Rövşən Məmmədov:
2008-ci ildə Naxçıvanın
İKT sektorunda mühüm
nailiyyətlər əldə
olunub
Son illər Naxçıvan Muxtar Respublikada İKT sektorunun davamlı inkişafı gələcəkdə
də bu istiqamətdə işlərin
uğurlu nəticələrindən
xəbər verir. Bu baxımdan
2008-ci il Naxçıvanın İKT sektoru
üçün uğurlu
il olmuşdur. Müsahibimiz
Naxçıvan MR-nın
rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədovdur.
Ötən il
tikintisi başa çatdırılan Naxçıvan-Sədərək
fiberoptik magistralı üzərində yerləşən 7
avtomat telefon stansiyası optik arabağlantı ilə təmin
edilmişdir. Culfa-Ordubad optik magistral xəttinin tikintisi
başa çatdırılmış, 6 avtomat telefon
stansiyası fiberoptik magistrala qoşulmuşdur. Ötən
ilin 11 ayında muxtar respublika üzrə 3 min 578 ədəd
telefon çəkilişi olmuşdur. Poçt və rabitə
xidmətlərinin həcmi 2007-ci ilin müvafiq dövrünə
nisbətən 46% artaraq 21 milyon manat təşkil etmişdir. Bu
dövrdə ümumi xidmətlərin 81%-i qeyri-dövlət
rabitə müəssisələrinin payına
düşmüşdür.
- Rövşən
müəllim, son illər Naxçıvan Muxtar Respublikasında
bütün sahələrdə sürətli inkişafın
şahidi oluruq. Ümumi inkişafla bağlı fikirlərinizi
bilmək maraqlı olardı?-Bu gün Azərbaycan
Respublikası ümummilli lider Heydər Əliyevin müəyyən
etdiyi yolla sürətlə inkişaf edir. Naxçıvan
Muxtar Respublikasında da bu irs muxtar respublika Ali Məclisinin Sədri
cənab Vasif Talıbov tərəfindən qətiyyətlə
davam etdirilir. Naxçıvanda həyata keçirilən
möhtəşəm quruculuq işlərinə ölkə
başçısı möhtərəm İlham Əliyev cənabları
aşağıdakı kimi qiymət vermişdir:
“Naxçıvanın uğurlu inkişafı məni
xüsusi ilə sevindirir. Muxtar respublikanın
abadlaşması, yeni-yeni binaların tikilməsi, iş yerlərinin
açılması Naxçıvanı möhkəmləndirir.
Naxçıvanın yaşaması üçün
bütün infrastruktur layihələr həyata keçirilir.
Mən çox şadam ki, Naxçıvanda və MR-nın
bütün rayonlarında uğurlu inkişaf gedir”. Əgər
beş il bundan əvvəl azərbaycanlı seçici
ümummilli lider Heydər Əliyevin yolunun davam etdirilməsi
üçün hazırkı ölkə
başçısına səs vermişdisə, 2008-ci ilin
oktyabrında çox böyük inam və yəqinliklə
İlham Əliyev cənablarına səs vermişdir. Ötən
beş il ərzində Azərbaycanda, o cümlədən onun
ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasında sənaye, kənd təsərrüfatı,
tikinti, nəqliyyat, rabitə, energetika və digər sahələrdə
mühüm nailiyyətlər əldə edilmişdir. Uğurlu
neft strategiyasından istifadə etməklə qeyri-neft
sektorunun inkişaf etdirilməsi, elmə, təhsilə
göstərilən dövlət qayğısı ölkəmizin
gələcək inkişafının əsasını təşkil
edir. Artıq bir neçə ildir ki, Azərbaycan ümumi
daxili məhsulun artım tempinə görə dünya ölkələri
içərisində ön sırada yer almışdır. Elə
Naxçıvan Muxtar Respublikasında ÜDM istehsalı
2007-ci illə müqayisədə 29% artaraq, 696 milyon manata
çatmışdır. Naxçıvanda ilk dəfə
olaraq adambaşına düşən ÜDM istehsalı iki
min ABŞ dollarını keçərək iki min yüz səksən
səkkiz ABŞ dolları təşkil etmişdir. 2004-2008-ci
illər üçün “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” Naxçıvanda uğurla başa
çatdırılmışdır. Bir çox göstəricilərə
görə Naxçıvan iqtisadi rayonu lider mövqeyini
qoruyub saxlamışdır.
