Əli Abbasov: “Ölkənin iqtisadi inkişafı İKT sahəsində həyata keçirilən tədbirlərin intensivliyini zəruri edir”

 

2007-ci ildə Azərbaycanda İKT bazarının həcmi 900 milyon ABŞ dollarından artıq olmuş, 2008-ci ildə isə 990,5 milyon manat (1,2 milyard ABŞ dolları) təşkil etmişdir. Artıq Azərbaycan şirkətləri həm regionun İKT bazarında, həm də qlobal bazarda iştirak edirlər. Eyni zamanda, ölkəmizin coğrafi mövqeyi imkan yaradır ki, Azərbaycan region üçün istehsal və ixrac, informasiya resursları və tranziti mərkəzi kimi formalaşa bilsin.

- Cənab nazir, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılmasından 5 il ötür. Ötən 5 ili necə xarakterizə edərdiniz?

- Bu gün Azərbaycanda ulu öndərimiz Heydər Əliyevin uğurlu neft strategiyasının bəhrəsi bütün sahələrdə olduğu kimi informasiya-kommunikasiya texnologiyaları sahəsində də özünü göstərməkdədir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına əsaslı sürətdə beş il öncə başlanılmış və bu inkişafın nəticəsi olaraq, son illər bu sahədə artım tempi təqribən 10-12 faiz olmaqla, ümumdünya iqtisadi artım tempini təqribən iki dəfə qabaqlayır. İndi əsas məqsəd Azərbaycanın təbii sərvətlərə əsaslanan iqtisadi sektorunu yüksək texnoloji tutumlu iqtisadi sektora transformasiya etməkdədir, yəni neftdən istifadə edərək ölkənin gələcək davamlı və dayanıqlı iqtisadiyyatını qurmaqdır.

Prezident İlham Əliyev tərəfindən müstəqil Azərbaycan dövlətinin sürətli və davamlı inkişafı üçün iri miqyaslı işlər, dövlət proqramları və islahatlar həyata keçirilib. Təsadüfi deyil ki, qloballaşan dünyanın ən müasir informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi bu siyasi kursda prioritet məsələlərdəndir. Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir.

Son 5 ildə Azərbaycanda İKT və poçt sahəsində orta artım 32,1% təşkil etmişdir. İKT Azərbaycanda enerji sənayesindən sonra ən dinamik inkişaf tempinə malik olan sahədir və qeyri-neft sektorunda tikinti sahəsindən sonra ikinci vergi ödəyicisidir. Qeyd edim ki, 2007-ci ildə Azərbaycanda İKT bazarının həcmi 900 milyon ABŞ dollarından artıq olmuş, 2008-ci ildə isə 990,5 milyon manat (1,2 milyard ABŞ dolları) təşkil etmişdir. Artıq Azərbaycan şirkətləri həm regionun İKT bazarında, həm də qlobal bazarda iştirak edirlər. Eyni zamanda, ölkəmizin coğrafi mövqeyi imkan yaradır ki, Azərbaycan region üçün istehsal və ixrac, informasiya resursları və tranziti mərkəzi kimi formalaşa bilsin.

Əvvəlki illərdə olduğu kimi, 2008-ci ildə də sahə üzrə yüksək artım əldə olunmuş və bu artım 28,3% təşkil etmişdir. Ötən ilin ən başlıca nəticəsi ölkəmizdə bütün yaşayış məntəqələrinin telefonlaşdırılmasına nail olmağımızdır. Bu, MDB ölkələri arasında ilk göstəricidir. Bunun üçün adi rabitə vasitələri ilə yanaşı, simsiz və peyk rabitə texnologiyaları tətbiq edilmiş və hətta ən ucqar coğrafi məntəqələrə də telefon xidməti çatdırılmışdır. 544 ucqar yaşayış məntəqəsindən 136-da simsiz, 318-də isə peyk rabitə avadanlıqları quraşdırılmışdır.

Ümumilikdə, ölkəmizdə telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, ən yeni texnologiyaların tətbiqi üzrə ciddi işlər görülməkdədir.

