
Oktyabr
«Qərbi
Azəri» hasilat platformasının fəaliyyəti bərpa
olunub, «Mərkəzi Azəri» platformasının fəaliyyətinin
isə gələn ilin yanvar ayında bərpa olunacağı
gözlənilir;
Bakı-Supsa
boru kəməri ilə neftin nəqlini bərpa edilib;
Neft
Muzeyinin dizayn-layihəsi üzrə müsabiqə
komissiyasının yekun iclası keçirilib. Türkiyənin
TOCA şirkətinin layihəsi müsabiqənin qalibi elan
olunub;
Noyabr
Bakı-Tiflis-Ceyhan
əsas ixrac kəməri ilə Qazaxıstan neftinin nəqlinə
başlanılıb. İlin sonuna kimi bu boru kəməri ilə
300 min tona yaxın Qazaxıstan neftinin nəql olunması nəzərdə
tutulur;
ARDNŞ-la
Gürcüstan Energetika Nazirliyi arasında
Gürcüstanın qaz təchizatı ilə bağlı
Memorandum imzalanıb;
Bakıda
IV Enerji Sammiti keçirilib. Sammitdə Türkiyə prezidenti
Abdullah Gül, Litva prezidenti Valdas Adamkus, Ukrayna prezidenti Viktor
Yuşşenko, Gürcüstan prezidenti Mixail Saakaşvili,
Polşa prezidenti Lex Kaçinski, Bolqarıstanın
vitse-prezidenti Angel Marin, Macarıstanın baş naziri Ferents
Dyurçan və Estoniyanın baş naziri Andrus Ansipi
iştirak ediblər;
Bakıda
Qazaxıstanın «KazMunayQaz» Milli Şirkəti ilə
ARDNŞ arasında Transxəzər layihəsinin
reallaşdırılmasının əsas prinsipləri
haqqında saziş imzalanıb;
Dekabr
300
MVt gücündə Səngəçal Elektrik Stansiyası
istifadəyə verilib;
Azərbaycan
OPEC-in toplantısında müşahidəçi qismində
iştirak edib və qiymətlərin tənzimlənməsi məqsədi
ilə neft hasilatını azalda biləcəyini bildirib;
ARDNŞ
Gürcüstanda 29 qazpaylayıcı məntəqəsini idarəetməyə
götürüb;
MALİYYƏ SEKTORU
Mart
AMB məzənnə
siyasətində bivalyuta (USD/EUR) səbət mexanizmini tətbiq
edib;
Aprel
AMB
uçot dərəcəsini 13%-dən 14%-dək
artırıb;
May
Dünya
Bankı (DB) Azərbaycanda «Milli su təchizatı və
kanalizasiya xidmətləri» layihəsi üzrə daha 260 mln.
dollar ayırıb;
İyun
Azərbaycan
Milli Bankı uçot dərəcəsini 14%-dən 15%-ə
yüksəldib;
DB-nın
Direktorlar Şurası «Abşeron yarımadasında neftlə
çirklənmiş ərazilərin təmizlənməsi
Layihəsi»ni təsdiqləyib ki, həmin layihənin
icrasına DB Fövqəladə Hallar Nazirliyinə radioaktiv
tullantıların təmizlənməsi üçün 74
mln. ABŞ dolları, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinə (ARDNŞ) 1 000 hektar ərazinin təmizlənməsi
və avadanlıqların alınmasına 60 mln. dollar və məişət
tullantıların idarə edilməsi sahəsində
yardıma 29,5 mln. dollar ayıracaq;
Avqust
AMB məcburi
ehtiyat normasını 10%-dən 12%-ə çatdırıb və
xarici öhdəliklərə görə 5%-lik məcburi
ehtiyat norması müəyyən edib;
DB və
Beynəlxalq Maliyyə Korporasiyasının
hazırladığı «Doing Business-2009» hesabatında
(biznesin təşkili üzrə qiymətləndirmə) Azərbaycan
96-cı yerdən 33-cü yerə yüksələrək ən
islahatçı ölkə adını qazanıb;
Beynəlxalq
Maliyyə Korporasiyası ilə Azərbaycan arasında «Biznes
mühitinin təkmilləşdirilməsi Layihəsi» üzrə
Anlaşma Memorandumu imzalanıb;
(Ardı səh.10-da)
Sentyabr
DB Azərbaycan
hökumətinə «Azərbaycanın təhsil sektorunun
inkişafı» Kredit Proqramının II mərhələsinin
icrası üçün 25 mln. dollar məbləğində
kredit ayırıb;
Oktyabr
AMB
dünya maliyyə böhranı ilə əlaqədar
pul-kredit siyasətini yumşaltmağa başlayıb və ilk
olaraq uçot dərəcəsini 12%-ə, məcburi ehtiyat
normasını 12%-dən 9%-ə, xarici öhdəliklər
üzrə isə 5%-dən sıfıra endirib;
«Azərenerji»
və Asiya İnkişaf Bankı (AİB) yeni əməkdaşlıq
planını razılaşdırıb. Əməkdaşlıq
2009-cu ildən başlayaraq 3-5 ili əhatə edəcək ki,
bura «Elektrik enerjisinin ötürülməsi sisteminin
yaxşılaşdırılması Layihəsi» də daxildir;
Bakıda
AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq
Proqramı (CAREC) üzrə VII Nazirlər Konfransı
keçirilib ki, həmin tədbirdə AİB-in prezidenti
Xaruxiko Kuroda da iştirak edib;
AMB
uçot dərəcəsini 10%-dək, məcburi ehtiyat
normasını isə 9%-dən 6%-dək azaldıb; kommersiya
banklarında likvidlik problemləri ilə əlaqədar AMB
«UniBank»a 50 mln. manat həcmində kredit ayırıb;
Dekabr
AİB ilə Azərbaycan hökuməti arasında Gəncə
Dairəvi Avtomobil Yolunun tikintisi üçün əlavə
vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb.