- Muxtar
Respublikanın rabitə və informasiya - kommunikasiya
texnologiyaları sektorunda ötən il nə ilə yadda
qaldı?- Son illər muxtar respublikada rabitə və informasiya
texnologiyaları sahəsində əhəmiyyətli inkişafa
nail olunub. Ötən il tikintisi başa çatdırılan
Naxçıvan-Sədərək fiberoptik magistralı üzərində
yerləşən 7 avtomat telefon stansiyası optik
arabağlantı ilə təmin edilmişdir. Culfa-Ordubad optik
magistral xəttinin tikintisi başa
çatdırılmış, 6 avtomat telefon stansiyası
fiberoptik magistrala qoşulmuşdur. Ötən ilin 11 ayında
muxtar respublika üzrə 3 min 578 ədəd telefon çəkilişi
olmuşdur. Poçt və rabitə xidmətlərinin həcmi
2007-ci ilin müvafiq dövrünə nisbətən 46% artaraq
21 milyon manat təşkil etmişdir. Bu dövrdə ümumi
xidmətlərin 81%-i qeyri-dövlət rabitə müəssisələrinin
payına düşmüşdür. Naxçıvan Muxtar
Respublikası Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi üzrə 4 milyon manatdan artıq rabitə xidməti
göstərilmişdir ki, bu da 2007-ci ilin müvafiq
dövründə göstərilən xidmətlə
müqayisədə 29% çoxdur. Əldə edilən
uğurlar muxtar respublika rəhbərliyi tərəfindən
sahəmizə göstərilən diqqət və
qayğının nəticəsində mümkün
olmuşdur. 2008-ci ilin iyul ayının 1-dən etibarən
işçilərimizin əmək haqlarının 50%-dək
artırılması, informasiya- kommunikasiya texnologiyaları sahəsi
işçilərinin peşə bayramı münasibəti
ilə bir qrup əməkdaşımızın ölkəmizin
yüksək fəxri adları ilə təltif edilməsi bizi
daha əzmlə işləməyə ruhlandırır. Bütün
bunlar ölkə başçısı və muxtar respublika rəhbərliyinin
rabitəçilərin əməyinə verdiyi ən yüksək
qiymətdir. Fürsətdən istifadə edib sahəmizə
göstərdiyi himayəyə görə, Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli
Vasif Talıbov cənablarına bütün əməkdaşlarımız
adından dərin ehtiramımızı və minnətdarlığımızı
bildiririk. 2005-2008-ci illər üçün Azərbaycan
Respublikasında informasiya - kommunikasiya texnologiyalarının
inkişafı üzrə Dövlət Proqramının icra
müddəti başa çatmışdır. Müəyyən
səbəblərdən bəzi istisnalar nəzərə
alınmaqla muxtar respublikaya aid dövlət proqramında
müəyyən edilən vəzifələr həllini
tapmışdır. Artıq 2009-2013-cü illər
üçün informasiya-kommunikasiya texnologiyaları üzrə
dövlət proqramının muxtar respublikaya aid hissəsinin
layihəsi hazırlanaraq baxılmaq üçün aidiyyatı
üzrə təqdim edilmişdir. Ümumilikdə 2008-ci il
uğurlu olmuşdur. Belə ki, 2008-ci ildə tarif gəliri əlavə
dəyər vergisi ilə birlikdə 5 160 610 manat yerinə
yetirilmiş, plan 104.3 % icra olunmuşdur. Bu isə keçən
illə müqayisədə 1 118 082 manat çoxdur. İl ərzində
419 min manat xalis mənfəət əldə edilmişdir ki,
bu da keçən ilin müvafiq dövründəkindən 92
min manat çoxdur. Hesabat ilində mövcud avtomat telefon
stansiyaların nömrə tutumlarının
artırılması və CDMA simsiz rabitə şəbəkəsinin
əhatə dairəsinin genişləndirilməsi nəticəsində
ümumilikdə 3912 ədəd yeni telefon nömrəsi
istismara verilmişdir. Bundan 2528 ədədi simli, 1407 ədədi
isə simsiz şəbəkənin payına düşür.
Yeni nömrələrin istifadəyə verilməsi və
telefon xətlərinin yenidənqurma işləri
üçün 63.2 km yeraltı rabitə xətləri
tikilmiş, ümumilikdə 157 km müxtəlif tutumlu kabellər
işlədilmişdir. Yeni rabitə obyektlərinin istifadəyə
verilməsi nəticəsində 12 yeni iş yeri
açılmışdır. Ümumilikdə 2008-ci il ərzində
Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi tərəfindən sahəyə 1 918
075 manat dəyərində investisiya qoyuluşu həyata
keçirilmişdir.