2003-2008-ci illər ərzində 987 846 nömrə tutumlu yeni ATS-lər istifadəyə verilərək ümumiistifadəli sabit telefon şəbəkəsinin tutumu 1505 841 nömrəyə çatdırılmışdır. Respublika telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 2009-cu ilin əvvəlində 83,1%, o cümlədən Bakı şəhərində 85,5%, respublikanın digər bölgələrində isə 80,7% təşkil etmişdir. Artıq respublikanın 23 şəhər və rayonunun, o cümlədən bütövlükdə Naxçıvan Muxtar Respublikasının telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılmışdır. 2003-2008-ci illər ərzində sabit şəbəkə telefonlarından istifadə edən abunəçilərin sayı 394 862 nəfər artaraq 1 318 662 nəfərə, mobil şəbəkə abunəçilərinin sayı 4 842 900 nəfər artaraq 5 900 000 nəfərə çatdırılmışdır. Hər 100 nəfər əhaliyə düşən mobil abunəçilərin sayı 68-ə yüksəlmişdir. Bu illər ərzində hər 100 ailəyə düşən sabit şəbəkə telefonlarının sayı 49,0 ədəddən 65,8 ədədə qədər artırılmışdır. Ölkə daxilində rabitənin keyfiyyətinin artırılması məqsədilə 2004-2008-ci illərdə 1243 km uzunluğunda fiber-optik kabel magistralları və xətləri tikilərək istifadəyə verilmiş, TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa qoşulan telekommunikasiya qovşaqlarının sayı 33-dən 50-yə çatdırılmışdır.

Sevindirici haldır ki, yeni xidmətlər poçt sahəsində də öz yerini tapmaqdadır. Bildiyiniz kimi, poçt ən qədim rabitə növüdür, lakin kompyuterləşdirmə, İnternetin və mobil rabitənin inkişafı, elektron məktubların geniş istifadəsi vətəndaşlar arasındakı əlaqələrdə məktublaşmanın, yəni əsas poçt xidmətinin azalmasına səbəb olmuşdur. Hazırda məktub göndərmək əvəzinə videoəlaqə, elektron məktub göndərmək və ya birbaşa danışıq üsullarından istifadəyə daha çox üstünlük verilir. Bu isə poçt sektorunun gəlirlərinin azalmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi 2005-ci ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında poçt sahəsində “Maliyyə xidmətlərinin inkişafı” layihəsinin icrasına başlanılmışdır. Bu layihə sayəsində poçt şöbələrinin bank-maliyyə xidmətləri göstərməsini təmin etmək üçün vahid kompyuter şəbəkəsinin yaradılması, pul köçürmələrinə sərf olunan xərclərin azalması, regionlarda sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması təmin ediləcəkdir. Nəticədə poçt müəssisələri keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatacaq, poçt şəbəkəsinin iqtisadi durumu yaxşılaşacaq və rəqabətə davamlılığı artacaqdır. Milli Məclisin keçən il “Poçt rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununa etdiyi düzəlişlər və əlavələr buna hüquqi şərait yaradır.

2008-ci ilin yekunlarına görə, əhalinin hər 100 nəfərinə düşən internet istifadəçilərinin sayı 37,0-ə bərabər olmuşdur ki, bu da 2005-ci illə müqayisədə 4,6 dəfə çoxdur. Ölkədaxili internet şəbəkəsinin qlobal internet şəbəkəsinə qoşulma sürəti 2004-cü ildə 240 Mb/saniyə təşkil etdiyi halda, 2008-ci ildə 8 Gb/saniyəyə çatdırılmışdır. Bunun sayəsində mütəmadi olaraq qiymətlərin azalması baş vermiş, respublikamızdan beynəlxalq internet şəbəkəsinə informasiya ixracının həcmi 25 dəfə, idxalının həcmi isə 17 dəfə artmışdır.

Bütün bu qeyd olunanlara baxmayaraq, hələ istədiyimiz məqsədlərə tam nail olmamışıq və bu istiqamətdə çalışırıq. Ölkənin telefon şəbəkəsinin tam elektronlaşdırılması, “100 ailə-100 telefon” nəticəsinə nail olunması, simsiz texnologiyaların əhatə dairəsinin genişləndirilməsi və yeni texnologiyaların tətbiqi, İnternetdən istifadənin genişləndirilməsi qarşıda duran vəzifələrimizdir.

- “Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün I Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılmışdır. Bəs, 2009-20012-ci illəri əhatə edən II Dövlət Proqramı özündə nələri ehtiva edir?

- İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün I Dövlət Proqramı”na əsasən həyata keçirilir. Dövlət Proqramı Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş və ölkəmizdə informasiya cəmiyyətinə keçidi təmin edəcək Milli Strategiyanın icrasına yönəlmişdir. Milli Strategiyanın həyata keçirilməsi mərhələlərlə aparılır və bu baxımdan, qəbul edilmiş Dövlət Proqramında 2005-2008-ci illəri əhatə edən ilk mərhələ üzrə tapşırıqlar nəzərdə tutulmuşdur. Ümumi olaraq “Elektron Azərbaycan” adlandırılmış bu Dövlət Proqramı İKT sahəsinin inkişafı, onun müxtəlif sahələrdə tətbiqi, təşkilati-iqtisadi, elmi-texniki məsələlərin həlli üzrə çoxsaylı tədbirləri nəzərdə tutmuşdur. Keçən müddət ərzində Dövlət Proqramının icrası həyata keçirilmiş və qarşıya qoyulan məsələlər ümumən həll edilmişdir.

Artıq Dövlət Proqramının 2009-2012-ci illəri əhatə edən növbəti mərhələsi üçün sənədin layihəsi hazırlanmışdır. Bildiyiniz kimi, informasiya cəmiyyəti quruculuğu ölkənin bütün sahələrini əhatə edən bir prosesdir. Bu məqsədlə indiki proqramda müxtəlif sahələr üzrə İKT-nin tətbiqi, onların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı layihələrə üstünlük verilmişdir. Proqram müxtəlif qurumlardan alınmış təkliflər əsasında və əvvəlki mərhələnin nəticələri, cəmiyyətin tələbatı, dünya təcrübəsi, həmçinin ölkəmizin sosial-iqtisadi inkişafı qiymətləndirilməklə formalaşdırılmışdır. Dövlət Proqramı sahələrarası xarakter daşıyır və ümumən cəmiyyətin inkişafına xidmət edir. Bu proqramda “E-hökumət həlləri”, “e-hökumətin formalaşdırılması” məsələsi mühüm yer tutur.

- “Elektron Hökumət”in formalaşdırılması ilə bağlı nə deyə bilərsiniz?

- Ümumən “Elektron hökumət”in formalaşdırılması geniş şaxəli və mərhələli prosesdir. “Elektron hökumət” dövlət orqanlarının öz aralarında və vətəndaşlar, biznes qurumları ilə əlaqələrinin İKT-nin tətbiqi ilə həyata keçirilməsi mexanizmidir. Aydındır ki, həm dövlət orqanlarının öz fəaliyyətlərində İKT-dən istifadəni, həmçinin vətəndaşlar və biznes dairələri yaranmış yeni imkanlardan istifadə edirlər. Hətta beynəlxalq təcrübədə elektron hökumətin formalaşdırılmasını 5 mərhələyə bölürlər. Dünya ölkələrinin təcrübəsi onu göstərir ki, hələlik 5-ci mərhələyə çatmış ölkələr ümumən azdır və əksəriyyəti əsasən 3-4-cü mərhələdədir. Məlumat üçün bildirim ki, BMT-nin 2008-ci il üçün “Elektron hökumət üzrə hesabatı”nda Azərbaycan 182 ölkə arasında 89-cu yerdə olmuşdur.

Elektron hökumətin formalaşdırılması ölkəmizdə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, onların şəffaflığının təmin edilməsi və bürokratiyanın azaldılmasına xidmət edir. Artıq bu istiqamətdə bir çox layihələr həyata keçirilmişdir. Vergilər Nazirliyi tərəfindən sahibkarlıq subyektlərinin hüquqi qeydiyyatının təşkili, gömrük sistemində və sosial müdafiə sahəsində informasiya sistemlərinin yaradılması, əhalinin reyestrinin, daşınmaz və daşınan əmlakın reyestrlərinin, torpaq kadastrının və digər layihələr buna misaldır. Bunun sayəsində dövlət orqanları artıq elektron xidmətlərin göstərilməsinə başlamışlar. Elektron vergi bəyannamələrinin təqdimi, abituriyentlərin və dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin elektron ərizə verməsi, boş iş yerləri barədə məlumatların əldə edilməsi, istənilən dövlət orqanına elektron məktubla müraciət edilməsi günümüzün reallığına çevrilmişdir.

