BAKIDA “QLOBAL PEYK NAVİQASİYASI SİSTEMLƏRİNİN
TƏTBİQİ SAHƏLƏRİ” MÖVZUSUNDA BEYNƏLXALQ
SİMPOZİUM KEÇİRİLMİŞDİR
Bakıda
“Ramada” mehmanxanasında “Qlobal
peyk naviqasiyası sistemlərinin tətbiqi sahələri” mövzusunda
beynəlxalq simpozium keçirilmişdir.
Tədbir Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin, Birləşmiş
Millətlər Təşkilatının Kosmik Məkan Məsələləri
üzrə İdarəsinin (BMT KMMİ) və Avropa Kosmik
Agentliyinin təşkilatçılığı ilə
keçirilmişdir. Simpoziumda Azərbaycan Milli Aviasiya
Akademiyasının rektoru, akademik Arif Paşayev, Ali Attestasiya
Komissiyasının sədri Arif Mehdiyev, həmçinin BMT-nin
Kosmik Məsələlər üzrə Proqramının rəhbəri
Hans Haubold, ABŞ Dövlət Departamentinin kosmik məsələlər
üzrə xüsusi nümayəndəsi Ken Hodgkins və 32
ölkənin sahə üzrə 50-dək nümayəndəsi
iştirak etmişdir. Azərbaycan, Argentina, Çin, Misir,
Almaniya, Hindistan, İran, İraq, İtaliya, Qazaxıstan,
Qırğızıstan, Latviya, Livan, Moldova, Marokko,
Norveç, Pakistan, Polşa, Rumıniya, Rusiya Federasiyası,
Şri-Lanka, İsveçrə, İsveç, Suriya,
Tacikistan, Tunis, Türkiyə, Ukrayna, ABŞ və Özbəkistandan
olan nümayəndələr seminarın işində
yaxından iştirak etmişdilər.
Beynəlxalq konfransda
yüksək sürətli tələbatla artan naviqasiya sistemləri
və idarə olunması, belə sistemlərin iqtisadi səmərəliliyi,
həmçinin Qlobal Peyk Naviqasiya Sistemlərinin (QPNS) fəaliyyəti
və inkişafı, QPNS üzrə məlumatların
toplanması təhlili məsələləri müzakirə
olunmuşdur. Simpoziumda müzakirə olunmuş prioritet məsələlərdən
biri də Azərbaycanda Qlobal Kosmik Naviqasiya sistemləri
üzrə regional mərkəzin açılması
olmuşdur. Simpoziumda iştirak edən dünya şöhrətli
alimlər keçirilən konfransın hər bir ölkə
üçün əhəmiyyətli olacağını
bildirmişlər. Seminar qarşısında duran əsas vəzifələr
regionda QPNS texnologiyasının tətbiqinin mümkün
faydası barədə rəhbər işçilərin,
metodika və strategiya tərtibatçılarının daha
geniş məlumat almalarını təmin etmək, beynəlxalq,
regional eləcə də milli səviyyədə QPNS
infrastrukturunun həyata keçirilməsi, sosial-iqtisadi
artımın inkişafı üçün QPNS
texnologiyasından istifadə edən regional/ milli pilot layihələrin
təkmilləşdirilməsi, QPNS texnologiyalarının
istifadəsi həmçiQeyd edək ki, indi Amerika Birləşmiş
Ştatlarının Qlobal Mövqe Təyinetmə Sistemi
(QMTS), Rusiya Federasiyasının Qlobal Peyk Naviqasiya Sistemi (QPNS),
Avropanın Qalileo Sistemi və Çinin Kompas/BeiDou,
Hindistanın Qlobal Mövqe Təyinetmə Sistemi eləcə
də, GeoStasionar Genişlənmiş Naviqasiya Sistemi (GGNS),
Yaponiyanın Kvazi-Zenit Peyk Sistemi (KZPS) kimi mövcud qlobal
naviqasiya sistemlərini genişləndirən çoxlu sayda
peykləri vardır. Xüsusilə, inkişaf etməkdə
olan ölkələr üçün Qlobal Peyk Naviqasiya
Sistemləri üzrə tətbiq sahələri iqtisadi
inkişafa aparan və davamlı inkişafı dəstəkləyən
sərfəli variant təklif edir. Peyk naviqasiyası indi bir
çox sektorlarda həmçinin xəritəçəkmə
və geodeziya, ətraf mühitin monitorinqi, dəqiq kənd təsərrüfatı,
təbii resursların idarə edilməsi, qəza
hallarının aradan qaldırılması, aviasiya, dəniz və
quru nəqliyyatı kimi sahələrdə istifadə olunur.
Məlumat
üçün bildirək ki, 2001-ci ildən etibarən
«UNİSPACE III»-in tövsiyələrinə əməl edərək,
KMMİ, QPNS-in bütün dünyada istifadəsini, xüsusi
ilə də, inkişaf etməkdə olan ölkələrin
xeyrinə genişləndirmək məqsədi ilə bir
sıra regional seminar və beynəlxalq səviyyəli
görüşlər təşkil edilmişdir. Bu tədbirlər
nəticəsində əldə olunan əsas nailiyyət kimi
QPNS üzrə Beynəlxalq Komitənin, eyni zamanda onun
İcraçı Katibliyi olaraq fəaliyyət göstərən
KMMİ-in vasitəçiliyi ilə illik görüşlərin
keçirilməsini təşkil edən Təchizatçıların
Forumunun yaradılmasını göstərmək olar. Bakıda
təşkil olunan və 5 gün davam edən “Qlobal peyk
naviqasiyası sistemlərinin tətbiqi sahələri”
mövzusunda beynəlxalq simpozium da bu qəbildəndir.
Rabitə dünyası.- 2009.- 15 may.- S.2.