- Şəhər
mərkəzi ilə rayonlar arasında “rəqəmsal fərqi”
aradan qaldırmaq üçün hansı işlər
görülmüşdür?- Babək rayonunun Didivar, Şərur
rayonunun Düdəngə və Ələkli kənd avtomat
telefon stansiyalarına artım üçün hər birinə
224 nömrəlik əlavə avadanlıq alınmış,
ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi
münasibəti ilə Ordubad rayonunun Şəhriyar qəsəbəsində
və Şahbuz rayonunun Qarababa kəndində 400 nömrə
tutumlu 2 ədəd avtomat telefon stansiyası istifadəyə
verilmişdir. Ötən ilin sentyabr ayında Babək rayonunun
Qaraçuq və Zeynəddin kəndlərinin hər birində
bir ədəd 400 nömrəlik avtomat telefon stansiyası
quraşdırılıb istifadəyə verilmişdir. Bundan əlavə
Karel tipli stansiyalar üçün əlavə abunə
palataları və ehtiyat hissələri
alınmışdır. Ötən il tikintisi başa
çatdırılan Naxçıvan-Sədərək optik
magistralı üzərində yerləşən Kəngərli
rayonunun Xok, Böyükdüz, Qıvraq, Qarabağlar, Şərur
rayonunun Şərur, Ələkli, Danyeri, İbadulla, Babək
rayonunun Güznüt kənd avtomat telefon stansiyaları optik
arabağlantı ilə təmin edilmişdir. Muxtar respublika ərazisində
avtomat telefon stansiyaların fasiləsiz işini təmin etmək
məqsədilə 234 ədəd akkumulyator alınmış,
yeni istifadəyə verilən avtomat telefon stansiyaları
generator, stabilizator və gərginlik relesi ilə təmin
edilmişlər. Böyükdüz-Kərki kəndləri
arası 24 nömrəli PSM avadanlığı
quraşdırılmış, 20 nömrəlik yerüstü
rabitə xətti ləğv edilmişdir. NTV, Kanal-35
televiziyası, Naxçıvan və Naxçıvanın Səsi
radiolarının studiyalardan Duzdağ radio televiziya verici
stansiyasına ötürülməsi optik avadanlıqlar vasitəsi
ilə təmin edilmişdir. 44 km uzunluğunda Culfa-Ordubad
arası yeraltı optik magistral xəttinin tikintisi başa
çatdırılmış, Ordubad, Dəstə, Şəhriyar,
Düylün, Aza, Culfa rayonunun Yaycı və Dizə avtomat
telefon stansiyaları fiberoptik magistrala qoşulmuşdur. “550”
prefiksli sorğu xidməti yaradılmış, “Naxtel” abunə
və danışıq haqlarının bankomatlar vasitəsi
ilə ödənilməsi üçün işlər
başa çatdırılmışdır. Qeyd edim ki,
Naxçıvan şəhərində və rayon mərkəzlərində
telefon abunə və danışıq pullarının
toplanması tamamilə avtomatlaşdırılmışdır.
Muxtar Respublikanın rayonlarına poçtun dəmir yolu nəqliyyatı
ilə daşınması təmin edilmişdir. Naxçıvan
şəhərində 6 nömrəli poçt bölməsi,
Babək rayonunun Qaraçuq kənd poçt bölməsi əsaslı
təmir olunub istifadəyə verilmişdir. 13 kənd 2 qəsəbə
mərkəzinin tikintisi ilə əlaqədar həmin ərazilərində
rabitə xətlərinin yenidən qurulması işləri həyata
keçirilmiş, ATS-lər yeni binaya
köçürülmüş, poçt bölmələri
yeni avadanlıqlarla təchiz edilmişdir. Bundan başqa,
Naxçıvanın Bakı ilə daha keyfiyyətli əlaqəsini
təmin etmək üçün Naxçıvan şəhərindəki
mərkəzi danışıq məntəqəsi ilə
Bakı şəhəri arasında videotelefon rabitəsi
istifadəyə verilmişdir.
-
Naxçıvanda İnternetin inkişafı istiqamətində
hansı tədbirlər həyata keçirilmişdir?- İlk
öncə qeyd edim ki, Muxtar Respublikaya daxil olan internet
kanalının sürəti 8 Mbit/s
çatdırılmış, Şərur şəhərində
genişzolaqlı internet üçün Dslam
avadanlığı istifadəyə verilmişdir. Naxtel”-in əhatə
dairəsində simsiz internet xidməti istifadəyə
verilmişdir. İl ərzində 10000 ədəd internet
kartı, 31000 ədəd şəhərlərarası
danışıq kartı satışa
buraxılmışdır.
- Ötən
il Muxtar Respublika İKT ilə bağlı keçirilən
bir neçə tədbirlərə ev sahibliyi etmişdir.
- Bəli, əvvəlki
illərdə olduğu kimi bu il də Naxçıvanda
İKT ilə bağlı önəmli tədbirlər
keçirilmişdir. 20-21 iyun 2008-ci il tarixdə
Naxçıvan Dövlət Universitetində keçirilən
“Elektron Naxçıvan” konfransının canlı video
bağlantıları və digər texniki məsələləri
təmin edilmişdir. Naxçıvan Dövlət Universiteti
ilə birlikdə 15 dekabr 2008-ci il tarixdə “İnformasiya
texnologiyaları və zaman” mövzusunda elmi-praktik konfrans
keçirilmiş, mühəndislərimiz universitetin müəllim
və tələbələri qarşısında elmi təqdimatlar
əsasında məruzələr etmişlər. Həmçinin
Nazirliyin əməkdaşları il ərzində xaricdə
keçirilən beynəlxalq tədbirlərdə və
treninq kurslarında da iştirak etmişdir.
- Son olaraq nə demək istərdiniz?
- 2008-ci ildə əldə olunmuş nailiyyətlərdə
əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Və hər kəsi
bu ilin mart ayında keçiriləcək
referendumda bir nəfər kimi iştirak etməyə, konstitusiyamıza ediləcək
əlavə və dəyişiklikləri dəstəkləməyə,
eləcə də ölkəmizin inkişafına
yönəlmiş maddələrinin
qəbul edilməsinə
səs verməyə dəvət edirəm.
Məmmədov Rövşən
Rabitə dünyası.- 2009 .-13 fevral .- S.18.