İşlərin daha da sürətləndirilməsi və kompleks şəkildə aparılması üçün, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”na uyğun olaraq “Elektron hökumətin formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın layihəsi hazırlanmış və hazırda Nazirlər Kabinetində müzakirə olunur.

İKT sahəsində hər hansı layihələrin və qərarların işlənilməsi zamanı bu sahədəki beynəlxalq təcrübə ciddi öyrənilir, təhlil edilir və yerli şəraitə münasib olan məqamlar müəyyənləşdirilir. Elektron hökumətin formalaşdırılması istiqamətində Estoniya təcrübəsi öyrənilir. Ümumiyyətlə, Azərbaycan müxtəlif ölkələrlə, şirkətlərlə əməkdaşlığa hazırdır və mövcud olan iqtisadi fəaliyyət və investisiya mühiti buna tam imkan yaradır. Bununla əlaqədar olaraq, bir çox ölkələrin təcrübəsi ölkəmizdə tətbiq olunur. Məsələn, nəqliyyat sahəsində intellektual sistemin yaradılmasında Koreya şirkəti, elektron imzanın infrastrukturunun qurulmasında ABŞ şirkəti iştirak edir. Odur ki, ölkəmiz konkret layihələr üzrə mövcud olan həllərdən ən münasib olanını seçmək imkanına malikdir.

- Regional İnnovasiya Zonalarının icra mexanizmi barədə məlumat verərdiniz.

- Regional İnnovasiya Zonası (RİZ) ölkəmizin İKT sektorunun inkişafına təkan verəcək amillərdən biri sayılır. Yüksək texnologiyalar üzrə RİZ-in yaradılması iqtisadiyyatın müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqinə, kiçik və orta sahibkarlığın inkişafına, xarici şirkətlərin və potensial investorların ölkəyə cəlb edilməsinə, insan resurslarının inkişafına, respublikada elektron avadanlıqların və proqram təminatının istehsalının genişlənməsinə xidmət edə bilər.

RİZ-in əsas hədəfləri ölkə iqtisadiyyatının diversifikasiyası prosesində katalizator rolunu oynamaq, İKT sektorunun ÜDM-də xüsusi çəkisini artırmaq, intellektual potensialı gücləndirmək və innovasiya yönümlü istehsalı təşviq etmək, regionların inkişafına xidmət etmək, ölkənin ixrac potensialını artırmaq, Azərbaycanı regionun İKT mərkəzinə çevirməkdən ibarətdir.

Bu baxımdan, telekommunikasiya sektorunun liberallaşdırılması, əqli mülkiyyət hüquqlarının və qeyri-maddi aktivlərin daha ciddi və effektiv şəkildə mühafizə edilməsi, İKT inkişaf siyasətinin genişləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi yolu ilə yüksək inkişafa nail olmaq mümkündür. Bundan əlavə, Azərbaycan özünün İKT sektorunu inkişaf etdirməklə, istehsalı genişləndirməklə yeni ixrac və əməkdaşlıq imkanlarının yaradılmasını təmin edəcəkdir.

RİZ-in texniki-iqtisadi əsaslandırılması işlənilmiş, tərkibi müəyyənləşdirilmiş, fəaliyyəti üçün ilkin təşkilati və hüquqi sənəd layihələri hazırlanmış, İKT bazarında tələb və təklifin təhlili aparılmışdır. Güman edirik ki, hazırda Milli Məclisin gündəliyində olan “Xüsusi iqtisadi zonalar haqqında” və “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihələrinin qəbul edilməsi bu prosesə təkan verəcək, RİZ-in təşkilati işləri və fəaliyyəti ilə bağlı məsələlərin, tətbiq ediləcək müxtəlif güzəştlərin müəyyənləşdirilməsində yardımçı olacaqdır. Nəzərə almaq lazımdır ki, dünyada innovativ inkişaf gələcək iqtisadi rifahın əsası sayılır və demək olar ki, bütün ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Türkiyə və regionun digər dövlətlərində bu məqsədlə əməli işlər görülür.

 “Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün I Dövlət Proqramı”nın icrası uğurla başa çatdırılmışdır. Bəs, 2009-20012-ci illəri əhatə edən II Dövlət Proqramı özündə nələri ehtiva edir?

