XOCALI RABİTƏÇİLƏRİ
İLƏ GÖRÜŞ KEÇİRİLDİ
Xocalı
soyqırımının 17-ci ildönümü ilə əlaqədar
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
Xocalı rabitəçilərinin iştirakı ilə
anım mərasimi keçirilmişdir.
Xocalı
qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad
edilmişdir.
Mərasimdə
çıxış edən xocalı rabitəçiləri
faciədə baş vermiş dəhşətli olaylar barədə
danışmış, onlara mənəvi dəstək olanlara
təşəkkür edərək, xocalılara xüsusi
qayğı ilə yanaşan ölkə
başçısı, Ali Baş Komandan İlham Əliyevə
minnətdar olduqlarını bildirmişlər.
Rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov mərasimdə
çıxış edərək ümummilli liderimiz Heydər
Əliyevin təkidi və təşəbbüsü ilə
ilk dəfə 1994-cü ildə Xocalı faciəsinin
soyqırım kimi qiymətləndirildiyini
vurğulamış, ölkə prezidenti İlham Əliyev cənablarının
tapşırığı ilə Xocalı
soyqırımı haqqında beynəlxalq miqyasda təbliğat
işlərinin gücləndirildiyi barədə söhbət
açmışdır.
Çıxışlarda
möhtərəm prezidentimiz İlham Əliyev cənablarının
rəhbərliyi ilə Azərbaycan hökumətinin Xocalı
soyqırımı haqqında həqiqətlərin dünya
ictimaiyyətinə olduğu kimi çatdırılması,
onun soyqırım kimi tanınması üçün
ardıcıl və məqsədyönlü fəaliyyət
göstərdiyi vurğulanmış, ölkə
başçısının bu barədə danışarkən
dediyi: “Biz mübarizədə öz gücümüzə,
potensialımıza, beynəlxalq hüquqa, dünya azərbaycanlılarının
həmrəyliyinə arxalanırıq” - sözləri səsləndirilmişdir.
Mərasimdə
faciənin 17-ci ildönümü ilə əlaqədar Heydər
Əliyev Fondunun dəstəyi ilə dünyanın bir
çox ölkələrində geniş təbliğat-təşviqat
işlərinin görüldüyü qeyd edilmiş, bu
günlərdə Koliforniyanın Berkeli Universitetində
“Xocalıya ədalət” şüarı ilə bir həftəlik
silsilə tədbirlərin keçirildiyi, həmin tədbirlərdə
Heydər Əliyev Fondu tərəfindən Xocalı
coyqırımı haqqında hazırlanmış sənədli
filmin nümayiş etdirildiyi, İstanbulda eyni şüar
altında beynəlxalq kompaniyanın davam etdiyi, Stokholmun mərkəzi
meydanında mitinqlərin keçirildiyi, ümumiyyətlə,
bu cür tədbirlərin Avropa, Asiya, Amerika qitələrinin
demək olar ki, bütün böyük şəhərlərində
təşkil olunduğu və geniş təbliğat
kompaniyasının aparıldığı
vurğulanmışdır.
Mərasimin
sonunda nazir Əli Abbasov Xocalı rabitə işçiləri
ilə səmimi söhbət etmiş, onların sosial problemləri
ilə maraqlanmış, xocalılara yaxından köməklik
göstərilməsi üçün müvafiq
tapşırıqlar vermişdir.
Camaləddin Dostəli
Rabitə dünyası.- 2009.- 27 fevral.-
S.10.