8 Mart- Qadınlar günü ərəfəsində onların
ürək sözlərini
dinlədik
- Zəhmətkeş ailəsində
dünyaya göz açmışam. İkinci Dünya
savaşı yenicə başa çatmışdı. Günümüz-güzəranımız
çox da ürəkaçan deyildi. On dörd
yaşımdan işləmək, əmək haqqı almaq qərarına
gəldim. Amma necə? Harada? Tale məni indiki Hüsü
Hacıyev küçəsindəki 9 saylı poçta gətirdi.
Poçtun rəisi qeyri-azərbaycanlı idi. O, məni səmimi
qarşılamadı. Mən də inadımdan dönmədim.
Axırda məcbur olub insafa gəldi. Ərazimizdə əhaliyə
poçt xidməti göstərən İrman adlı yəhudi
idi. O, məni himayəsinə götürdü. Bir neçə
ay “təcrübə” keçib maaşsız işlədim. Axırda
İrman kişi məcbur olub rəisə dedi ki, bəs Həcər
öz işinin öhdəsindən bacarıqla gəlir. Bütün
ünvanları çox gözəl tanıyır. Sakinlər
ondan razılıq edirlər. Çox cüzi maaşla məni
işə qəbul etdilər. Adi poçtalyon işləyirdim.
Amma əməyim uca tutulurdu. 25 il Bakı Şəhər
Sovetinin deputatı seçilmişəm. Bakıda, Moskvada
mötəbər toplantılarda iştirak etmişəm.
Unudulmaz rəhbər Heydər Əliyev özü sinəmə
Lenin ordeni, Qızıl Ulduz taxıb. Onun
tapşırığı ilə mənə
işıqlı, rahat mənzil veriblər.
Mən Ulu öndərin
qayğısını, yaxşılığını
heç vaxt, heç vədə unutmaram. Müdrik rəhbər
ölkə vətəndaşlarının hər birinin
xoşbəxt gələcəyi haqqında
düşünür, vaxtilə müxtəlif sahələrdə
vicdanla, ləyaqətlə çalışan, hazırda təqaüddə
olan insanları da unutmurdu. Onlardan biri də mənəm.
Prezident təqaüdünə layiq görülənlərin
cərgəsində adımı oxuyanda, keçirdiyim sevinc-fərəh
hissini sözlə təsvir etməyə acizəm. Varlığıma
tək bir sual hakim kəsilmişdi: “Demək, mən də
yaddan çıxmamışam!”
Bu gün də mən həmin
qayğını dahi rəhbərin layiqli
davamçısı, hörmətli prezidentimiz İlham Əliyevdən
görürəm. Prezidentimiz yaxşını yamandan, əyrini
düzdən seçməyi və onu qiymətləndirməyi
bacarır. Tanrı onu
qorusun! … Ərazidə
500 nəfərdən artıq
sakinə xidmət göstərirəm. Onlar dövlət başçısının
həyata keçirdiyi
işləri gördükləri
üçün, sözün
həqiqi mənasında,
qürur hissi keçirirlər. Gün ərzində cənab prezidentimizin ünvanına
çoxlu dualar eşidirəm. Doğma Azərbaycanımız son
vaxtlar məhz əziz İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində
tərəqqi tapmış,
dünyanın inkişaf
etmiş dövlətləri
sırasında layiqli
yerini tutmuşdur. Lakin ümidvarıq, inanırıq
ki, balaların işıqlı sabahları,
daha xoşbəxt günləri hələ irəlidədir. Çünki
azad cəmiyyətimizin,
xoş gələcəyimizə
inamın təməlini
uzaqgörən siyasətçi,
unudulmaz rəhbər olan Heydər Əliyev qoyub. Məhz onun qayğısı sayəsində
mənim taleyim üzümə gülüb.
Ömrüm boyu Heydər Əliyevdən gördüyüm yaxşılıqları
unutmaram.
Qarşıdan gələn
8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə
bütün qadınları təbrik edir, onlara daim
açıq səma arzulayıram!
Rabitə Dünyası.- 2009.- 6 mart.- S.4.