Əmiraslan Əliyev-60

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Əmiraslan Əliyevin 60 yaşı tamam olur.

Əmiraslan müəllim yüksək mədəniyyəti, insanpərvərliyi, nəcibliyi, qayğıkeşliyi və səmimiyyəti ilə kollektivin böyük hörmət və rəğbətini qazanmışdır. O, Beynəlxalq INTERNET şəbəkəsinin Azərbaycan qovşağının yaradılması məsələsi ilə məşğul olmuş hal-hazırda bu qovşağın genişləndirilməsi və Respublika infrastrukturunun yaradılması ilə məşğul olan şöbəyə rəhbərlik edir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun da təsisçisi olduğu AzRENA - Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası İctimai Birliyinin icraçı direktorudur.

Əmiraslan müəllim “Virtual İpək Yolu”, BSİ - Qara Dəniz Beynəlxalq Əlaqə, UIS - GUAM regionunda distant elmi-texniki əməkdaşlıq məqsədilə ümumi telekommunikasiya informasiya mühitinin yaradılması kimi beynəlxalq layihələrin yerinə yetirilməsində əsas icraçılardan biridir.

 

Rabitə dünyası.- 2009.- 20 yanvar.- S.17.