Virtual Jurnalistika - Ənənəvi Jurnalistikanın yeni qolu

 

Ənənəvi medianı üstələyən, bir çox hallarda çap mətbuatının tirajının kəskin aşağı düşməsınə təsir edən elektron şəbəkə öz diktəsini etməkdədir. Dünyada olduğu kimi, Azərbaycanda da internet jurnalistikası geniş yayılmaqdadır. Mütəxəssislərin qənaətincə, internet informasiya yayımının bütün formaları üzrə gələcəyin jurnalistikasıdır. İnternet jurnalistikasında, jurnalist özünü daha sərbəst hiss edir. Müstəqil jurnalistikanın inkişafında da internet müstəsna rol oynayır. Bir sıra ölkələrdə “internet jurnalistlərin» hazırlığı ilə bağlı müəyyən kurslar təşkil edilir. Qlobal şəbəkə ilə işləmək bacarığının aşılanması, informasiya bolluğu içərisində lazımi informasiyanın axtarılmasının öyrədilməsi, həmçinin informasiya azadlığı sahəsində beynəlxalq qanunvericiliyin öyrədilməsi ölkə jurnalistləri üçün olduqca səmərəli olardı.

Nəzərə alsaq ki, Azərbaycanda internet qəzetlər məhkəməyə verilmir, qapadılmır, belə qəzet ya saytın əməkdaşları təzyiqlə üzləşmir, onda ölkəmizdəİnternet Jurnalistika” tam formalaşmalı idi.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün fikrincə, internet qəzetlərin azlığı siyasi senzura ilə yox, maliyyə problemləri ilə bağlıdır. Onun qənaətincə, məhz maddi problem internet qəzetlərinin uzunömürlü olmasına imkan vermir. Bir tərəfdən , şirkətlər, qurumlar internetdə reklam verməkdə maraqlı deyil. Amma hazırda bu sahədən mənfəət əldə edənlər az deyil.

Sadəcə bu imkandan hər bir kəs öz istəyi çərçivəsində düzgün istifadə edir. Amma nəzərə almaq lazımdır ki, yazılı medianın inkişaf etdirilməsi üçün internet xəbər saytlarının eləcə , “bloq”ların yaradılması jurnalistlər üçün dünyaya açılan yeni pəncərədir. Bundan əlavə, ölkənin İnternet seqmentində bunun üçün münbit şərait mövcuddur.

Hazırda ölkədə jurnalistlər daha çox bloqların yaradılmasına üstünlük verirlər.

Mütəxəssislərin sözlərinə görə, jurnalistlər bloqlar vasitəsi ilə, yazılarını istədikləri kimi, istədiyi dizaynda yerləşdirə bilərlər.

Bloqların müxtəlif növləri var. Bunlar əsasən yazı, foto, audio, mobil internetin sürətinin artması ilə məşhur olan video bloqlara bölünür. Yazı bloqlarının da özünün müxtəlif növləri var. Bloq növləri arasında siyasət, dəb, kompyuter, texnologiya s. bloqlar da mövcuddur.

Ekspertlər bildirir ki, son beş ildə İnternetin sürətinin əvvəlki illərə nisbətən daha çox artması hətta bloqçulara çəkdikləri videoları öz səhifələrinə yerləşdirməyə imkan verir. Çəkilən hər hansı bir videonun istənilən bloqçu tərəfindən internetə yerləşdirilməsi üçün artıq imkanlar genişdir.

Dünyada bloq xidməti verən meşhur saytlar arasında WordPress, Blogger, Tyrerad ən tanınmış bloqlardır. Bu saytlarda siz öz bloqunuzu aça dizaynını dəyişdirə bilərsiniz. Dizayn dəyişdirmək üçün orada hazır variantda olan dizaynlar var ki, siz onlardan da seçə bilərsiniz. Daha ətraflı dəyişdirmə işini aparmaq üçün sizin HTML CSS kodlama sistemini bilməniz vacibdir.

 

Bloq açmaq niyə lazımdır?