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rabitə və İnformasiya Texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün I Dövlət Proqramı”na əsasən həyata keçirilir. Dövlət Proqramı Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş və ölkəmizdə informasiya cəmiyyətinə keçidi təmin edəcək Milli Strategiyanın icrasına yönəlmişdir. Milli Strategiyanın həyata keçirilməsi mərhələlərlə aparılır və bu baxımdan, qəbul edilmiş Dövlət Proqramında 2005-2008-ci illəri əhatə edən ilk mərhələ üzrə tapşırıqlar nəzərdə tutulmuşdur. Ümumi olaraq “Elektron Azərbaycan” adlandırılmış bu Dövlət Proqramı İKT sahəsinin inkişafı, onun müxtəlif sahələrdə tətbiqi, təşkilati-iqtisadi, elmi-texniki məsələlərin həlli üzrə çoxsaylı tədbirləri nəzərdə tutmuşdur. Keçən müddət ərzində Dövlət Proqramının icrası həyata keçirilmiş və qarşıya qoyulan məsələlər ümumən həll edilmişdir.

Artıq Dövlət Proqramının 2009-2012-ci illəri əhatə edən növbəti mərhələsi üçün sənədin layihəsi hazırlanmışdır. Bildiyiniz kimi, informasiya cəmiyyəti quruculuğu ölkənin bütün sahələrini əhatə edən bir prosesdir. Bu məqsədlə indiki proqramda müxtəlif sahələr üzrə İKT-nin tətbiqi, onların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı layihələrə üstünlük verilmişdir. Proqram müxtəlif qurumlardan alınmış təkliflər əsasında və əvvəlki mərhələnin nəticələri, cəmiyyətin tələbatı, dünya təcrübəsi, həmçinin ölkəmizin sosial-iqtisadi inkişafı qiymətləndirilməklə formalaşdırılmışdır. Dövlət Proqramı sahələrarası xarakter daşıyır və ümumən cəmiyyətin inkişafına xidmət edir. Bu proqramda “E-hökumət həlləri”, “e-hökumətin formalaşdırılması” məsələsi mühüm yer tutur.

- “Elektron Hökumət”in formalaşdırılması ilə bağlı nə deyə bilərsiniz?

- Ümumən “Elektron hökumət”in formalaşdırılması geniş şaxəli və mərhələli prosesdir. “Elektron hökumət” dövlət orqanlarının öz aralarında və vətəndaşlar, biznes qurumları ilə əlaqələrinin İKT-nin tətbiqi ilə həyata keçirilməsi mexanizmidir. Aydındır ki, həm dövlət orqanlarının öz fəaliyyətlərində İKT-dən istifadəni, həmçinin vətəndaşlar və biznes dairələri yaranmış yeni imkanlardan istifadə edirlər. Hətta beynəlxalq təcrübədə elektron hökumətin formalaşdırılmasını 5 mərhələyə bölürlər. Dünya ölkələrinin təcrübəsi onu göstərir ki, hələlik 5-ci mərhələyə çatmış ölkələr ümumən azdır və əksəriyyəti əsasən 3-4-cü mərhələdədir. Məlumat üçün bildirim ki, BMT-nin 2008-ci il üçün “Elektron hökumət üzrə hesabatı”nda Azərbaycan 182 ölkə arasında 89-cu yerdə olmuşdur.

Elektron hökumətin formalaşdırılması ölkəmizdə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, onların şəffaflığının təmin edilməsi və bürokratiyanın azaldılmasına xidmət edir. Artıq bu istiqamətdə bir çox layihələr həyata keçirilmişdir. Vergilər Nazirliyi tərəfindən sahibkarlıq subyektlərinin hüquqi qeydiyyatının təşkili, gömrük sistemində və sosial müdafiə sahəsində informasiya sistemlərinin yaradılması, əhalinin reyestrinin, daşınmaz və daşınan əmlakın reyestrlərinin, torpaq kadastrının və digər layihələr buna misaldır. Bunun sayəsində dövlət orqanları artıq elektron xidmətlərin göstərilməsinə başlamışlar. Elektron vergi bəyannamələrinin təqdimi, abituriyentlərin və dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin elektron ərizə verməsi, boş iş yerləri barədə məlumatların əldə edilməsi, istənilən dövlət orqanına elektron məktubla müraciət edilməsi günümüzün reallığına çevrilmişdir.

