Rabitə
və İnformasiya
Texnologiyaları Nazirliyi Qaxda informatika müəllimləri
üçün növbəti treninq
keçirir
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Qax rayonunun ümumtəhsil
məktəblərinin “informatika”
fənnini tədris edən müəllimləri
üçün tədris
kursları keçirir.
Treninqlərin əsas məqsədi Azərbaycan
Respublikası Prezidentinin
11.02.2004-cü il tarixli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramı (2004-2008-ci illər)”
çərçivəsində regionlarda rəqəmsal geriliyin aradan qaldırılması və
İKT sahəsində milli
kadrların hazırlanmasıdır.
RITN-in təşəbbüsü,
Təhsil Nazirliyinin dəstəyi və AMEA-nın
İnformasiya Texnologiyaları İnstitutunun müəllimlərinin
iştirakı ilə keçirilən tədris kursları HP
şirkəti tərəfindən dəstəklənir. 03 iyul
tarixində başa çatacaq tədris kurslarının
üçüncü və son mərhələsinin
yekunlarına görə avtomatlaşdırılmış
qaydada test imtahanlarının keçirilməsi və “Ən
yaxşı informatika müəllimi” müsabiqəsinin qaliblərinin
müəyyən edilməsi də nəzərdə tutulur. Xatırladaq
ki, Qax rayonunun ümumtəhsil məktəblərinin
“informatika” fənninin müəllimləri üçün
treninqlərin I və II mərhələləri 5-15 yanvar və
23-31 mart 2009-cu il tarixlərində keçirilmişdir. İndiyə
qədər bu cür tədris kursları Goranboy və Tərtər
rayonlarında da təşkil olunmuşdur.
Gələcəkdə
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfdaşları
ilə birgə belə tədris kurslarını digər
regionlarda da keçirməyi planlaşdırır.
Rabitə dünyası.- 2009.- 26 iyun.- S.6.