 

İlk öncə siz bloqunuzu özünüzü ifadə etmək özünüz haqqında informasiya vermək üçün aça bilərsiniz. Bununla belə, başqa insanlara kömək etmək üçün hər hansı bir sahədə ekspert olduğunuzu göstərmək məqsədilə hansısa bir məhsul ya mal haqqında reklam məqsədli bloq qura bilərsiniz. Bu da istənilən halda ilk növbədə məlumatlı olduğunuz sahə haqqında özünüzü inkişaf etdirməyə imkan yaradacaq. Çünki siz bloqunuzu açdıqdan sonra bu sahə haqqında olan ən son xəbərləri inkişafları yazıb bloqunuza yerləşdirirsiniz. Bu yolla da siz həm özünüzü inkişaf etdirmiş, həm sizin bloqunuzu oxuyanları məlumatlandırmış olursunuz.

Araşdırmalar göstərir ki, insanlar hətta pul qazanmaq üçün bloqlardan istifadə edə bilərlər. Belə ki, bloqa qoyulan reklamlar maddi gəlir gətirə bilər. Dostlarınızı bloqunuza baxmağa dəvət etməklə siz bloqunuza girən istifadəçilərin sayını artırmış olarsınız. Azərbaycanda tanınan bloq xidmətlərinə misal olaraq bir neçə ildir ki, fəaliyyət göstərən azeroo.com saytının bloq xidmətini göstərmək olar. Dünyadakı bloq xidmətlərinin əksinə azeroo.com-da bloq xidmətindən istifadə etmək dizayn deyişdirmək üçün HTML CSS kodlama sistemini bilməyə ehtiyac yoxdur. Belə ki, bu bloq xidməti özündə War xidmətini birləşdirir ki, bu da digər mövcud olan analoqlardan xeyli fərqlidir. Azərbaycanda WAP istifadəçilərinin sayı dial-ur istifadəçilərindən daha çoxdur bu da bloq xidmətindən daha səmərəli istifadə etməyə imkan yaradır.

 

Yaxşı bloqçu olmağın da öz sirrləri

 

Yaxşı bloqçu olmağın da öz sirrləri var. İlk öncə bloqunuzda yazdığınız yazılar çox uzun olmamalıdır, çünki internet istifadəçiləri yorucu olduğu üçün uzun olan yazıları oxumağı xoşlamırlar. Bundan başqa, yazıya uyğun mütləq fotoşəkil əlavə etmək məsləhətdir. Çünki bu, yazını daha cəlbedici edəcək. Bloqunuza dost linklər əlavə edin, misal olaraq bunun üçün dostlarınızın açdıqları bloqların linklərini öz siyahınıza əlavə edə bilərsiniz. Bloqunuzu google, yahoo, msn kimi axtarış sistemlərinə qeyd edin, bununla da özünüz ya digərləri tərəfindən axtarışa verilən zaman hər hansı bir mövzu haqqında yazdığınız yazılar daha rahat axtarılacaq.

Məlumat üçün bildirək ki, hər gün dünyada bir milyona yaxın bloq açılır ki, bu bloqlara da nəzarət etmək çox çətin məsələdir. Məsələn, Delta Hava Yollarında işləyən bir qadın öz bloqunda şirkətdə baş verən gülməli hadisələri yazıb bura şəkillər yerləşdirib. Şirkətin müdiriyyəti belə bir vəziyyətin şirkətə maddi mənəvi zərər verəcəyini iddia edərək həmin qadını işdən çıxarıb. Mütəxəssislər, bloq açarkən daha diqqətli olun mütləq bununla bağlı mövcud olan qanunlara riayət etməyə çalışın. Bundan əlavə, bloqunuza girən istifadəçilərin şərh yazması üçün imkan yaradın. Onlar sizin bloqunuz haqqında başqalarına deyə bilər beləliklə , sizin bloqunuza girən istifadəçilərin sayı artmış olar. Bloq xidmətlərini qeyd edən onların arasında axtarış xidməti verən saytlar da var. Bu saytlar bloqlara əlavə edilmiş yazıları, səsləri, yaxud da mp3-ləri öz sistemlərinə inteqrasiya etdirir bunların arasında axtarış verməyə imkan yaradır. Bununla yanaşı, siz bloqunuzu google.com, yahoo.com msn.com kimi saytların axtarış sistemlərinə qeyd edə bilərsiniz.

Siz bloq vasitəsi ilə, həm məhşur ola bilərsiniz.

 

 

Zamirə İlqarə

 

Rabitə Dünyası.-2009.- 6 mar.- S.11.