İşlərin daha da sürətləndirilməsi və kompleks şəkildə aparılması üçün, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”na uyğun olaraq “Elektron hökumətin formalaşdırılması üzrə Fəaliyyət Proqramı”nın layihəsi hazırlanmış və hazırda Nazirlər Kabinetində müzakirə olunur.

İKT sahəsində hər hansı layihələrin və qərarların işlənilməsi zamanı bu sahədəki beynəlxalq təcrübə ciddi öyrənilir, təhlil edilir və yerli şəraitə münasib olan məqamlar müəyyənləşdirilir. Elektron hökumətin formalaşdırılması istiqamətində Estoniya təcrübəsi öyrənilir. Ümumiyyətlə, Azərbaycan müxtəlif ölkələrlə, şirkətlərlə əməkdaşlığa hazırdır və mövcud olan iqtisadi fəaliyyət və investisiya mühiti buna tam imkan yaradır. Bununla əlaqədar olaraq, bir çox ölkələrin təcrübəsi ölkəmizdə tətbiq olunur. Məsələn, nəqliyyat sahəsində intellektual sistemin yaradılmasında Koreya şirkəti, elektron imzanın infrastrukturunun qurulmasında ABŞ şirkəti iştirak edir. Odur ki, ölkəmiz konkret layihələr üzrə mövcud olan həllərdən ən münasib olanını seçmək imkanına malikdir.

- Regional İnnovasiya Zonalarının icra mexanizmi barədə məlumat verərdiniz.

- Regional İnnovasiya Zonası (RİZ) ölkəmizin İKT sektorunun inkişafına təkan verəcək amillərdən biri sayılır. Yüksək texnologiyalar üzrə RİZ-in yaradılması iqtisadiyyatın müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqinə, kiçik və orta sahibkarlığın inkişafına, xarici şirkətlərin və potensial investorların ölkəyə cəlb edilməsinə, insan resurslarının inkişafına, respublikada elektron avadanlıqların və proqram təminatının istehsalının genişlənməsinə xidmət edə bilər.

RİZ-in əsas hədəfləri ölkə iqtisadiyyatının diversifikasiyası prosesində katalizator rolunu oynamaq, İKT sektorunun ÜDM-də xüsusi çəkisini artırmaq, intellektual potensialı gücləndirmək və innovasiya yönümlü istehsalı təşviq etmək, regionların inkişafına xidmət etmək, ölkənin ixrac potensialını artırmaq, Azərbaycanı regionun İKT mərkəzinə çevirməkdən ibarətdir.

Bu baxımdan, telekommunikasiya sektorunun liberallaşdırılması, əqli mülkiyyət hüquqlarının və qeyri-maddi aktivlərin daha ciddi və effektiv şəkildə mühafizə edilməsi, İKT inkişaf siyasətinin genişləndirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi yolu ilə yüksək inkişafa nail olmaq mümkündür. Bundan əlavə, Azərbaycan özünün İKT sektorunu inkişaf etdirməklə, istehsalı genişləndirməklə yeni ixrac və əməkdaşlıq imkanlarının yaradılmasını təmin edəcəkdir.

RİZ-in texniki-iqtisadi əsaslandırılması işlənilmiş, tərkibi müəyyənləşdirilmiş, fəaliyyəti üçün ilkin təşkilati və hüquqi sənəd layihələri hazırlanmış, İKT bazarında tələb və təklifin təhlili aparılmışdır. Güman edirik ki, hazırda Milli Məclisin gündəliyində olan “Xüsusi iqtisadi zonalar haqqında” və “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” qanun layihələrinin qəbul edilməsi bu prosesə təkan verəcək, RİZ-in təşkilati işləri və fəaliyyəti ilə bağlı məsələlərin, tətbiq ediləcək müxtəlif güzəştlərin müəyyənləşdirilməsində yardımçı olacaqdır. Nəzərə almaq lazımdır ki, dünyada innovativ inkişaf gələcək iqtisadi rifahın əsası sayılır və demək olar ki, bütün ölkələrdə, o cümlədən Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Türkiyə və regionun digər dövlətlərində bu məqsədlə əməli işlər görülür.

 

Abbasov Əli

 

Rabitə dünyası .-2009.- 20 fevral .- S.9-11.