Lənkəran Dövlət Universitetində
İKT-nin tətbiqinə
həsr olunmuş dəyirmi masa keçirilib
Azərbayjan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetinin müəllim və tələbə heyətinin iştirakı ilə “Gənjlər və informasiya-kommunikasiya texnologiyalarının imkanları” mövzusunda dəyirmi masa keçirilib.
Nazirliyin əməkdaşları tərəfindən aparılan dəyirmi masada Azərbaycanda İKT sahəsinin inkişafından, ölkədə bu sahəyə verilən diqqətdən, həyata keçirilən layihələrdən, gələcək perspektivlərdən söhbət açılıb. Tədbirdə Azərbaycanda formalaşan informasiya jəmiyyəti və elektron hökumət, elektron imza və elektron ticarət, İKT-nin təhsildə tətbiqi barədə məruzələr oxunub. Tələbələrə yeni texnologiyaların sahibkarlığın inkişafında mühüm rolundan, hər bir sahədə İKT imkanlarından geniş istifadə etməyin mümkünlüyündən və səmərəliyindən danışılıb. Dəyirmi masa zamanı tələbələr aktiv olaraq texnoloji yeniliklərə maraq göstəriblər, məruzələrə dair onları maraqlandırılan suallar səsləndiriblər, İT sahəsinə dair fikir mübadiləsi aparıblar. Tədbirdə həmçinin Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərov və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Qeyd edək ki, artıq bir neçə ildir ki, RİTN Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafı üçün daim müxtəlif mövzularda dəyirmi masa, seminar və konfranslar təşkil edir. Bu cür tədbirlərin məqsədi ölkə əhalisini bu sahə üzrə maarifləndirmək, insan həyatına yeni texnologiyaların tətbiqinin xeyri barədə məlumatlandırmaq, və nətijədə Azərbaycanı İKT baxımından qabaqcıl ölkələr sırasına daxil etməkdir.
Rabitə dünyası.- 2009.- 26
iyun.- S.6.