AİB-in Direktorlar Şurası layihənin icrası
üçün 55,4 mln. dolların ayrılmasını təsdiqləyib;
AİB-in Direktorlar Şurası «Elektrik enerjisinin
ötürülməsi sisteminin
yaxşılaşdırılması Layihəsi»
üçün 160 mln. dollar məbləğində kreditin
ayrılmasını təsdiqləyib;
Azərbaycanla Dünya Bankı arasında «Azərbaycanda
magistral avtomobil yollarının yenidən qurulması - II»
layihəsi üzrə 300 mln. dollar məbləğində əlavə
vəsaitin ayrılmasına dair kredit sazişi imzalanıb;
AMB uçot dərəcəsini 8%-ə endirib;
VERGİ-GÖMRÜK
SİSTEMİ
Yanvar
Yanvarın 1-dən Azərbaycanda sahibkarlıq subyektlərinin
dövlət qeydiyyatı sahəsində «bir pəncərə»
sisteminin tətbiqinə başlanılıb;
Aprel
Azərbaycan Rusiyadan İranın Buşəhr Atom
Elektrik Stansiyası üçün göndərilən
yükləri sərhəddən buraxmayıb;
Noyabr
Milli Məclis ölkədə «Kənd təsərrüfatı
məhsulları istehsalçılarına müddətli vergi
güzəştlərinin verilməsi haqqında» qanunun
qüvvədə olma müddətinin daha 5 il uzadılması
barədə qərar qəbul edib;
Dekabr
Bakıda Mərkəzi Gömrük Hospitalı istifadəyə
verilib;
Azərbaycan Dövlət Gömrük Komitəsində
dövlət sərhədlərinin gömrük keçid məntəqələrində
«bir pəncərə» sisteminin layihəsinin təqdimatı
keçirilib;
BANK SEKTORU
Fevral
AMB tərəfindən minimal məcmu kapitalın yetərliliyi
ilə bağlı aparılan qiymətləndirmədən
keçməyən 9 kommersiya bankının əmanət cəlb
etməsinə qadağa qoyulub;
Türkiyənin «Citibank Anonim Şirkəti»nin Azərbaycandakı
nümayəndəliyinin açılmasına icazə verilib;
Almaniya «Commerzbank»ının Bakı nümayəndəliyinin
açılmasına icazə verilib;
İyul
Dövlətə məxsus «Kapital Bank»ın nizamnamə
kapitalında dövlət payının özəlləşdirilməsi
başa çatıb. Bankın yeni səhmdarları rolunda
«AtaHolding» Şirkətlər Qrupu (30%), «Paşa Holding» (30%),
«Xalq Sığorta» (15%), «Azərsun Holding» (10%), fiziki şəxslər
(10%), bankın əmək kollektivi (5%) çıxış
edir;
«Atlant Bank» və «Poçtbank»ın lisenziyaları ləğv
edilib;
Avqust
«Naxçıvanbank» Səhmdar Kommersiya Bankına
lisenziya verilib;
Dekabr
«AzFinans Bank» Səhmdar Kommersiya Bankına lisenziya
verilib;
AMB ölkədə fəaliyyət göstərən
üç kredit ittifaqının lisenziyasını ləğv
edib;
SIĞORTA
SEKTORU
«Sığorta fəaliyyəti haqqında» qanun
qüvvəyə minib;
Aprel
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti
Şöbəsi tərəfindən «Kavkaz Sığorta» və
«Azərqarant» sığorta şirkətlərinə müddətsiz
lisenziya verilib;
İyul
Maliyyə Nazirliyi və Azərbaycan
Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı
ilə Bakıda I Azərbaycan Beynəlxalq Sığorta Forumu
keçirilib;
«Qala Sığorta» şirkətinə müddətsiz
lisenziya verilib;
Avqust
«Star Alliance», «Günay Anadolu», «Azərbaycan
İnsurance Broking» və «Aon Azəri Sığorta və Təkrarsığorta
Broker Şirkəti»nə müddətsiz lisenziya verilib;
Sentyabr
