Təh­sil Na­zir­li­yi­nin ­lu­mat Re­surs Mər­­zi is­ti­fa­­ ve­ri­li­b

 

Qeyd edək ki, “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramıçərçivəsində yaradılmış Data-mərkəz ölkənin təhsil sektorunun informasiyalaşdırılmasında mühüm yer tutur. Dünyanın aparıcı şirkətlərinin təqdim etdiyi müasir texnologiyaların tətbiqi ilə yaradılan Mərkəzin funksionallığı olduqca genişdir ən müasir texnoloji standartlara cavab verir. Azərbaycan təhsil şəbəkəsində internetəgiriş çıxış nöqtəsiolmaqla yanaşı, Mərkəz həmçinin təhsilə aid informasiya resurslarının toplanacağı yer olacaq. Mərkəzdə xüsusi təhlükəsizlik qəfəsi qurulub, bütün avadanlıqların 24 saat ehtiyat rejimində çalışması üçün hər cür texniki imkan yaradılıb.

Data-mərkəzin yaradılmasında yerli şirkət və təşkilatlar iştirak ediblər. “ULTRA” şirkəti tərəfindən Mərkəzdə avadanlıq yerləşdirilib, təhlükəsizlik sistemi və Azərbaycan təhsil şəbəkəsinin verilənlər bazasını yerləşdirmək üçün ən müasir Intel platformalı HP şirkətinin dörd nüvəli serverləri quraşdırılıb. Bu serverlər eyni zamanda milyonlarla əməliyyat yerinə yetirmək imkanına malikdirlər. Mərkəzdə Azərbaycanda analoqu olmayan ən yeni fiziki təhlükəsizlik sistemləri quraşdırılmışdır ki, bu da toplanılacaq məlumatlara kənar müdaxilələrin qarşısını alacaq.

AZEDUNET təşkilatı tərəfindən Məlumat və Resurs Mərkəzində Şəbəkə İdarəetmə Mərkəzi və Kompyuter Şəbəkələrinin Təhlükəsizlik Mərkəzi (CERT/CSIRT) də yaradılıb. Şəbəkə İdarəetmə Mərkəzi Azərbaycan Təhsil Şəbəkəsinin idarə olunmasını təmin edir. CERT-in əsas vəzifəsi həm Azərbaycan təhsil şəbəkəsinə istiqamətlənən, həm də şəbəkədən çıxan məlumatların təhlükəsizliyi ilə bağlı təhlükələrin qarşısının alınmasıdır. AZEDUNET təşkilatı tərəfindən vahid Call-mərkəzi də yaradılmaqdadır. Qaynar telefon xətti vasitəsilə təhsilin informasiyalaşdırılmasına dair bütün suallar üzrə məlumatlandırma və yaranmış problemlərin operativ həlli üçün imkan yaranacaq.

Quraşdırılmış avadanlıq Mərkəzə bir çox funksiyaları yerinə yetirməyə imkan verir. Məsələn, xüsusi mərkəzləşdirilmiş antivirus proqram təminatı məktəblərdəki kompyuterlərə avtomatik olaraq yeniləşdiriləcək. Məktəblərdəki bütün kompyuterlər birbaşa mərkəzdən idarə olunacaq ki, bu da kompyuterlərə texniki xidmətin səviyyəsini əhəmiyyətli dərəcədə artıracaq. Mərkəzdə quraşdırılmış texnologiya video-konfranslar keçirməyə imkan verəcək. Bu texnologiya Mərkəzin konfrans zalından Azərbaycan təhsil şəbəkəsinə qoşulmuş bütün məktəblərinə eyni zamanda mühazirələr və ya açıq dərslər keçirməyə imkan yaradacaq.Mərkəzdə həmçinin tədris elektron resursları yerləşdiriləcək. Bu resurslar İKT-nin təhsildə tətbiqini daha effektiv etməklə yanaşı, tədrisin keyfiyyətini də qaldırmağa imkan verəcək.Mərkəzin serverində Azərbaycan məktəblərinin elektron xəritəsi də yerləşdirilmişdir. İnternet vasitəsilə ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər haqqında bütün zəruri məlumatlar əldə etmək mümkündür.

 

 

Rabitə dünyası.- 2009.- 19 iyun.- S.2.