«Abşeron» sığorta şirkətinin fəaliyyətində
çoxsaylı qanun pozuntuları və nöqsanlar
aşkarlandığına görə şirkətin
lisenziyası dayandırılıb;
Noyabr
«MBASK» və «Əmrah Sığorta» şirkətinə
müddətsiz lisenziya verilib;
NƏQLİYYAT
SEKTORU
Yanvar
Azərbaycanla AİB arasında Şimal-Cənub
Avtomobil yolunun Masallı-Astara hissəsinin yenidən
qurulması üzrə kredit sazişləri imzalanıb;
Mart
Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin həyata
keçirilməsi üzrə Dövlət
Komissiyasının iclası və Koordinasiya
Şurasının III toplantısı keçirilib;
Aprel
Bakıda Avropa İttifaqı-Azərbaycan Enerji, Nəqliyyat
və Ətraf mühit üzrə Alt Komitənin iclası
keçirilib;
Bakıda II Xəzər Neft-Qaz Ticarət-Nəqliyyat
Konfransı keçirilib;
May
Azərbaycan Nəqliyyat Nazirliyi ilə Koreyanın
«Pyunghwa Engineering Consultants» şirkəti arasında
Şamaxı-Quba avtomobil yolunun tikintisinin həyata
keçirilməsinə dair Anlaşma Memorandumu imzalanıb;
Koreyanın «SK C & C Co.» şirkəti ilə
Bakı şəhərində Nəqliyyatın Hərəkətinin
Səmərəli İdarə Olunması Sisteminin
yaradılması haqqında Satınalma Müqaviləsi
imzalanıb;
Koreyanın «Daewoo» şirkəti ilə Azərbaycana
daha 300 avtobusun göndərilməsinə dair yeni saziş
imzalanıb;
(Ardı səh.11-də)
İyun
Fransanın «BNP Paribas» bankı ilə Bakı-Rusiya
dövlət sərhədi avtomobil yolunun yenidən
qurulmasına dair kredit sazişi imzalanıb;
İyul
Azərbaycan dəmir yolunun Bakı-Böyük Kəsik
hissəsində sürətin artırılması layihəsi
üzrə işlərə start verilib;
Bakı-Tiflis-Qars dəmir yolunun Türkiyə hissəsinin
təməl qoyma mərasimi keçirilib;
Avqust
Bakı-Rusiya dövlət sərhədi avtomobil yolunun
Sumqayıta qədər hissəsinin açılış mərasimi
keçirilib;
Sentyabr
Bakı-Tiflis-Qars dəmir yolu layihəsi çərçivəsində
Marabda-Kartsaxi hissəsinin (Türkiyə sərhədinə qədər)
tikintisi, təmiri işlərinin həyata keçirilməsi
üzrə Koordinasiya Şurasının IV iclası
keçirilib;
Zaqatala hava limanı istismara verilib;
Bakıda Heydər Əliyev və Ziya Bünyadov
prospektlərinin kəsişməsində inşa olunan yeni yol
qovşağının birinci hissəsi istifadəyə
verilib;
Oktyabr
«Bakı şəhərində Nəqliyyat Əməliyyatlarının
İntellektual İdarə Edilməsi Sistemi»nin təqdimat mərasimi
keçirilib və işlərə başlanılıb;
Lənkəran hava limanı istifadəyə verilib;
Dekabr
Bakıda TRACECA-nın yubiley sammiti keçirilib;
Heydər Əliyev, Xətai və Babək prospektlərinin
kəsişməsində tikilən körpü-tunel kompleksi
tam şəkildə istifadəyə verilib;
Paytaxtda Heydər Əliyev Beynəlxalq Hava Limanı - Əzizbəyov
dairəsi avtomobil yolunun açılışı olub;
RABİTƏ
Fevral
Azərbaycanın ən iri mobil rabitə operatoru
(«Azercell Telecom») 180 mln. dollara satılıb. «Azercell»dəki
dövlətə məxsus 35,7%-lik payı Türkiyənin
«Azertell Telekommunikasyon Yatırım Dış Ticaret A.Ş.»
şirkəti alıb;
Noyabr
Azərbaycan prezidenti kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə
çıxarılması haqqında sərəncam
imzalayıb;
SAHİBKARLIQ
Fevral
Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və
Azərbaycanda tikiləcək yeni sement zavodunun əsas səhmdarı
olan İsveçrənin «Holcim» şirkəti arasında
AİŞ-in bu layihədə 10%-lik iştirak payı
almasına dair müqavilə imzalanıb;
İyun
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına
(ÜTT) üzv olması prosesinə dair Oman və Birləşmiş
Ərəb Əmirlikləri ilə ikitərəfli protokol
imzalayıb;
AİŞ və İslam İnkişafı
Korporasiyası (İİK) Xəzər Beynəlxalq
İnvestisiya Şirkətini təsis edib. Xəzər Beynəlxalq
İnvestisiya Şirkətində AİŞ-in iştirak
payı 25%, İİK-nin payı isə 75%-dir. Müştərək
investisiya şirkətinin nizamnamə kapitalının yekun həcmi
iki il ərzində 70 mln. dollara çatdırılacaq;
Oktyabr
Qara Dəniz Ticarət və İnkişaf Bankı
(QDTİB) Direktorlar Şurasının qərarı ilə Azərbaycanın
QDTİB-dəki payı 2%-dən 5%-dək
artırılıb;
Azərbaycanın iqtisadi inkişaf naziri vəzifəsində
işdən azad olunan Heydər Babayevi vergilər nazirinin
müavini Şahin Mustafayev əvəzləyib;
AQRAR SEKTOR
2008-ci ildə Azərbaycanda taxıl istehsalı ilk dəfə
olaraq rekord həddə 2,4 mln. tona çatıb;
İlin əvvəlində taxılın və unun qiymətində
artım baş versə də, sentyabrdan etibarən
ucuzlaşma başlayıb. Oktyabr ayında şəkər
tozunun qiymətində də ucuzlaşma baş verib;
May
Rusiyanın «Baltika Pivə Şirkəti» Azərbaycanın
ən iri pivə istehsalçısı olan «Baku-Castel»in səhmlərinin
100%-i, «Bakı Pivə» ASC-nin səhmlərinin 92%-ni alıb;
İyun
«Ekoloji təmiz kənd təsərrüfatı»
haqqında qanun qüvvəyə minib;
Avqust
Azərbaycan prezidenti «Kənd təsərrüfatı
məhsulları istehsalçılarının toxum, gübrə
və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi barədə» sərəncam
imzalayıb;
«2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı» təsdiq edilib;
BİRjA
Əgər 2007-ci ilin əvvəlində (yanvarın
7-də) dünya bazarlarında neftin 1 barelinin qiyməti 95,2
dollar təşkil etmişdirsə, artıq dekabrın 29-da
illik minimuma çatıb - 37,71 dollar. Beləliklə, il ərzində
neft 2,53 dəfə ucuzlaşıb. Bu il neftin qiymətinin
maksimal həddi iyul ayında - 147 dollar səviyyəsində
qeydə alınıb;
Neftin ucuzlaşması fonunda qızılın
bahalaşması müşahidə oşlunur. Belə ki,
yanvarın 7-də qızılın Azərbaycanda rəsmi məzənnəsi
1 unsiyaya görə 722,73 manat (855 dollar), hazırda 669,80 manat
(836,7 dollar) təşkil edir. Lakin, il ərzində
qızılın 7,3% ucuzlaşmasına baxmayaraq, rəsmi məzənnənin
maksimal həddi martın 18-də 847,47 manat (1 011,3 dollar),
minimal həddi isə noyabrın 14-də 577,46 manat (713,5
dollar) səviyyəsində müşahidə olunub. Yəni,
son 1,5 ay ərzində qızılın məzənnəsi təxminən
123 dollar bahalaşıb;
Yanvarın 7-də ABŞ dollarının məzənnəsi
0,8453 manat olduğu halda, hazırda illik minimuma - 0,8005 manata
çatıb. Beləliklə, il ərzində dolların
manata qarşı ucuzlaşması 5,3% təşkil edib.
Dolların məzənnəsinin maksimumu yanvarın 27-də
(0,8455 manat) qeydə alınıb;
Yanvarın 7-də avronun məzənnəsi 1,2448 manat
olduğu halda, bu gün 1,1329 manata düşüb. Beləliklə,
il ərzində avronun ucuzlaşması 9% təşkil edib.
Eyni zamanda nəzərə alınmalıdır ki, avronun bu il
ərzində maksimal məzənnəsi martın 30-da (1,3240
manat), minimal həddi isə noyabrın 13-də (1,0093 manat)
müşahidə olunub.
Rabitə
dünyası.- 2009.- 13 fevral.- S.8-11